Elza "Səni araram..." dedi... - (Video)

Elza "Səni araram..." dedi... - (Video)

Azərbaycanın Əməkdar Artisti, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Elza Seyidcahan "Səni araram..." adlı yeni mahnısını musiqisevərlərə təqdim edir..

Mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Sirus Abbasbəyliyə məxsusdur.

Aranjimanın Cavid Cavadoğluya məxsus olduğunu deyən bəstəkar-müğənni Elza Seyidcahan mahnının musiqisevərlər tərəfindən bəyəniləcəyinə ümid etdiyini bildirib. O deyib ki, bu mahnını ilk təqdimatını bir neçə gün əvvəl Türkiyənin tanınmış musiqi kanalı TMB kanalında edib. Bu mahnı ortaq türkcədə yazılıb və ona görə də Türkiyədə böyük diqqət qazandı.

Hətta TMB də ilk təqdimatdan dərhal sonra mən dünyanın müxtəlif bölgələrində yaşayan türklərdən məktublar aldım və onlar mahnını bəyəndiklərini deyirdilər. Hətta ABŞ-dan Amerikanın Səsi radiosuna 30 dəqiqəlik müsahibəm zamanı da aparıcı məndən mu mahnı barədə xüsusi soruşdu. Türkiyədən İsveçə getdiyini deyən Elza Seyidcahan iştirak etdiyi tədbirdə bu mahnının tədbir iştirakşıları tərəfindən çox bəyənildiyini deyib. Xaricdə yaşayan istedadlı sənətçimiz Cavid Təbrizi hətta məndən bu mahnını ifa etmək arzusunda olduğunu bildirdi və mən də böyük məmuniyyətlə razılıq verdim deyən Elza Seyidcahan bildirib ki, mahnı bu gündən etibarən radiolarda və televiziya kanallarında səslənəcək...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2401   Tarix: 12 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390