• Sübh namazı 03:41
  • Gün çıxma vaxtı 05:34
  • Zöhr namazı 12:47
  • Əsr namazı 16:43
  • Axşam namazı 20:00
  • İşa namazı 21:45
 Bakı
  • Gündüz +28
  • Gecə +22
AZN məzənnəsi
USD
1.5787
EUR
1.7366
RUB
0.0239

Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)

Dünyanın mərkəzi şəhərləri bir-birləri ilə bəhsə giriblər
Yeni ilin və Miladın başlıca simvolu əlbəttə ki, yolkadır. Dünyanın bütün şəhərləri yolkalarının işıqları, bəzəkləri və hündürlüyü ilə yarışırlar.
Nyu-York
Rokfellerin mərkəzindəki yolka ABŞ-da ən məşhur yeni il yolkasıdır. O, ilk dəfə 1931-ci ildə quraşdırılıb. Builki canlı yolka təkcə bayram simvolu deyil, həm də dözüm, sarsılmazlıq əlamətidir. Axı "Sendi" qasırğasından sonra salamat qalan ağac tapmaq çətin idi.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
Rio-de-Janeyro
Rio-de-Janeyro 85 metr hündürlükdə milad yolkası işıqlandırıb. Metal karkaslı yolka hündürlüyünə görə Ginnesin Rekordlar kitabına salınıb. 85 metrlik "gözəl"in işıqlandırılması üçün 3 milyondan çox lampa lazım gəlib. 28 mərtəbəli bina hündürlüyündə olan yolkanın açılışı 100 mindən çox insanın iştirakı ilə 6 dəqiqəlik atəşfəşanlıqla müşayiət olunub.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
London
Norveçin paytaxtı Oslo İkinci Dünya müharibəsində köməkyə minnətdarlıq əlaməti olaraq 65 il ərzində London sakinlərinə milad yolkası hədiyyə edir. Bu il 65 futluq yolka öz işıqlarını 6 dekabrdan Trafalqar meydanında yandırıb.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
Paris
Parisin Osman bulvarında Swarovskidən cah-cəlallı, büllur şamdanlardan tac qoyulmuş yolka bəzədilib.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
Praqa
Çexiyanın paytaxtındakı 36 min fənərlə işıqlandırılmış bayram yolkasına baxmağa dəyər.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
Sidney
Sidneydə yeni il yolkasının qurulmasına 12 adam və 8 iş günü tələb olunur. Bu il bayram ağacını 58 min fənər, 90 ağ şar və 150-dən çox ulduz bəzəyir.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
Saloniki
Dərin böhrana baxmayaraq, Yunanıstanda heç kim bayramı təxirə salmayıb. Lakin Salonikidəki 65 futluq milad yolkası yeganə bayram bəzəyi deyil. Yunanıstanda gəmilərin də bəzədilməsi adətdi.
Dünyanın ən gözəl Yeni il yolkaları (Foto)
f Paylaş
Bölmə: Maraqlı Müəllif: BaGINYa Oxunub: 8980 Tarix: 19.12.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fikrini bildir !
SAYTA GİRİŞ
Bölmələr
USD: 1.5787
EUR: 1.7366
RUB: 0.0239
TRY: 0.5192
GEL: 0.6712
GBP: 2.0730

Valyuta konverter

Satıram:
Alıram: 0