Maraqlı məlumatlar

Maraqlı məlumatlarAvropanın Amsterdam, Paris, Brüssel, Barselona, Budapeşt, Madrid və daha başqa böyük şəhərləri bu unikal restorana sahibdirlər. 7 tonluq platformadan ibarət olan belə restorana 22 nəfər müştəri və 4 nəfər işçi heyəti yerləşir. Restoran dəqiq saat üzrə qalxır və enir. Alman standartlarına əsasən hazırlanmış platformaların təhlükəsizliyinə 100 % zəmanət verilir. Əsasən küləksiz havada işləyən belə restoranda yemək yemək yəqin ki, maraqlı olar.

360 kq çəkiyə malik olan amerikalı Suzanna dünyanın ən geniş gəlinliyini geyinməyə hazırlaşılr. O, toy edərək dünyanın ən kök gəlini ünvanını ələ keçirmək istəyir. "Bəyaz bir gəlinlik geyinmək istəyirəm. Ancaq yemək yeyəndə üstümə bir şey tökəcəyimdən qorxuram. Nişanlım çox ləziz yeməklər hazırlayır. O, mənə kökəlməkdə kömək edir", - deyə Suzanna Eman bildirib.

Fransanın paytaxtı Parisdə mağazalardan biri xüsusi oyuncaq qutularda subay kişiləri satışa çıxarıb. Bu ideyanın müəllifi Fransanın tanışlıq saytlarından biridir. Mağazada satılan subay kişilər isə bu internet resursunda qeydiyyatdan keçmiş istifadəçilərdir. Arzu edənlər onları saytın siyahısında tapa və tanış ola bilərlər. Vitrinlərdən kişiləri seçmək və mağazanın restoranında da söhbət etmək mümkündür. Təşkilatçılar bildirir ki, onların ideyası işə yarayır: ən azından bir neçə qız mağazanı kavalerlə birlikdə tərk edib. Yeri gəlmişkən, qadınlara bildirilib ki, onlar tələssələr yaxşı olar, çünki 10 gündən sonra mağazada subay kişilərin satılması kampaniyası başa çatacaq.

Çinli Vang Hongjun maşın sürməyi və balıq tutmağı çox sevdiyi üçün ömrünün 13 ilini onu ən sevdiyi balıq tutma ərazilərinə apara bilən bir maşın hazırlamağa sərf etmişdi. Usta balıqçı həm suda, həm də quruda hərəkət edən maşını hazırlamaq üçün 200,000 dollar pul və 13 il vaxt sərf etdiyini söyləmişdir.

Argentinada "Kapitan" ləqəbli it 6 ildir sahibinin məzarının yanında keşik çəkir. Bu maraqlı hadisə Migel Qusman adlı şəxsin 2005-ci ildə həmin iti alaraq oğluna hədiyyə etməsindən sonra başlayıb. Qusman 2006-cı ildə öldükdən sonra it evdən qaçıb. "Kapitan"ı müəyyən müddətdən sonra Qusmanın məzarının yanında aşkar edənlər xeyli təəccübləniblər. Çünki it sahibinın məzarını sırf daxili instinkt hesabına tapa bilib. İt səhər saatlarında çöldə dolaşsa da, gecə vaxtları məzarın yanından ayrılmır.

5 yaşındakı Cənubi Koreyalı qız Yoo Ye-eu anadan kor olaraq doğulmuş və valideynləri tərəfindən tərk edilmişdi. Həyatında heç musiqi dərsi almamış bu balaca qız 3 yaşından bəri yalnız bir dəfə eşitdiyi musiqini pianinoda ifa edə bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1598   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942