Brilliant ilə Lalənin qalmaqalına səbəb olan bəstəkar danışdı

Brilliant ilə Lalənin qalmaqalına səbəb olan bəstəkar danışdıTanınmış bəstəkar və aparıcı Murad Arifin bəstələdiyi "Bu şəhər ikimizə dar" mahnısı ətrafında qalmaqal yaranıb. Öncə xalq artisti Brilliant Dadaşova üçün bəstələnən mahnı bir neçə ildən sonra müəllifi tərəfindən əməkdar artist Lalə Məmmədovaya təqdim olunub. Bu isə hər iki sənətçinin maqazin verilişlərində üz-üzə gəlməyi ilə nəticələnib. Brilliant Dadaşova mahnının onun üçün yazıldığını vurğulasa da, Lalə Məmmədova bu məsələyə şərh verməkdən imtina edib.

Məsələ ilə bağlı SİA-ya bəstəkarın özü, Murad Ariflə danışıb. Murad yaranan anlaşılmazlığa görə hər iki ifaçıdan üzr istəyib: "Böyük sənətkar, sevimli ifaçımız Brilliant Dadaşova və əziz dostum, gözəl müğənnimiz Lalə Məmmədovadan üzr istəmək məcburiyyətindəyəm. İstəməzdim ki, mənim mahnım münasibətləri bir az da gərginləşdirsin. Ancaq mahnının tarixinə toxunacam. Bu mahnı 5 il öncə yazılıb və Brilliant Dadaşovaya təqdim olunaraq onun tərəfindən bəyənilib. Ancaq illər keçib və mahnı üzə çıxmayıb. Mən də bunu nəzərə alaraq düşündüm ki, mahnı xalq artistinin xoşuna gəlmədi, ancaq o, mənim qəlbimə dəymək istəmədi. Mən də mahnını digər ifaçılara göstərdim və əziz Lalə xanım tərəfindən ifa olundu. Ona təşəkkür etmək istəyirəm ki, mahnını dəyərləndirib, səsləndirdi və tamaşaçılara qovuşdurdu".

Murad xalq artisti Brilliant Dadaşovanın narazılığını nəzərə alaraq ona yeni mahnı bəstələyəcəyinə söz verdi və eyni zamanda "Bu şəhər ikimizə dar" mahnısını da halal etdi: "Tezliklə sənətkar üçün gözəl mahnı bəstələyəcəm. Ancaq Brilliant xanım adıçəkilən mahnını ifa etmək istəsə, mən yalnız sevinərəm".

Bəstəkar qeyd etdi ki, mahnı hətta türk ulduzlarının birinin də ifasında səslənəcək: "Mahnının bir neçə ifaçı tərəfindən səslənməsində qəbahət görmürəm".

Sonda Murad yerli müğənnilərimizə də səsləndi: "Bu tipli problemlər yaranmasın deyə, bütün ifaçılarımızdan xahiş etmək istəyirəm ki, gələcəkdə mahnı seçimi edərkən çox fikirləşməsinlər. Çünki bütün müğənnilər məndən mahnı istəyirlər. Mən isə "konveyer" deyiləm ki, ildə 10 mahnı yazım. Murad Arif il ərzində 2-3 mahnı yazır. Nəzərə alın bu məqamları, rica edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2049   Tarix: 19 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 504
.

"Meyxanaçılar uşaqlarımızın dinini, tərbiyəsini pozur"

Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. Axşam.az xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb. O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər:. "Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını

28.03.2024 145
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 0
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 977
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 793