Zeynəb Xanlarovadan sərt reaksiya: 'Buna nə axtarış, nə araşdırma? Aydın görünür

Zeynəb Xanlarovadan sərt reaksiya: 'Buna nə axtarış, nə araşdırma? Aydın görünür"Milli Ordumuzun əsgərinin ölümü xəbərindən sonra yuxularım belə qaçıb, bu hadisə mənə çox pis təsir elədi. Əsgərimizin cansız bədəninin fotosunu görəndə bir anlıq düşündüm ki, ay Allah, görəsən onun anası indi nə çəkir? Şəxsən mən həmin şəkli görəndən, dəli kimiyəm, ürəyim partlayır, belə müsibət olmaz".

Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova bu fikirləri Daşkəsəndəki "N" saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovun öldürülməsinə münasibət bildirərkən söyləyib. Böyük sənətkarımız "Yeni Müsavat"a açıqlamasında bildirib ki, əsgərin ölümü ilə bağlı araşdırmaların aparılmasına əslində ehtiyac yoxdur, faciə göz qabağındadır: "Buna nə axtarış, nə araşdırma? Aydın görünür ki, əsgərimizi döyüb bu hala salıblar. Buna nə ad vermək olar? Bəs bunun komandiri, digər böyükləri harda idi? Məgər əsgər döyülərkən onu görən olmayıb? Kimdir onu döyüb bu hala salan?" Z.Xanlarova günahkarlara ən ağır cəzanın verilməsini istəyir: "Necə yəni? Ana övlad böyütsün, boya-başa çatdırıb sağ-salamat əsgərliyə göndərsin, üstünə tabutda qaytarsınlar? Onu bu hala salanın özünü istintaqsız- filansız döyə-döyə öldürmək lazımdır. Eşitdiyimə görə deyiblər ki, guya ürəyi xəstə olub. Bəs, ürəyi xəstə olanı əsgərliyə niyə göndərirsiniz? Bunlar hansı bəhanədir".

Deputat məsələnin parlamentdə müzakirəsini zəruri sayır: "Mən Milli Məclisin sessiyası başlanan gün iclasda çıxış edəcəyəm. Mən təklif edəcəyəm ki, Milli Məclisin bir iclası ayrıca ordudakı əsgər ölümlərinə həsr olunsun. Qoy bu məsələlərdən geniş danışılsın, bəlkə kar qulaqlar bütün bunları eşitdi. Sonra da deyirlər ki, ata-analar balalarını hərbi xidmətdən gizlədirlər, hansısa yollara əl atıb saxta sənəd alırlar. Bax, buna görə edirlər. Bir var əsgər düşmən gülləsindən həlak olsun, bir də var "sapı özümüzdən olan baltalar"ın zavalına gəlsin. Əsgər vətən yolunda, torpaq yolunda şəhid olanda bizim valideynlərimiz deyirlər ki, onların övladlarının qismətinə vətənə qurban getmək yazılıbmış, bunu şərəfli hadisə sayır və böyütdükləri oğulların vətənə qurban getməsi ilə təskinlik tapırlar. Bu, tamam ayrı şeydir. Necə ki, Türkiyədə ana "Oğlum qurban olsun mənim bayrağıma, torpağıma" deyir. Bu əsgərimiz də düşmən gülləsindən şəhid olsaydı, onun da anası eynilə belə deyə bilərdi. Mən xalqımı, millətimi tanıyıram, övladını oxşaya-oxşaya əsgər yola salıbsa, şəhid olsaydı, eyni nəvazişlə qarşılayar və cansız bədənini bağrına basıb onu öz əlləri ilə ana torpağa əmanət edər, "bu da bir qismətdir" deyərdi. Ancaq necə ola bilər ki, 18-19 yaşlı cavanlarımız, 2-3 ayın əsgərləri bu şəkildə həlak olsun? Dünyanın harasında əsgərə qarşı bu cür hörmətsizlik, mənəviyyatsızlıq, alçaqlıq olur?! Əsgərə belə münasibət dövlətimizin imicinə ən böyük zərbədir. Baş verən hadisə adi məsələ, yaxud bir ailənin, bir ananın faciəsi deyil, bu, həm də dövləti cinayətdir. Nəhayət, bu kimi halların qarşısı alınmalıdır! Bəlkə də müharibə olsaydı bundan daha yaxşı olardı, bilərdik ki, övladlarımız vətən uğrunda şəhid olurlar. Yoxsa atəşkəs dövründə bu qədər itki vermişik. Birdəfəlik ya qırılmalı, ya da dirilməliyik!" Xalq artisti bildirdi ki, Türkiyə mətbuatında Azərbaycandakı əsgər ölümləri ilə bağlı xəbərlər yayılandan sonra ona qardaş ölkədən "Zeynəb xanım, bu nə hadisədir, Azərbaycan ordusunda nələr baş verir" deyə, müraciətlər edilməkdədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4319   Tarix: 14 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1146
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1490
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1078
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1321
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

19.04.2024 161
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 707
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 312
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1437
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1467