Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)

"Mənim 3 uşağım var, amma neçə övladımın olduğunu hələ bilmirəm"
"Heç vaxt qızım olmayacaq".

- Murad necə atadır? Övladlarına layiqincə valideynlik edə bilirmi?

- Mənim bir övlad kimi bəxtim onda gətirdi ki, atam mənə çox tez, 13 yaşımdan azadlıq verib. Qohum-qonşunun uşağı ancaq məktəbə gedib, axşamları evdə olanda mən artıq KVN komandasındaydım, səfərlərə gedirdim. 1993-cü ildən kifayət qədər sərbəst həyatımı qururdum, qərarlar verirdim. Çox tez böyüdüm. 22 yaşımda ailə qurdum. 34 yaşım var, 3 oğul atasıyam. Bu gün sabah böyük oğlum mənim o azadlığa qovuşduğum yaşa gəlib çatır. Və bu gün mən bir ata kimi düşünürəm ki, övladıma o sərbəstliyi verə biləcəyəmmi? Hərdən atamdan soruşuram, axı sən məni necə buraxdın, necə qaldız mənsiz? Amma geci-tezi biz övladlarımızı buraxmalıyıq. Təəssüf ki, bizdə hələ də övlada mülkiyyət kimi, əşyamız kimi yanaşma tərzi qalıb. Oğul bu gün sabah baba olacaq, hələ də ata ana yanındadır. Hərdən mənə deyirlər ki, adama qız qalır. Başa düşmürəm, qız adama necə qala bilər?

- Qızdan söz düşmüşkən. Bilirəm ki, ən böyük arzularınızdan biri də qız atası olmaqdır. Heç bu vaxta qədər falınızda qızınız olacağı görünübmü?

- Heç kimin deməsi lazım deyil. Bilirəm ki, qızım olmayacaq. Çünki mən övlad planımı artıq doldurmuşam. Uşaqlara baxmaq tamamilə yoldaşımın üzərindədir. Təsəvvür edin, 3 uşaq, səhər 7 dən gecəyə kimi ayaq üstədir. Hərdən deyirəm, ay qız axı sən nə etmisən ki, elə deyirsən yorğunam. Deyir Murad 3 uşaqdır. Bunları məktəbə aparmaq, geyimi, yeməyi, dərsi, yatmağı. Mənim həyat yoldaşım elə bil ki, işləyir. O məndən də tez gedir işə, məndən gec bitir işi. Onun yükünü daha da artırmaq istəmirəm.

- Bəs övladlarınız ataları Murad Dadaşov haqqında nə fikirdədir?

-Bir həqiqət var ki, Murad Dadaşovun övladları kifayət qədər tənha uşaqlardır. Böyük oğlum Kamal, ümumiyyətlə, heç yerdə demir ki, atası kimdir. Müəyyən səbəbləri var. Əvvəl deyirdi ki, deyəndə Murad, sənin üçün gombul deyirdilər. İndi açıq deyir ki, istəyirik bizi özümüzə görə tanısınlar. Səni müzakirə etməsinlər, sənə aid sual verməsinlər.

- Sizi ailənizlə bir yerdə verilişlərə, jurnallara çəkilən görmürük. Ailənizi mətbuatdan gizlətməyə üstünlük verdiniz.

- Əslində bu mənim yox, yoldaşımın istəyi ilə oldu. Və bunu da əsaslandırdı ki, Murad, yeganə bir yer saxlayıram, orda sən sən olacaqsan və sənə məxsus olacaq. İstəyirsən onu da açaq. Və nə yaxşı ki, mən o yeri saxladım. Mənə məxsus olan bir yer var: o da evim.

Murad və həyat missiyası:

"Sənin arzun kiminsə əleyhinə, pisliyinə və paxıllığına səbəb olmamalıdır".
"Bu vaxta kimi rüşvət almamışam. Bəlkə də versəydilər alardım, kim bilir?"

- Xoşbəxt adam odur ki, həyatda missiyasının nə olduğunu bilir. Bədbəxt odur ki, missiyasını tapa bilmir. Amma ən bədbəxt adam odur ki, missiyasını axtarmaq istəmir. Məncə Murad birinci xoşbəxtlər sırasındadır, çünki ən azı missiyasını bilir.

- Mənim missiyam insanlara xoş əhval ruhiyyə bəxş etməkdir. Murad Dadaşov dedikdə insanın istər-istəməz üzündə bir təbəssüm yaranır. Bilirsiniz, arzu, istək və missiyada əsas niyyətin saf olmasıdır. Sənin arzun kiminsə arzusuna zidd olmamalıdır, sənin arzun kimisə məhv etmək, yerini əlindən almaq hesabına həyata keçməməlidir. Əgər əldə etdiyin kiminsə acığına, paxıllığına səbəb olacaqsa, sən o əldə etdiyinin xeyrini görməyəcəksən. Mən Murad Dadaşov bu vaxta kimi rüşvət almamışam. Heç təklif edən də olmayıb. Bilmirəm, bəlkə təklif olsaydı, elə şərait yaransaydı alardım. Mən işçini özüm yalvarıb axtarıram. Heç kimin bilmədiyi tərəflər də var. Bütün bu işlərin arxasında mənim səhhətim, əsəblərim, zamanım, ailəmin əsəbləri və əlbəttə ki, bəzi qurbanlarım dayanır. Mənim qədər əsəb keçirən ikinci insan yoxdur. Missiyam dəyişməyib, amma həyata baxışlarım dəyişir. Son Amerika səfərimdən sonra isə mən tamam başqa fikirlərlə qayıtdım. Amerikada olanda insan anlayır ki, heç kimdir, burda itə bilər, hansısa zənci məhləsində kimsə səni öldürə bilər. Sən istedadlı prodüser, burda rəhbər vəzifədə işləyən biri, orda heç nəyə lazım olmayacaqsan.

- Deyirlər Murad Dadaşov varlıdır. Pul qazanmağı bacarır. Sizin dünya malına sevginiz nə qədərdir?

- Mən varlı insanların arasında çox oluram. Varlı, şöhrətli insanlar xoşbəxt olmurlar. Düşünün, birincisi ətraf təhlükəlidir, etibar yoxdur, var dövlətə görə fikir, paxıllıq, uşaqlara görə narahatlıq, gizli düşmənlər.
Bir dəfə çox zəngin bir insanın bağında qonaq idim. Yanımızdan əli məcməyili bir oğlan o yan-bu yana gedirdi. Həmin o zəngin bağ sahibi saxlayır onu, ay bala sən kimsən. Deyir mən o evdəkilərə işləyirəm, xidmət edirəm. Kişi baxır deyir, vallah mən bunu birinci dəfədir görürəm, heç bimirəm kimdir. Və budur həqiqət: O bağda ki, sənin tanımadığın adamlar keçir, sən özün ola bilmirsən, deməli, o sənin deyil. Sən azad deyilsən. Mən nə böyük bağlar, villalar, yaxtalar barədə düşünmürəm. Çünki mənə evdə 3 kvadrat metr yer lazımdır ki, gəlim divanda oturum və bir stəkan çayımı içə-içə televizora baxım. Təkcə mənə yox, hamıya elə bu 3 metr yer bəs edir.

O zaman neynirəm neçə min kv metrlik bağı, sarayı, villanı? Biz nə özümüz üçün yaşamağı bacarırıq, nə də övladımıza öz həyatını yaşamağa imkan veririk. Hərdən mənə deyirlər ki, uşaqların gələcəyi üçün bir ev, mənzil barədə düşün. Deyirəm, mən heç bilmirəm ki, sabah necə olacağam, bu uşaqlar harada yaşamaq istəyəcək, bəlkə Amerikaya getdi, bəlkə Çinə... Mən indidən bunları düşünüb özümü yormaq, vaxtımı sərf etmək istəmirəm. Bu gün mənim 3 uşağım var deyə bilirəm, amma neçə övladım var, bax onu deyə bilmərəm. Mənim neçə övladım olduğunu gələcək göstərəcək.

Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)Başa düşmürəm, qız adama necə qala bilər? (Özəl Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9448   Tarix: 13 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899