Azərbaycanda qadağan olunmuş 5 kitab

Azərbaycanda qadağan olunmuş 5 kitabKitabların qadağan edilməsi bütün dövrlərdə və bütün ölkələrdə qeydə alınıb. Bəs Azərbaycanda necə? XX əsrdə yerli müəlliflərin yazdığı ən azı 5 kitab qadağan edilib. Onların adlarını təqdim edirik:

1. Heydər Hüseynov - "XIX əsr Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən" fəlsəfi monoqrafiyası

Azərbaycan fəlsəfə elmində XX əsrdə ilk dəfə fundamental və sistemli araşdırmalar aparan Heydər Hüseynov fəaliyyəti boyunca bir sıra məsul vəzifələrdə çalışıb, iki dəfə də Stalin mükafatına layiq görülüb. Lakin alimin 40-cı illərin sonunda yazdığı və yaradıcılığının şah əsəri sayılan "XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən" monoqrafiyası hətta onun ölümünə səbəb olub. Sovet rəhbərliyi əsərdə Şeyx Şamil hərəkatının dəstəkləndiyi və bunun da millətçilik amilinin qabardılmasına səbəb olduğu üçün alimi olmazın dərəcədə təhqir edir və ona verilmiş Stalin mükafatını geri alır. Mənəvi böhrana dözə bilməyən H.Hüseynov Mərdəkandakı bağ evində özünü asaraq intihar edib.

2. Mirzə Kazım bəy - "Müridizm və Şamil"

Azərbaycanın çağdaş şərqşünaslıq elminin banisi, Qərb və Şərq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Mirzə Kazım bəy Avropa universitetlərində Azərbaycanı ən yaxşı təmsil edən alim olub. İlk dəfə xristianlığı qəbul edərək insanlara dini tolerantlığı və demokratik ideyaları təlqin edən Kazım bəy bəzi əsərlərində ustalıqla qadağan olunmuş məsələləri qabarda bilib. Yazdığı iki şah əsər "Bab və Babilik" və "Müridizm və Şamil" əsəri onu danlaq obyektinə çevirib. Burada dini amillərin qabardılması və müstəmləkə rejimində yaşayan xalqların azadlığa səslənməsi rejimi qətiyyən qane edə bilməzdi. Beləliklə, kitabları Qərbdə dərs vəsaiti olan Mirzə Kazım bəyin əsəri sovet dövründə vətənində qadağan edilib.

3. İsa Muğanna - "Yanar ürək" povesti

60-cı illər nəslinin ən güclü nümayəndəsi sayılan İsa Muğanna (Hüseynov) "Yanar ürək" povesti ilə o dövr ədəbiyyatında inqilab etmişdi. Lirik-psixoloji metodlarla kəskin realizmin sintezini böyük ustalıqla yaradan ədib bu əsərdə qadağan edilmiş mövzuları "qadağan edilmiş tərzdə" işıqlandırdığı üçün xeyli təqiblərə məruz qalır.

4. Bəxtiyar Vahabzadə - "Gülüstan poeması"

Poemada Cənub nisgilinin, azadlıq ideyalarının, vətən sevgisinin açıq-aşkar təsviri, qadağan olunmuş siyasi motivlərin nümayişi şairi uzun müddət təqiblərlə üz-üzə qoyub. Əsər yalnız hissələrlə "Şəki fəhləsi" qəzetində çap olunub.

5. Eldar Baxış - "Ölüsüylə ərəbcə, dirisiylə rusca" kitabı

Bu kitab o birilərindən nisbətən müasir çalarları ilə fərqlənir. 90-cı illərin siyasi reallıqları burada satira və yumorun diliylə oxuculara təqdim olunub. Təsirli və tənqidi siyasi motivləri və real həyat lətifələrinə görə kitab tam olaraq qadağan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2313   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882