Bakıdan növbəti mesaj

Bakıdan növbəti mesajErmənistan prezidenti Serj Sarkisyanın ziddiyətli və aqressiv bəyanatları ondan xəbər verir ki, bu ölkənin rəhbərliyinin gələcəyə baxışı yoxdur. Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Sarkisyanın yanvarın 15-də İrəvanda Azərbaycanın ünvanına çıxışını şərh edərkən deyib. "Belə təsəvvür yaranır ki, Ermənistan prezidenti öz tamahkar məqsədinə çatmaq və Ermənistanın daxili və xaricində müəyyən dairələr tərəfindən bəyənilmək xatirinə onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirir", - deyə E. Abdullayev qeyd edib.Trendin məlumatına görə, o qeyd edib ki, Sarkisyan Ermənistan və Azərbaycan xalqları arasında dərinləşən düşmənçilik görüntüsü yaratmağa nə qədər çalışsa da, Azərbaycanın praqmatik və uzaqgörən strategiyası bunun əksini göstərəcək: "Azərbaycan həmişə dinindən asılı olmayaraq, müxtəlif millətlərin tolerant və dinc şəraitdə mövcudluğunun mərkəzi olub və olacaq. Məsələn, hazırda ölkəmizdə 30 min erməni yaşayır".Mətbuat katibinin sözlərinə görə, Sarkisyanın aqressiv ritorikadan regionun inkişafına böyük zərər yetirmək üçün istifadə etdiyi təsəvvürü yaranır: "Sarkisyanın ziddiyətli bəyanatları onun əsl niyyətlərindən xəbər verir. Özünü günahsız qurban kimi göstərməyə çalışan Ermənistan beynəlxalq hüququ pozmaqda davam edir. Ermənistan təcavüzkar dövlətdir və beynəlxalq ictimaiyyət onu belə tanıyıb, çünki ekspansiya və işğalın hüquqi dəstəyi ola bilməz".O qeyd edib ki, regionda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür, çünki Azərbaycan dəqiq mövqedən çıxış edir: Ermənistan qoşunlarının çıxarılması sülh danışıqlarının irəliləməsinə şərait yaradacaq. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3503   Tarix: 17 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477