Saleh Bağırov: Bu, mənim növbəti uğurumdur

Yenicə Türkiyədən vətənə qayıdan İctimai Televiziyanın məşhur aparıcısı Saleh Bağırov "TRT Avaz"dakı fəaliyyəti haqda Axşam.az-a danışdı

- "TRT Avaz"da təcrübədə olduğunuz müddətdə hansı bilgilərə yiyələndiniz?

- Türkiyədəki 3 aylıq təcrübəmi televiziya fəaliyyətimdə ən uğurlu mərhələlərdən biri hesab edirəm. Xarici ölkədə yaşamaq, çalışmaq həm həyat, həm də uğurlu iş təcrübəsi deməkdi. Bu mənada "TRT Avaz"da olduğum müddətdə peşəkarlığımı bir qədər də artırdım.

- Kanaldakı əsas fəaliyyətiniz nədən ibarət idi?

- "TRT Avaz" dakı fəaliyyətim mənim üçün maraqlı anlarla yadda qalıb. Hər gün Bakı vaxtı ilə saat 19:30-da Azərbaycan türkcəsində xəbərləri təqdim edirdim. Bundan əlavə kanalın bir sıra muxtəlif layihələrinin, həmçinin "TRT Avaz"ın builki yeni il proqramının aparıcısı olmuşam. Bu, çox böyük bir proqram idi. Bir sıra televiziya ve radio proqramlarına dəvət almışdım. Mən daha çox veriliş aparıcısı kimi tanınıram. Xəbər aparıcısı kimi də tamaşaçıların rəğbətini qazanmağım sevindirici idi. Lakin etiraf etməliyəm ki, proqram aparıcısı olaraq çalışmaq mənə daha çox zövq verir.

- İki ölkənin telekanalları arasında əsas fərqləri nədə görürsünüz?

- Elə də böyük fərq nəzərə çarpmır. Bizim telekanalların da Türkiyə üçün örnək olacaq məqamları var.

- Qardaş ölkədə özünüzü necə hiss edirdiniz?

- Türkiyədə mənə çox isti, mehriban münasibət göstərildi. İllərdir "TRT Avaz"la ortaq yayım təqdim etdiyimiz üçün kanalın heyəti məni yaxşı tanıyır. Hamıyla səmimi münasibətim var idi. Sanki uzun müddətdir ki, bir yerdə işləyirdik. Ən xırda istəyimə böyük hörmətlə yanaşan "TRT" kollektivinə buna görə çox sağol demək istəyirəm. Türkiyədə olduğum müddətdə "İTV"dəki kollektivimiz, tamaşaçılar və kanalımızın rəhbəri olan İsmayıl Ömərov üçün darıxmışdım. Mənə göstərdiyi hər cür köməkliyə görə ona minnətdaram.

- Kanalda aparıcılar üçün yaradılan şərait sizi razı saldımı?

- Aparıcılara özünü göstərmək və sübut etmək üçün sərbəstlik verilir. İşimin öhdəsindən yüksək səviyyədə gələ bilməyimi türklərin dilindən eşitmək mənə böyük stimul verdi. Mən də bunu istəyirdim. Çünki rəhbərliyimin etimadını doğrultmaq lazım idi. Bu, mənim növbəti uğurumdur.Saleh Bağırov: Bu, mənim növbəti uğurumdurSaleh Bağırov: Bu, mənim növbəti uğurumdurSaleh Bağırov: Bu, mənim növbəti uğurumdurSaleh Bağırov: Bu, mənim növbəti uğurumdurSaleh Bağırov: Bu, mənim növbəti uğurumdurSaleh Bağırov: Bu, mənim növbəti uğurumdur


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10571   Tarix: 17 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571