Xalq artistindən açıq məktub

Xalq artistindən açıq məktubFaiq Ağayevin hesabat verdi
Köhnə ili "VİDA" adlı 4 günlük solo-konsertlə yola salan Azərbaycanın xalq artisti Faiq Ağayev sevənlərinə açıq məktub ünvanlayıb. ANS PRESS-in məlumatına görə,estrada müğənnisi 100%F.A imzası ilə yazdığı məktubu "
Canlı hesabat" başlığı ilə nin "Facebook" səhifəsində paylaşıb.

Açıq məktubu olduğu kimi təqdim edirik:
Əziz, dəyərli dinləyici və tamaşaçılarım! Dostlar!
Adətən, ilin sonunda müəyyən yekunlar vurulur, gələcəyə planlar cızılır. Hər bir insan özü-özünə, ictimai xadim isə həm də cəmiyyət qarşısında gördüyü işlər barədə bir növ hesabat verir.

2012-nin son günləri (bəlkə də tək günləri deyil, demək olar ki, son ayları) o qədər gərgin iş rejimində keçdi ki, yalnız 2013-ün ilk günlərində fürsət tapıb, ötən ili, yaradıcılığımdakı fəaliyyəti nəzərdən keçirdib, olanları qiymətləndirə bildim.

2012 mənim üçün, heç şübhəsiz ki, 5 illik fasilədən sonra ölkənin mərkəzi konsert salonu – Heydər Əliyev Sarayının səhnəsində verdiyim 4 günlük anşlaqlı "F.A VIDA" adlı solo-konsertim ilə səciyyələndi. 25 illik səhnə fəaliyyətimin "Ən məsuliyyətli addım"ı adlandırdığım və çağdaş estrada tariximizə parlaq səhifə kimi yazılacaq bu layihə, yaradıcılığımın növbəti zirvəsi hesab oluna bilər. Nə xoş, nə şərəf mənə!

Konsertdən sonra mənə gələn təbriklərdən birində yer alan
Faiq bəy, təbrik edirəm! Siz növbəti rekorda imza atdınız. Sizə qədər heç bir müğənninin etmədiyini etdiniz, 4 günlük tam anşlaq ilə konsert keçirdiniz!..." - fikri doğrusu bir qədər təəccüblə qarşıladım...

Təbrik edən şəxsə təşəkkür edib, daha əvvəl 2007-ci ildə "F.AetirA.F" adlı 5 günlük solo-konsert keçirtdiyimi xatırlatdım. Lakin, aldığım: "... o dövr başqa idi..." cavabı məni bu barədə dərindən düşünməyə sövq etdi.

Həqiqətən də, diqqət etsək, görərik ki, 90-ci illərin sonu, 2000-lərin əvvəlində bir çox müğənni və xanəndələrimiz konsert verib, ölkənin əsas konsert salonunda çıxış edirdi, minnətdar tamaşaçı da həvəs ilə konsert salonuna axın edirdi. Lakin, getdikcə tamaşaçı - daha tələbkar, müğənnilərimiz isə - daha ehtiyatlı və, bəlkə də, daha cəsarətsiz oldu.

Nəticədə, bu gün (nadir istisnalar olmaqla) demək olar ki, hər hansı bir müğənninin hətta 1 günlük solo konserti hadisə halına çevrilib. Və bu prizmadan yanaşsaq, 2012-də verdiyim 4 günlük silsilə konsertlər, bəlkə də 2007-də keçirilən 5 günlük konsertdən daha üstün sayıla bilər.

Bəli, sizdən gələn müsbət, pozitiv enerji, doğmalıq, hərarət, dəstək, alqış və etina məni bu böyük uğura müvəffəq elədi! Səhnə həyatımın növbəti şanlı səhifəsinə imza atdım.

Əslində, 5 illik konsert fasiləsindən sonra, 2012-ci ilin 27-30 dekabr tarixlərində mən bütünlükdə 25 illik səhnə fəaliyyətimə görə qarşınızda hesabat verirdim. 4 günlük, anlşlaqlı, canlı hesabat.

Bu məktub isə - Sizlərlə sonsuz təşəkkürümü bildirməyə növbəti bir imkan idi. Var olun, əzizlərim! Növbəti qələbələrədək!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1030   Tarix: 09 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fərqanə Qasımova qızı ilə - Foto

Əməkdar artist Fərqanə Qasımova qızı Fatimə ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, xanəndə şəklin qudası, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyunda çəkildiyini bildirib. Qeyd edək ki, Fatimə N.Şirinovun oğlu Ümid Natiqoğlu ilə ailəlidir. Cütlüyün bir qız övladı var

14.04.2024 1257
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1072
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 3647
.

Dilarə Əliyeva toylara aparıcı kimi getməməsinin səbəbini açıqladı

"Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemət, dür, zər cəvahiratdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Göstərir radio" proqramlıda qonaq olarkən deyib. Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib: . "Mənim qarşımd

14.04.2024 585
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 933
.

Murad Dadaşovun ailəsində XOŞ GÜN

Xalq artisti, "Xəzər media"nın rəhbəri Murad Dadaşovun evində xoş gün olub. Sənətçinin oğlu evlilik yolunda ilk addım atıb. Dadaşovun övladının nişan mərasimi keçirilib. (PrimeTime)

14.04.2024 1213
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

10:42 498
.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14.04.2024 432
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 560