Efirə Qayıtmaq istəyirəm

Efirə Qayıtmaq istəyirəmÇoxlarına jurnalistika peşəsini sevdirən, aparıcılıq sənətinə maraq yaradan bir xanım – Nərgiz Cəlilova... Səmimi, mehriban, savadlı, eyni zamanda öz işinin peşəkarı olan teleaparıcı... Tele məkanda öz sözünü demiş, dəsti-xətti ilə seçilən Nərgiz Cəlilova söhbətimizə qonaq oldu. Uzun müddətdir ki, efirlərdə görünməyən Nərgiz xanım yeni layihə ilə efirə qayıtmaq istədiyini dedi.

- Bir layihənin araya-ərsəyə gəlməsi üçün çox əmək və vaxt sərf olunur. Özün də mənən tükənirsən. Ona görə də hər işdən, layihədən sonra müəyyən boşluq yaranır. Yeni bir ideyaya başlamaq zaman tələb edir. Mən həmişə bunu rejissorların işi ilə müqayisə edirəm. Rejissorlar da filmi çəkəndən sonra yeni bir işə başlamazdan öncə müəyyən fasilə verirlər. Sıradan bir şey olmaması naminə, daha yaxşı hazırlanmaq, tamaşaçını cəlb etmək üçün mütləq üzərində işləməlisən, yeni ideyanı daxilində yaşamalısan.

- Bəs bu yenilənmə müddəti nə zaman bitəcək? Artıq efirə qayıtmaq zamanı gəlməyibmi?

- Bu, təkcə bizdən asılı olan məqamlar deyil. Bir proqramı ortaya çıxarmaq üçün ideyadan başqa, maliyyənin olması, dekorasiyasının hazırlanması və digər çox vacib faktorlar da var. Hər şeyi sən özün düşünməlisən. Həmçinin o komandanı yığmalısan. Amma istək varsa, bir balaca da şans və Allahın köməkliyi ilə hər şey reallaşır...

- Hazırda hanısa bir layihə üzərində işləyirsiniz?

- Uzun müddət ciddi formatlı tok-şoular hazırlamışam. Artıq bu formatdan çıxmaq, musiqili, əyləncəli bir layihə etmək istəyirəm. Amma, təbii ki, bayağı olmayan... Zarafatları, gündəmdə olan söhbətləri ilə əyləncəli bir iş ortaya qoymaq arzusundayam. Bu, mənim içimdən gələn tələbatdır. Və buna da hazırlanmaq üçün gərək içində o gücü tapasan, çünki format tamam dəyişir.

"APARICILIQLA ÖLKƏDƏN KƏNARA ÇIXMAQ OLMUR!"

- Son zamanlarda şou-biznes aləmində, eləcə də digər sahələrdə ölkədən kənara çıxmaq, xaricdə tanınmağa çalışmaq dəbə düşüb. Siz necə buna can atmısınızmı?

- Bu, müğənnilər üçün daha asandır. Amma aparıcı kimi ölkədən kənarda nəsə etmək çətindir. Düzdür, müştərək kanallar açılır, proqramlar hazırlanır. Belə bir təklif olarsa, düşünə bilərəm. Amma biz başqa hara çıxa bilərik ki? Hətta özüm də bəzən düşünürəm ki, bu peşə ilə rəssam kimi, müğənni kimi kənara, xaricə çıxmaq imkanlarım yoxdur. Sadəcə xarici ölkələrin verilişlərini burada tətbiq edə bilirik.

- Siz də xarici telekanalların təcrübəsindən yararlanırsınız?

- Demək olar ki, bizim bütün verilişlər Qərbdən gəlir. Biz də həmin layihələri öz milli xüsusiyyətlərimizə uyğunlaşdıraraq, nələrisə əlavə edərək, nələrisə tamam çıxararaq özümüzəxas bir proqram hazırlayırıq. Xəbərlərdən tutmuş bütün verilişlərin hazırlanması belədir. Özü də təkcə bizdə yox, elə Rusiyada da, Türkiyədə də bu tendensiya hökm sürür.

- Müğənnilər kimi xaricdə tanınmaq imkanınızın olmadığını dediniz? Amma axı sizin gözəl ifalarınız da var, yenidən oxumağı düşünürsünüzmü?

- Təbii ki, bu, mənim təqdim etdiyim layihəyə baxır. Əgər musiqili-əyləncəli bir veriliş hazırlayıramsa, o zaman niyə də olmasın?! Amma təbii ki, yerinə düşərsə, oxuyaram.

- Efiri uzun müddət kənardan izlədiniz. Bu fasilə dönəmində teleməkanda hansı dəyişiklikləri gördünüz?

- Hər şey normaldır. Əsas odur ki, nəsə etməyə çalışırlar və bu çalışma da hiss olunur. Müsbətə doğru inkişaf bir çox şeydən asılıdır, o cümlədən yaxşı maliyyə imkanlarından. Ona görə də yeri gəldi-gəlmədi, tənqid eləmək də olmur. Addımlarımızı yavaş-yavaş atırıq. İnanıram ki, zaman keçdikcə daha yaxşı olacaq.

"YAXŞI APARICI OLMAQ ÜÇÜN 10-U 1-DƏ CƏMLƏNMƏLİDİR"

- Yaxşı olması üçün, uğur qazanması üçün aparıcıdan tələb olunan nədir?

- Bu, insanın özünə bağlıdır. Nə dərəcədə bu peşəni sevir? Nə dərəcədə həmişə hazırlıqlı olacaq? Onun məsuliyyətini anlayırmı və ən əsası, qarşısına qoyduğu məqsəd nədən ibarətdir? Sıradan birimi olmaq istəyir? Yoxsa televiziyada şəxsiyyət kimi yetişmək arzusundadır? Əgər işində birinci olmağı hədəfləyibsə, daha çox uğur qazanacaq. Səs tembri, tələffüz, diksiya, savad, bilik, dünyagörüşündən əlavə, çox vacib olan faktorlardan biri də istedaddır. Tələb olunan şərtlər çoxdur. 10-u 1-də cəmlənməlidir. Ona görə də peşəkarlar həmişə yetişmir.

- Bəs heç düşünmüsünüzmü ki, tamaşaçılar Nərgiz Cəlilovanı niyə bu qədər çox sevir, onun verilişlərini axtarırlar?

- Yəqin ki, işimə məsuliyyətli yanaşdığıma görə... Hər zaman üzərimdə çalışdığıma görə... Görürsünüz, layihələrim arasında fasilələr də verirəm ki, daha yaxşı hazırlanaraq, yenilənərək geri dönüm. Bu fasilə zamanlarında müxtəlif təkliflər də olub. Amma mən heç birini qəbul etməmişəm. Ona görə yox ki, bəyənməmişəm, əsla, sadəcə həmin işi içimdən, daxilimdən keçirmək üçün zaman gərəkli olub. Bütün bunlar da işimə nə qədər məsuliyyətlə yanaşdığımı göstərir.

"ARXADA QALAN İLLƏR MƏNİ DƏHŞƏTƏ GƏTİRİR"

- Və 30 ili bu məsuliyyətlə başa vurdunuz...

- Hə, son vaxtlar efirə çıxmağımın 30 ilinin tamam olması ilə bağlı hamı maraqlanır. Amma mən bunu qabartmaq istəmirəm. Ömrümdə heç vaxt nə ad günü, nə də yubiley mərasimlərini keçirməyi sevməmişəm. Ancaq hərdən düşünürəm ki, ay aman, bu qədər il necə gəldi-keçdi, illər nə zaman arxada qaldı?! Bax o vaxt özümə də dəhşətli gəlir...

- Arxada qalan illərin gözəl nəticələrindən biri də övladınızdır...

- Hə, qızım hazırda Fransada təhsilini davam etdirir. Tibb sahəsində təhsil alır. Ondan uzaqda qalmaq çox çətindir. Ayrılıq məqamları çox ağır olur. Çünki bəzən aylarla görə bilmirəm. İmtahanlarına görə Yeni ildə də gələ bilmədi. Mən Fransaya getdim. Hər kəsin öz həyatı, öz yolu var, mən onun həyatına müdaxilə edə bilmərəm. Arzu edirəm ki, Allah bütün övladların bəxtini, yolunu açıq etsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2287   Tarix: 14 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189