Namiq Qaraçuxurlu Ledi Qaqaya qəzəl oxudu (Foto+Video)

Namiq Qaraçuxurlu Ledi Qaqaya qəzəl oxudu (Foto+Video)Namiq Qaraçuxurlu Ledi Qaqaya qəzəl oxudu (Foto+Video)

Meyxanaçı ekstravaqant müğənniyə "Naz et" dedi
Azərbaycanlı meyxanaçı Namiq Qaraçuxurlu amerikalı müğənni Ledi Qaqaya qəzəl oxuyub. ANS PRESS-in məlumatına görə, meyxanaçı dünyaşöhrətli ulduzun sevilən "Alejandro" mahnısının Musiqisi üzərində hazırlanmış kompozisiyanın girişində ona xitabən Əliağa Vahidin "Naz et" qəzəlindən bir parça söyləyib. Musiqi nömrəsi ANS TV-nin "Bizimkilər 2.0" musiqili layihəsində hazırlanıb.

Qeyd edək ki, 31 dekabr - Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə təqdim edilən "Bizimkilər 2.0" layihəsində uzun illər bütün dünyada məşhur olan hit mahnılar musiqi alətlərimiz və muğam ifaçılarının köməyilə milli, həmçinin müasir improvizasiyada yenidən ifa edilərək tamaşaçıların ixtiyarına verilib. İnstrumental aranjemandakı məşhur hitləri Azərbaycan incəsənətində xüsusi yeri olan şəxslər ifa edib.

"Bizimkilər 2.0" layihəsinin ideya müəllifi və rəhbəri Seyfulla Mustafayev, baş redaktoru Samirə Səfərəliyeva, musiqi rəhbəri və aranjemanı Yaşar Baxış, Elçin Əhmədov, rejissoru Yaşar Əliyev, prodüsserləri isə Aynur Hüseynova və Nadirə Məmmədovadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5995   Tarix: 12 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740