Ən qorxulu körpü açıldı (Video)
Əsəbləri ilə oynamağı sevənlər bu yaxınlarda İsveçrəyə səyahət edə bilərlər. Belə ki, orada dünyanın ən dəhşətli və qorxulu körpüsünün açılışı olub.
Publika.Az xəbər verir ki, Titlis Cliff adlanan körpü elə Titlis dağında yerləşir. Dəniz səviyyəsindən 3 min metr yuxarıda yerləşən körpü dünyanın ən hündür asma körpüsüdür. Körpünün tikintisi beş ay vaxt alıb. Uzunluğu 100 metr, eni bir metrdən az olan tikintiyə bir milyon funt sterlinq xərclənib.
İşçilər bildirirlər ki, körpü olduqca möhkəmdir və 500 ton qarı saxlaya bilir. Məmurlar körpünün əsasən yay aylarında daha çox ziyarət ediləcəyini güman edirlər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş