Deputat "5 qəpikdən toplama" aksiyasına müsbət münasibət bildirib

Deputat "5 qəpikdən toplama" aksiyasına müsbət münasibət bildirib"Azərbaycanda icazəsiz aksiya təşkilatçılarına və iştirakçılarına qarşı tətbiq olunan cərimələrin məbləğinin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə mindiyi üçün o tarixdən sonra keçirilən bütün icazəsiz aksiyalara, mitinqlərə şamil olunur. Əsgər ölümü ilə bağlı gənclərin keçirdiyi son aksiya da bunlardan biridir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gənclərin əsgər ölümü ilə bağlı keçirdikləri aksiyada saxlanan şəxslərə tətbiq olunan cərimələrin məbləğinin yüksək olmasına münasibət bildirərkən deyib.

Ə. Hüseynli qeyd edib ki, qanuna edilən dəyişikliyin müəllifi və komitə kifayət qədər haqlıdır: "Çünki cərimə sanksiyalarının tətbiqi icazəsiz mitinqlərdən və piketlərdən sonra baş verən həbslərin qarşısını almış oldu. Faktiki olaraq iqtisadi sanksiyalar həbslərin və bu həbslərdən sonra yaranan problemlərin qarşısını aldı. Bu baxımdan, bu dəyişikliklərdən sonra qanun əvvəlkindən daha mütərəqqidir, daha humanistdir və hər iki tərəfdə həbslərlə bağlı yaranan narahatlığı aradan qaldırmış oldu. Elə dəyişikliyi də zəruri edən amillərdən biri bu problem idi. Çünki indiyə qədər icazəsiz piketlərdən, mitinqlərdən sonra az və ya çox müddətə həbslər olurdu ki, bu da problemlər yaradırdı".

Komitə sədri vurğulayıb ki, demokratik cəmiyyətdə fikir və söz azadlığının ifadəsi, sərbəst toplaşmaq hüququnun həyata keçirilməsi və s. zamanı tətbiq olunan cəza adekvat olmalıdır: "Burada həbslərin həyata keçirilməsi etik prinsiplərə, insan hüquqları sahəsində götürdüyümüz öhdəliklə ziddiyyət təşkil edirdi. Sərbəst toplaşma ilə bağlı da bu problem son dövrlərə qədər yaşanırdı: qanunvericilikdə icazəsiz aksiyanın qarşısını almaq üçün cəza olaraq ancaq həbs nəzərdə tutulurdu. İndi isə artıq bu qanun iqtisadi sanksiyaları nəzərdə tutur. Buna görə də hesab edirəm ki, bu baxımdan tətbiq olunan iqtisadi sanksiyalar daha düzgündür, daha demokratikdir".

Gənclərin aksiyadan sonra cərimələrlə bağlı keçirdikləri "5 qəpikdən toplama" aksiyasına da münasibət bildirən Ə. Hüseynli bunu onların qanuna hörmətlə yanaşması kimi dəyərləndirib: "Gənclər Azərbaycanın radikal müxalifətinin əvvəllər keçirdiyi aksiyalardan fərqli olaraq qanuna hörmətlə yanaşırlar, cəriməni ödəmək üçün belə bir aksiya keçirirlər. Formasından asılı olmayaraq, o pulu yığmaq üçün toplaşırlar. Bu onların qanuna hörmətindən irəli gəlir. Bu da o deməkdir ki, qanunun effektliliyi, profilaktik nəticəsi artıq özünü göstərir. Yəni, gələn dəfə aksiya keçirən zaman artıq onlar bunu razılaşdırmaq barədə düşünəcəklər və əminəm ki, bizim gənclər məhz bunu edəcəklər".

Komitə sədri əsgər ölümünə etiraz məqsədilə aksiya keçirilməsinə də münasibət bildirib: "Bu onların hüququdur. Mənim şəxsi baxışım isə ondan ibarətdir ki, baş vermiş hadisə ilə bağlı dövlət orqanlarının gördüyü tədbir kifayət qədər adekvat idi. Müdafiə Nazirliyi öz səlahiyyətləri çərçivəsində tədbir görür: kiməsə şiddətli töhmət verilir, kimsə işdən azad olunur və sair. Hüquq mühafizə sistemi isə öz səlahiyyətləri çərçivəsində növbəti tədbirlər görür: cinayət işi başlayır, hətta həbs-qətimkan tədbiri seçir. Bir sözlə, dövlət artıq kifayət qədər adekvat tədbir görür. Əgər aksiya bu məsələni ictimailəşdirməkdən ibarət idisə, bu, yanlış düşüncədir. Onsuz da məsələ kifayət qədər ictimailəşdi. Yox, əgər bu aksiya həyata keçirilən tədbirlərdən narazılıq əlaməti idisə, mən bununla razı deyiləm. Çünki sadaladığım kimi, artıq lazımı qurumlar tərəfindən lazımi tədbirlər görülür və insanlar bunun hüquqi nəticələrini gözləməlidirlər".

Ə. Hüseynli əsgər ölümünün hamını narahat etdiyini də vurğulayıb: "Kim istəyər ki, ordusunda əsgər ölsün?! Heç kim! Bu, elə mövzudur ki, bu barədə cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Amma o da məlumdur ki, belə hallar təəssüf ki, baş verir. Tək Azərbaycanda yox, bütün ölkələrin ordusunda hətta sülh şəraitində baş verir bu cür hallar. İstənilən halda heç kim arzulamaz ki, ordusunda əsgəri, istənilən vətəndaşı ölsün".

Qeyd edək ki, "Əsgər ölümünə son!" şüarı ilə yanvarın 12-də keçirilən aksiyada saxlanan bir qrup şəxs ötən ilin sonunda Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən 300-600 manat arasında cərimələniblər.

15.01.2013 tarixinə aksiyada 113 gənc iştirak edib.Manatla - 667 AZN, Qəpiklərlə - 206.4 AZN, CƏMİ - 873.04 AZN toplanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2991   Tarix: 16 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 413
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 202
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 574
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 438
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 0
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 392
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 159
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 399
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 370