Sakit uşaq istəyirsiniz?

Sakit uşaq istəyirsiniz?Evdə ev heyvanı dedikdə insanın ağlına dekorativ quşlar, balıq gəlir. İkinci halda it, pişik, dovşan, nəhayət, tısbağa, kərtənkələ, ev siçanı (xomyak) və bu kimi estetik baxımdan ürək bulandıran heyvanlar. İnsanların ev şəraitində heyvan saxlaması isə birmənalı qəbul olunmur.

Bəs körpəli evdə necə? Heyvanla uşağı bərabər böyütməyin fəsadları varmı?

ABŞ-ın "Pediatrics" dərgisində qeyd olunur ki, it və ya pişik sahibi olmayan, yenə də gününün əksər saatını açıq havada heyvanlarla keçirən uşaqların immun sistemi daha çox güclənir. Pediatr Xatirə İsayevanın sözlərinə görə, heyvanla bərabər uşaq böyütmək məsləhətli deyil, amma təhlükəli də deyil:

"Milli ailələrdə bu, elə də çox rast gəlinən hal deyil. Ona görə də insanların bu halı xoş qarşılamaması təbiidir. Evdə uşaqla bərabər it və ya pişik saxlanılırsa, ilk növbədə təmizliyə diqqət yetirilməlidir. Ən azı, uşaq qədər o heyvana qulluq edilməli, vaxtlı-vaxtında çimizdirilməli, bir sözlə, uşaq kimi baxımlı olmalıdır. Onun da iynələri vurulmalı və tam sağlamlığına əmin olunmalıdır. Lakin nadir ailələr tapılar ki, onlar bu təmizliyə dəqiq diqqət yetirsinlər. Əlbəttə, buna fikir verilmədiyi halda uşaqla böyüyən heyvan onun üçün virus məmbəyidir".

Pediatr bildirir ki, heyvanların körpələrə yaxınlaşmasının qarşısı alınsa, yaxşı olar: "Evcil heyvanlardan quşların "puf" deyilən tükləri, pişiklərin tükləri, itlərin ağız suları uşaqlarda allergiyalardan tutmuş bir çox xəstəliklərə səbəb ola bilər. Uşaqların heyvanlarla böyüməsinin yaxşı tərəfləri olduğu qədər ziyanlı tərəfləri də var. Uşağın immun sistemini gücləndirmək adına onu heyvanın öhdəsinə buraxmaq nə qədər düzgündür, bilmirəm. İmmun sistemi qidalanmayla da normalda saxlamaq olar. Ən azından uşağın ilk 3 illiyində onu heyvanlardan uzaq tutmaq məsləhətlidir".

Finlandiyada aparılan araşdırmalar zamanı belə bir nəticəyə gəlinib ki, evcil heyvanla böyüyən uşaqlarda öskürək, xırıltı, burun axması və ya burun tutulması kimi nəfəs yolu xəstəlikləri 30%, yüksək qızdırma, qulaq infeksiyaları 50% azalıb. X.İsayeva isə bu azalmaların Azərbaycan reallığından uzaq olduğunu qeyd edir: "Bu araşdırmalar Finlandiya, Amerikada ola bilər, çünki xarici ölkələrdə itə "it" kimi münasibət göstərilmir. Onların xüsusi həkimləri, gözəllik salonları, insan qidasından baha qidaları olur. Azərbaycanda isə heyvan saxlamağa elə də meyl yoxdur. Bu kimi sınaqları göz önünə gətirib uşaqları təhlükəyə atmağa düz baxmıram".

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, evcil heyvanlar insanın ən yaxın dostlarından biri ola bilər: "Bunun sağlamlıq tərəfini nəzərə almasaq, evcil heyvan psixoloji cəhətdən müsbət təsirlidir. Uşaqlar körpəlikdən kiçik canlılara meylli olur, onlarla oynamağa həvəs göstərirlər. Uşaq məsumluğunu anlayan heyvanlar isə təbii ki, onları incitmir və oynamağa daha meylli olur. Kiçik yaşlarından həyatlarında başqa bir canlıya yer ayırmaq zamanla uşaqlarda insanlara, ətrafındakılara qarşı daha həssas, mülayim olmağa gətirib çıxarır. Heyvan bəsləyən uşaqlar daha sakit və əsəb baxımından daha möhkəm olurlar".

"Uşaqlar özlərində kiçik yaşlarından nəyi olar, nəyi olmaz fikrini formalaşdırmağa başlayırlar", - deyən psixoloq onu da qeyd edir ki, heyvanlar uşaqlara daha səbirli olmağı öyrətmək qabiliyyətindədirlər: "Ev heyvanları uşağın başqa bir canlı ilə necə münasibət qurmasına da təsir edir. Uşaq heyvanı incitdiyi zaman pişikdirsə, cırmaqlayacaq, itdirsə, dişlərini göstərəcək, quş dimdikləyəcək və uşağı qorxudacaq. Bunun nəticəsində uşaq etdiyinin yanlış olduğunu anlayacaq, səbirli olacaq, istəklərini ertələməyi bacaracaq".

Veterinar Ağa Mirqasımovun sözlərinə görə, heyvanlardan insanlara keçməsi mümkün olan ağır xəstəliklər var və buna görə də mümkün qədər insanlar təmiz olmayan heyvanlarla təmasda olmamalıdırlar:

"Heyvanlardan insanlara xəstəliyin hansı yolla keçilməsindən asılı olmayaraq, onların sağalması çox çətin olur. Hələ azyaşlı və ağlı kəsməyən uşaqlarla birlikdə böyütmək isə daha təhlükəlidir. Əgər diqqətli olacaqlarsa, problem yoxdur, amma yalnız diqqətli olacaqlarsa. "Toxoplasma gondi" adlı parazit var ki, bu parazit pişiklərdən keçir və insanlarda bağırsaq kistləri (iltihablanma) əmələ gətirir. Hamilə olan xanımlarda uşaqların xəstə, yaxud ölü doğulmasına səbəb olur. Uşaqlarda immunitet güclü olmazsa, beyin və göz iltihablanmasına səbəb olar. Bir başqa parazit var ki, "Leishmania" adlanır və itlərdən keçir. İlk 2-8 ayda təsirini göstərməyə başlayır və insan dalağı şişməyə başlayır. Bunun kimi çox parazitlər mövcuddur. İndi insan o heyvanı nə qədər təmiz saxlamalıdır ki, ona etibar edib körpəsini əmanət etsin".

Veterinar heyvanların vaxtlı-vaxtında həkimə aparılmasının vacibliyini də vurğulayır: "Vaxtında peyvəndlər vurulmalıdır. Parazit daşıma ehtimalı varsa, dərmanlanmalıdır. Heyvan sağlam olduqda belə həkimdən saxlanmamalıdır ki, evdəki insanların sağlamlığı təhlükədə qalmasın. Bir itin insanı xəstələndirməsi bir insanın insanı xəstələndirməsindən daha fəlakətlidir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6846   Tarix: 01 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222