Bakının mərkəzini inəklər basdı (Video)

Bakının mərkəzini inəklər basdı (Video)

Bu gün günorta saatlarında şəhərin mərkəzində əsl kənd abu-havası yaşanırdı. Şəhər sakinləri paytaxtda maraqlı mənzərinin şahidi olub.

Sahibsiz qalan 10 baş inək rahat şəkildə nəqliyyatın intensiv hərəkət etdiyi Badamdar şossesində, daha dəqiq desək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairədə hərəkət edirdi. İnəklər dairədə otlamağa yaşıllıq sahəsi də tapdılar. Nəzarətsiz heyvanlar avtomobillərin hərəkətinə də mane olurdular.

Şahidlərin bildirdiyinə görə, inəklərin haradan gəlməsi məlum deyil. Ətrafdakı obyektlərin sahibləri heyvanların yiyəsini tanımasalar da, nəqliyyatın hərəkətinə mane olmasın deyə, onları yoldan kənarlaşdırıblar.

Xatırladaq ki, ötən il sahibindən qaçan iri bir öküz "5 mərtəbə" ərazisində meydan sulayırdı. Heyvan hətta ətrafdakı bir neçə obyektə girərək dağıtmış, nəhayət polislərin köməkliyi ilə bir neçə saatdan sonra zərərsizləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3878   Tarix: 10 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740