Dünya utandığından dağılır

Dünya utandığından dağılırRus yazıçısı Ruslan Kiriyev ötən əsrdə yazırdı ki, qorxuram elə vaxt gələ, izahlı lüğətlərdə ləyaqət sözünün qabağında «köhnəlib» yazalar. Əcaba, həmin zaman artıq yetişibmi?(!)

O gün qonşumuzun kiçik oğlu həyətdə tənginəfəs qabağıma qaçdı ki, müəllimə, bayaqdan sizi gözləyirəm. Bəlkə, evdə nəsə olub narahatlığı ilə mən də bir nəfəsə, de görüm,nə baş verib, soruşdum. «Ləyaqətlə böyümək» mövzusunda inşa veriblər, kömək edin, yazım da. Şükür hər şey qaydasındadır düşünüb, dedim ki, sən yaz, mən yoxlayıb, düzəliş edərəm.

-Heç olmasa başlamağa bir–iki cümlə deyin.

Ləyaqət hər kəsin dəyəridir, insanlıq sifətidir. Ləyaqətini itirən adam həm dəyərini, həm də insanlıq sifətini itirmiş olar. Dediyim iki cümlə balacaya azlıq edirmiş kimi dalımca səsləndi. Nədir axı bu ləyaqət, heç olmasa göstərin görüm də, görmədiyim şeyi necə yazım e. Lap bezmişəm.Yaman tutuldum. Bilmədim, o inşanı tapşıran müəlliməni qınayım, yoxsa özümü. Sözlərimdən utandım.

Niyə, axı biz 11 il məktəbdə, sonra ali təhsil müəssisələrində ciddi-cəhdlə həyata hazırlamağa çalışdığımız şagird və tələbələrimizi doğru, dürüst, layəqət və ədalət sözləri ilə yorub əldən saldıqdan sonra ayılırıq ki, gələcəyimizi əmənat edəcəyimiz şəxsləri çeynənmiş sözlərdən də iyrəndirmişik, onların mahiyyətindən də.

Mənim balaca qonşum kimi biri soruşanda ki, nədir axı doğruluq, ədalət , düzlük. Yüz dəfə eşitməkdənsə bir dəfə göstərin görək də. (!) Burada işimiz qəlizləşir. Deyə bilmirik ki, bala, zəmanə dəyişib, ədalətlə davranmaq istəyirsən ədavətə çevrilir, doğru olursan oğru bağrını çatladır, düzlük səni düzdə qoyur. O zaman övladlarımız üzümüzə qayıdar ki, bəs neçə illərdlir niyə boş-boş fikirlərlə başımızı qatırsız ki, yalnız fəzilət və doğruluq sayəsində məsud olar bilərik. Qəflət yuxusundan oyanıban anlamağa başlayırıq ki, həyatın radio dalğalarının pozuntusunu andıran qatmaqarışıq simfoniyası qulaqlarımızı batırıb.

Biz tale yolunun sürüşkən boşluğunda özümüzlə bərabər övladlarımızı da azdırmışıq. Onların qulaqlarına şirin sözlər asa-asa. Ləyaqət, şərəf qəlibində sıxa-sıxa. Bəs sonra?! Sonra da həyat sıxır, yazıq edir fidanlarımızı. Sıxıntıdan sümükləri sızıldayır, ilikləri inildəyir. Ruhu donmuş adamların ətrafında həyat da donur, yaşamaq istəmirsən. Ruhsuz bədənlərə çevrilən miskin varlıqlar isə maddi və mənəvi tarazlığın pozulduğu cəmiyyətdə əzilməyə başlayırlar. Deməli, buradan başlamalıyıq. Övladlarımızın gözünü maddiyat parıltısının korluq sindromundan qorumalıyıq.

Əvvəllər böyüklərimiz dünya malı dünyada qalar, çalışın halal zəhmətlə yaşayın, deyirdilər. Traktorçular, əkinçilər, bənnalar - xülasə alnının təri, əlinin zəhməti ilə çörək qazananlar könül rahatlığı ilə yaşayırdılar, gözlərində parıltı olurdu, yuxularında şirinlik.

İndi isə bəzilərimiz uşaqlarımıza nəsihət verəndə nə deyirik?!
Nə yolla olursa olsun, pul qazan, gəlir əldə et. Varın varsa varsan, yoxsa sən də yoxsan, heçsən. Uşaqların özlərinə yox, nəfslərinə o qədər diqqət, qayğı və sayqı ilə yanaşırıq ki... Bir də görürük ki, özləri yox nəfsləri böyüyüb, «Damoklın qılıncı» kimi asılıb balalarımızın başının üstündə. Yeniyetmələr kitab-dəftəri tullayıb bir yana, qaçırlar qazanc dalınca. Bu yolda daş atıb, baş tuturlar. Bu daş da çox vaxt irəli deyil, öz ayaqlarının altına düşüb büdrədir, yıxır övladlarımızı. Diqqətin bir məsələ üstundə toplanması isə passivlik törədir. İnsan mənəvi və cismani cəhətdən enməyə, ruhdan düşməyə, hətta özü də hiss etmədən pozulmağa başlayır. Biz də uşaqlarımızı bilmədən pozuruq. Özümüzə gələndə də, həmişə gec olur.

Hələ bir əsr bundan əvvəl Viktor Hüqo deyirdi ki, insan biixtiyar öz xoşbəxtliyi ilə bədbəxtliyi arasında gedən oyuna etinasızlıq göstərir. Özü qumara qoyulmuş pul ola-ola, oyunu laqeydliklə izləyir. Çox uzağa getməyin, birinci sinifdə oxuyan bir nəfər belə yazıçı, müəllim, dərzi, usta olmaq istəmir. Həyat nərdivanın birinci pilləsinə ya müğənni, ya da biznesmen deyib ayaq qoyurlar. (!) Sonra da təşvişə düşürük ki, dünya dağılır.

Dünyanı biz dağıdırıq, öz dünyamızı! Ruhları biz boğuruq, öz ruhumuzu! Mövlana dili ilə desək ruh duru çayı andırır. Maddi düşüncələr, nəfslə bağlı arzular çayın üstünü örtmüş bir ovuc çör-çöpdür. Əgər ağlın əli o çör-çöpü bir yana itələsə, şəffaflıq özünü göstərər. Əgər heyvani hisslər həddindən artıq olsa, nəfs gülməyə başlar. Nəfsimizi güldürüb, ağlımızı ağlatmayaq. Göz bəbəklərimizi özümüzə sarı çevirməyin vaxtı çatıb, əzizlərim. «Bir mən vardır məndə, Məndən içəri» deyib ürəyimizə qulaq asaq. Nəfsimizin istədiyini ürəyimizin boynuna atmayaq. Yazıq ürəklərimiz ona görə tez-tez sıxılır. Nəfsimizə hakim ola bilməyəndə axırda da partlayırlar. Onda da təbiəti günahlandırırıq ki, iqlim dəyişib, ekoloci tarazlıq pozulub.

Birimiz demirik ki, bəs pozulmuşların nəzmi – nizama düşməsi üçün biz nə edirik? Kainat dilə gəlib, min illərin buzları əriyir, qurumuş çaylara su gəlir, yatmış vulkanlar oyanır. Biz qəflət yuxusundan oyanmırıq. Tanrı yaratdığından utanır. Daha göydə yağış, qar qalmadı ki ,başımıza töksün. Günahlarımız yuyulsun deyə, nə etsin, elə gərək kül ələsin ?!...

Kəndlərimizdə torpaq ayağımızın altından qaçır, fəryad edir ki, kəndinizə gəlin, adam olun, ey Adəm övladları. «Niyə hey fırlanırsınız bu dünya deyilən şamın ətrafında, pərvanəsinizmi? Onda yandırın qanadlarınızı şamda, təmizlənin». Təmizlənin və Yer kürəsini də xilas edin. Yazıqdı dünya. Utandığından dağılır, dağılır dünya ?!.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4359   Tarix: 18 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

07.04.2024 945
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 259
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

07.04.2024 417
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 402
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. BİG.AZ -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

07.04.2024 701
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 447
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

07.04.2024 287
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 648