Diqqət! Bu mineral çatışmadıqda insan ölür

Diqqət! Bu mineral çatışmadıqda insan ölürDiqqət! Bu mineral çatışmadıqda insan ölür

Sən nəymişsən, maqnezium...

Maqnezium vücudumuz üçün vacib olan 11 mineraldan biridir. İnsan orqanizmində maqneziumun yetərli olmaması əsəbilik, stress, zehni zəiflik, iştahsızlıq, depressiya, əzələlərdə qıcolma, ürək döyüntüsünün zəifləməsi, sinir siteminin pozulması, halsızlıq, solğunluq və s. kimi problemlər yaradır. Bu elementin köməyi ilə bədəndə yediklərimizin enerjiyə çevrilməsi prosesi baş verir, maddələr mübadiləsi gedir. Əzələ və sinir funksiyalarının icra edilməsi, sümüyün gücləndirilməsi, ürək döyüntülərinin nizama salınması və s. proseslərdə maqnezium vacib rol oynayır.

Orqanizm maqneziuma olan ehtiyacını əsasən mineral sulardan alır. İnsan orqanizmində 300-dən artıq biokimyəvi reaksiyalar baş verir. Bütün bu proseslərdə maqnezium önəmli rol oynayır. Maqnezium qan təzyiqinin təşkilində əhəmiyyətli rol oynayır. Kalium, kalsium və maqneziumdan zəngin, natrium və yağdan kasıb diyetlə bəslənənlərdə qan təzyiqində düşmələrə rast gəlinib.

Çox olması da zərərlidir

Maqneziumun miqdarını orqanizm sağlam olarsa, özü müəyyənləşdirə bilir. Böyrəklərin fəaliyyətində problem yarandıqda, xüsusilə yaşlılarda maqnezium ifraz edilə bilmir və bu da eynilə maqnezium çatışmadıqda yaranan xəstəliklərə yenidən səbəb olur. Məsələn, iştahsızlıq, zehni zəiflik, qan təzyiqinin aşağı olması, halsızlıq, təngənəfəslik və s.

Maqneziuma bunların daha çox ehtiyacı var

Stressdən əziyyət çəkənlər, hamilələr, ağır idman növü ilə məşğul olanlar, həddindən artıq spirtli içki qəbul edən və siqaret çəkənlərin maqneziuma daha çox ehtiyacı olur. Spirt maqneziumun böyrəklərdən daha çox ifraz edilməsini artırır. Orqanizmdə maqnezium çatışmadıqda qanda laxtalanma faizi daha yüksək olur. Bu da ümumilikdə ürək və damar xəstəliklərinin bünövrəsini qoymuş olur. Maqnezium ürək xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Bu mineral ürəyin daha az enerji və oksigen istifadə etməsini təmin edir.

Maqnezium kalsiumla birləşərək anti-stress təsir göstərir. Bu təbii birləşmə insanı sakitləşdirir. Hamilə qadınlarda maqneziumun çatışmaması nəticəsində erkən doğum halları daha çox olur. Körpələrinə süd verən analar xüsusilə bu mineralı normada qəbul etməlidirlər.

İdmançılar üçün bu element daha vacibdir. Çünki maqnezium əzələ sıxılması və karbohidratların enerjiyə çevrilməsi prosesinə nəzarət edən bir mineraldır. Məşqlərdə tez yorulma, performansda azalma, şiddətli əzələ qıcolmaları və spazmları maqnezium çatışmamazlığından yaranır.

İndi bunu tapmaq da çətindir

İndiki zamanda maqneziumun alınması getdikcə çətinləşir. Çünki bitkilərin daşıdığı maqnezium miqdarı sürətlə azalır. Kaliumlu gübrələr və turşulu yağışlar torpağın və nəticədə bitkilərin maqnezium həcmini azaltmaqdadır. Yanlış qidalanma və sərt suların yerinə yenidən istehsal edilmiş suların qəbul edilməsi də maqnezium alışını azaldan amillərdəndir.

Həddindən artıq sinkin qəbul edilməsi də orqanizmdə maqneziumun miqdarını aşağı salır. Spirtli içkilər, siqaret diabetik dərmanlar, bəzi antibiotiklər orqanizmdə daha çox maqnezium itkisinə səbəb olur. Bu da sağlamlıq üçün zərəlidir.

Gündəlik maqnezium ehtiyacı nə qədərdir?

Bədənimizdəki təxminən 20-28 qr maqneziumun 60%-i sümük və dişlərimizdə, 49%-i əzələlərimizdə var. Qanda isə maqneziumun cəmi 1%-i var.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, insanın maqneziuma olan gündəlik ehtiyacı 300 milliqramdır. Bu ehtiyacın qarşılanmaması hətta ölümə belə səbəb ola bilir.

İnsanın maqneziuma olan ehtiyacı onun kimliyindən, yaşından və vəziyyətindən asılı olaraq dəyişir. "National İnstutites of Health" gündəlik maqnezium ehtiyacını aşağıdakı şəkildə müəyyən edib:

Yaş Kişi Qadın
14 - 18 410 mq 360 mq
19 - 30 400 mq 310 mq
31 420 mq 320 mq

Hansı məhsullarda maqnezium var?

Maqneziuma olan ehtiyac həblər və mineral suların qəbulu ilə ödənilə bilər. Dəniz suyunda da öu mineralın miqdarı yetərincədir. Sərt sularda element daha çox, şirin sularda isə nisbətən azdır. Təbii qidalarda da bu vitamin boldur. Məsələn, badam, fındıq, çəyirdəkli meyvələr, soya, paxla, üyüdülməmiş taxıl məhsulları (çünki unun üyüdülməsi zamanı bu mineral qabıq və kəpəklə bərabər atılır), kəpək, boranı çəyirdəyi, partlamış qarğıdalı, bütünlüklə taxıldan hazırlanmış çörək və tünd yaşıl rəngli tərəvəz və meyvələrdə çoxlu maqnezium vardır. Fındığın 100 qramında 180 mq maqneziumla yanaşı kalsium, fosfor və sink də vardır.

İspanaq kimi yaşıl tərəvəzlərin tərkibində çoxlu xlorofil dənəcikləri olduğu üçün bol maqnezium qaynağıdır. Banan, avakado, kakao, dil balığında da bu mineral tapılmaqdadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4614   Tarix: 11 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877