Qış aylarında immuniteti necə qaldırmalı?

Qış aylarında immuniteti necə qaldırmalı?Güclü immunitetə sahib olanlar özlərini sağlam və gümrah hiss edirlər. İmmunitetin güclü olması bir çox infeksiyalardan, xərçəng xəstəliyindən və ekoloji təsirlərdən də qoruyur. Həmçinin müxtəlif yanıq və zədələrdən, cərrahiyyə əməliyyatlarından sonra tez sağalmaq üçün də güclü immunitetə sahib olmaq vacibdir.

Güclü immun sisteminə sahib olmanın ən asan yolu sağlam həyat tərzidir. İmmun sistemimizi zəiflətməmək üçün sizi stressə salan faktorlardan özünüzü qorumalı, alkoqol və nikotinin təsirindən uzaq olmalı, balanslı və nizamlı qidalanmalı, mütəmadi şəkildə idmanla məşğul olmalısınız. Ancaq bəzi hallarda bu vasitələr yetərsiz qalır və immun sistemini qaldırmaq üçün dərman preparatlarına ehtiyac yaranır. Preparatların qəbulunu azaltmaq və ya əvəzləmək üçün aşağıdakı qaydalara əməl edə bilərsiniz. Bütün hallarda immuniteti artırmaq üçün istifadə etdiyiniz preparatları həkim məsləhəti ilə qəbul etməlisiniz.

SOYUQ HAVALARDA...

Qida dəyəri daha yüksək olduğu üçün, mövsümündə yetişən təzə meyvələri və tərəvəzləri yeyin. Pomidor, xiyar, bibər kimi qışa xas olmayan tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır.
Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları için.

Gündə 1,5-2 litr maye qəbul edin.
Nizamlı şəkildə gimnastika edin.

C Vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq, kimi meyvə və tərəvəzlərə üstünlük verin. C vitamini itkisinin qarşısını almaq üçün salatlar və meyvə suları hazırlanan kimi dərhal qəbul edilməlidir.

Həftədə 2 dəfə balıq yeyin. Həmçinin balıq yağı qəbul etmək də məsləhət görülür.
Normal miqdarda zülal qəbul etmək üçün qida rasionunuzdan süd, qatıq, pendir, ət məhsullarını əskik etməyin.
Çox şirin və şəkərli qidalardan az istifadə edin.
Çipsilər, kolbasa, sosiska məmulatları, yağlı ətlər və həddindən artıq yağlı qidalardan uzaq durun.

Qızardılmış, qovurulmuş qidalar qəbul etmək yerinə, buxarda bişirilmiş və ya qaynadılmış qidalara daha çox üstünlük verin.

Qış mövsümü ilə birlikdə günəş yavaş-yavaş öz təsirini itirdiyindən D vitamininə ehtiyac yaranır. Xüsusən də azyaşlı və körpə uşaqlarda. Odur ki, soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı qarşılamaq üçün günəşli günlərdə təmiz havada gəzmək lazımdır. Ən azından gün ərzində 10 dəqiqə təmiz havada olmaq məsləhətdir.

Soyuq aylarda enerji qaynağı sayılan və B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir.

İmmuniteti qaldırmaq üçün:

2 alma, 2 kök, 1 çuğundurun şirəsi, 1 yemək qaşığı quşüzümü və ya limon suyunu qarışdırın. Bu qarışığı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

UŞAĞINIZIN İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRMƏK İSTƏYİRSİNİZSƏ...

Uşaqlarda 0-3 yaş arası, immunitet sisteminin ən aşağı səviyyədə olduğu dövrdür.

Bu dövrdə yaxşı qidalanma (xüsusən də ilk 6 ayda ana südü ilə qidalanma) mühüm şərtdir.

Uşağınızı həddindən artıq gigiyenik mühitdə böyütməyin. (İfrat şəkildə təmiz və qalın geyindirmək, uşağa vasvasılıq dərəcəsində qulluq göstərmək onun immunitetini qaldırmaq əvəzinə, zəiflədər və xəstəliklərə qarşı dayanıqsız edər).

Düzgün və balanslı qidalanmaya diqqət yetirin.
Yuxu rejimini düzgün qurun.
Mümkün olduğu qədər uşağınızı stressdən və mübahisələrdən uzaq tutun.
Həkim məsləhəti olmadan, özbaşına antibiotik müalicəsi təyin etməyin.

Hər dəfə infeksiyaya yoluxduqdan sonra körpənin immunitet sistemi zəifləyir. Ona görə də belə vaxtlarda onun xəstəliklərdən qorunmasına, düzgün qidalanmasına daha çox diqqət göstərin.
Həkim məsləhəti ilə immunitet sistemini gücləndirən təbii məhsullardan və vitaminlərdən də istifadə edə bilərsiniz.

Ehtiyatlı olun:

Hamilə qadınlara və qanda hemoqlobinin miqdarı normadan yüksək olan insanlara sarımsaqdan çox istifadə etmək məsləhət görülmür.

Mayaotu zəhərli bitki olduğundan, ondan istifadə edərkən dozasına fikir vermək lazımdır.

Aloe ( əzvay) bitkisi qaraciyər və öd kisəsi xəstəlikləri, babasil, uşaqlıq qanaxmaları, sistit (sidik kisəsinin iltihabı) və hamiləlik zamanı əks-göstərişdir.

Jenşen (həyat kökü) bitkisi yuxusuzluq, baş ağrıları və ürəkdə ağrılara səbəb ola bilər. Onu ancaq ilin soyuq aylarında qəbul etmək məsləhətdir.

Dazıotundan uzun müddətli istifadə damarların daralmasına səbəb olur və qan təzyiqini qaldırır.

Gicitkən təzyiq xəstələri və aterosklerozdan əziyyət çəkənlər üçün əks-göstərişdir. Qanaxmalar zamanı və uşaqlıqda şiş olduqda da gicitkəndən istifadə etmək təhlükəlidir.

Limon nevroz xəstələrinə və ürəyin fəaliyyətində qüsurlar olduqda məsləhət görülmür. Bu bitki həmçinin yuxusuzluğa səbəb olur.

Biyan kökünü mütəmadi qəbul etdikdə arterial təzyiqi qaldırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5368   Tarix: 08 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877