Opel Cascada 2013: yeni kabriolet (Foto, Məlumat)

2013-cü ilin martında avtomobil bazarına yeni məhsulunu çıxarmaq ərəfəsində Opel bahalı olmayan yaraşıqlı Opel Cascada 2013 modelini nümayiş etdirir. Yeni Opel Cascada istehsalçının uzun müddətdən bəri toplanmış təcrübəsinin təcəssümüdür. Alıcıya erqonomik salon, üç cür mühərrik və müasir təhlükəsizlik sistemləri təklif edən bu avtomobil kabrioletlər arasında güclü rəqibə çevriləcək.

Opel Cascada orta ölçülü avtomobillər seqmentinə aiddir, onun uzunluq və en ölçüləri (4697/1840 mm) Opel Astra Twin Top modelininkindən böyükdür və Audi A5-in ölçülərinə yaxındır. O, Astra və Insignia modellərinin platformasında hazırlanıb və təkər

bazasının ölçüsü 71 mm artırılıb.

Yumşaq üçqat materialdan istifadə sayəsində Opel Cascada 2013 kabrioleti qatlanan metal dam örtüyünə malik sələfindən fərqli olaraq səs və istilik izolyasiyasını kifayət qədər yaxşı təmin edir. 50 km/saatadək sürətlə hərəkət zamanı salonda düyməni bircə dəfə basmaqla və ya məsafədən idarəetmə qurğusundan istifadə etməklə sürücü dam örtüyünü 17 saniyəyə aça və ya bağlaya bilər.

Baqaj bölməsinin həcmi qatlanan dam örtüyünün vəziyyətindən asılı olaraq dəyişir. Dam örtüyü bağlı vəziyyətdə olduqda sürücünün ixtiyarında 280 litr, açıq halda olduqda isə 350 litr baqaj məkanı olur. Dam örtüyü üç rəng variantından birində təklif olunur və onun rəngi avtomobilin kuzovunun 10 rəngindən birinə uyğunlaşdırıla bilər.

Mühərrik
Avropanın avtomobil bazarında yeni Opel Cascada-nın alıcılarının seçiminə üç mühərrik təklif olunacaq:
1. 1,6 litr həcmə və 170 at gücünə malik (maksimal fırlanma momenti 280 Nm) dörd silindrli benzin turbomotoru (Turbo ECOTEC). Bu mühərrik yalnız 6 pilləli avtomat transmissiya ilə tandemdə işləyir;
2. 1,4 litr həcmə və 140 at gücünə malik (maksimal fırlanma momenti 220 Nm) benzin turbomotoru;
3. 2,0 litr həcmə və 165 at gücünə malik (maksimal fırlanma momenti 380 Nm) dizel turbomotoru.
1,4 və 2,0 litr həcmə malik mühərriklər altı pilləli mexaniki və ya avtomat transmissiya ilə təklif olunacaq. Opel-dən verilən məlumata görə, sonrakı mərhələdə avtomobilin daha güclü benzin və dizel mühərrikləri ilə təchiz olunması planlaşdırılır.
Cascada-nın baza komplektasiyasına HiPerStrut asqısı daxildir. Həmçinin Cascada seçim əsasında 18, 19 və ya 20 düymlük təkərlərlə təchiz oluna bilər.

Salon və komplektasiya
Opel Cascada-nın interyeri qismən Astra və Insignia modellərindən götürülüb və baza komplektasiyasında bir neçə təmtəraqlı detallar da əlavə olaraq təklif olunur. İkisi isitmə sistemi ilə təchiz olunan dörd erqonomik oturacaqla yanaşı, avtomobilə adaptiv işıqlandırma sistemi və Opel Eye sistemi quraşdırılır. Nəticədə hərəkət zamanı sürücüyə audio və vizual siqnallar vasitəsilə məhdudlaşdırıcı yol nişanları barədə xəbərdarlıq edilir. Bundan əlavə, sürücünün xəbəri olmadan (məsələn, sürücü yuxuladıqda) avtomobil hərəkət zolağından kənara çıxdıqda qaçılmaz toqquşma situasiyası yaranarkən avtomobil sürücüyə xəbərdarlıq edir və əyləcləri işə salır.

Opel Cascada 2013-ün qiyməti

Opel Cascada kabrioletlərin zahirən yöndəmsiz olduğu barədə formalaşmış fikirləri təkzib edərək yaraşıqlı profili ilə seçilir və daha bahalı avtomobillər sinfinə mənsub olan yüksək aerodinamik göstəricilərə malik modellərin tipik keyfiyyətlərini özündə təcəssüm etdirir.
Yeni kabriolet Avropanın avtomobil bazarında 2013-cü ilin martında peyda olacaq. O əvvəlcə Böyük Britaniya alıcılarına təklif olunacaq. Orada Opel Cascada kabrioletinin qiyməti 25.000 funt sterlinq (yəni təxminən 30.800 avro və ya 40.500 ABŞ dolları) təşkil edəcək.

Opel Cascada 2013: yeni kabriolet (Foto, Məlumat)Opel Cascada 2013: yeni kabriolet (Foto, Məlumat)Opel Cascada 2013: yeni kabriolet (Foto, Məlumat)Opel Cascada 2013: yeni kabriolet (Foto, Məlumat)Opel Cascada 2013: yeni kabriolet (Foto, Məlumat)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2227   Tarix: 15 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831