Keçmiş prezidentin varidatı hərraca çıxarıldı (Foto+Video)
Devrilən Tunis liderinin ailəsinin avtomobilləri,geyimləri və sairə alıcı gözləyir.Tunisdə "Ərəb bahar"ı nəticəsində devrilmiş prezident Zeynəlabdin Bin Əlinin bahalı və dəbdəbəli əşyaları hərraca çıxarılıb. Hərracı təntənəli şəkildə ölkənin baş naziri açıb. Bin Əlinin hərraca çıxarılan varidatına tamaşa etməyə gələnlər arasında xarici ölkə vətəndaşları da olub.
Nümayiş olunan əşyalar arasında bir vaxtlar prezidentə məxsus saysız-hesabsız dəbdəbəli maşınlar, tarixi əhəmiyyətli ornamentlər, daş-qaşlar, qızıldan olan miniatür sfinkslər, keçmiş birinci xanımın çantaları,ayaqqabı və geyimləridə var.
Ümumilikdə 12 min əşya hərraca çıxarılıb. Onların arasında keçmiş prezidentin ailəsinə aid 39 lüks avtomobil, 300-dən artıq qızıl-zinət əşyası var. Hərraca giriş 30 dinardır (təqribən 16 manat).
Xatırladaq ki, 1987-ci ildən bəri Tunisə başçılıq etmiş Bin Əli 2011-ci ilin əvvəlində başlamış inqilabdan sonra Səudiyyə Ərəbistanına qaçıb.
anspress
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş