İçərisində köpək balıqları olan nəhəng akvarium partladı (Video)
35 ton su və balıqlar insanların üstünə dağılıb
Çindəki ticarət mərkəzlərindən birinə gələnlər qorxu dolu anlar yaşayıblar. ANS PRESS-in xaric mətbuata istinadla verdiyi məlumata görə, mərkəzə müştəri cəlb etmək məqsədilə içərisində köpək balıqlarının da olduğu nəhəng akvarium yerləşdirilib. Lakin onlarla insan akvariumu seyr edərkəngözlənilməz hadisə baş verib. Akvariumun 25 sm qalınlığında şüşələri bir anda qırılıb. İçərisində olan 34 ton su və köpək balışqları insanların üstünə tökülüb.
Hadisə nəticəsində xoşbəxtlikdən ölən olmasa da, 15 nəfər yaralanıb. Akvariumdakı 7 balıq isə məhv olub.
anspress
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş