İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)

İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)İnsan sümüyündən ucaldılan kilsə (Foto+Video)

Portuqaliyanın Evora şəhərində turistlərin böyük marağına səbəb olan Müqəddəs Fransisk kilsəsi yerləşir. 1460-1510-cu illərdə Fransiskan ordeninin rahibləri tərəfindən qotika və manuelino (XV-XVI əsrlərdə portuqal memarlıq üslubu) üslubunda tikilən həmin katolik məbəd memarlıq quruluşu ilə insanların diqqətini cəlb etmir. İbadət yerini maraqlı edən Osuş Ruhlar Kapellasıdır (Capella dos Ossos – portuqal dilində "Sümüklər kapellası" deməkdir). Bu ad çox şeyi deyir. Axı kapellanın divarları insan sümükləri ilə bəzədilib.

Görəsən, rahibləri belə addım atmağa nə vadar edib? Məsələ burasındadır ki, orta əsrlərdə Avropada, o cümlədən Portuqaliyada taun xəstəliyi və çoxsaylı müharibələr səbəbilə xeyli insan həlak olurdu. Nəticədə, məzarlıqlar sürətlə böyüyür və cəsədləri basdırmağa yer tapılmırdı. Məhz həmin dövrdə Fransiskan rahibləri maraqlı təklif irəli sürdülər. Onlar kilsənin yanında fani həyatın rəmzi kimi insan sümüklərini göstərəcək kapellanın inşasına başladılar. Qeyd etmək lazımdır ki, rahiblər binanın tikintisinə yumor hissi ilə yanaşdılar. Məsələn, kapelladakı arkaların birisi üzərində latınca bu sözlər yazılıb: Nós, ossos que aqui estamos, pelos vossos esperamos (Bizim sümüklər burdadır və sənin sümüklərini gözləyir). Di gəl ki, rahiblərin özü, sümüklərinin divara hörülməsini istəməyiblər. Çünki onlar kiçik kilsədə ağ tabutda basdırılıblar.

Kapellanın bəzədilməsində 5 minədək insanın sümüyündən istifadə olunub. Ağappaq rəng alsınlar deyə, bütün sümüklər söndürülmüş əhənglə işlənib. Proses zamanı sınan, yaxud istifadəyə yararsız sümüklər xırdalanaraq sementə qarışdırılıb. Kapelladan fərqli olaraq kilsənin baş zalı kifayət qədər təmtəraqlı bəzədilib. Divarlara göy plitələr vurulub, məbədin mehrabı isə qızıldan düzəldilib.
Xatırladaq ki, Çexiyanın Sedlets şəhərində də insan sümüyü ilə bəzədilən oxşar məşhur kilsə var.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5096   Tarix: 02 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740