Robot okeanı keçir (Video)

Avtonom robot San-Fransisko sahillərindən Avstraliyaya qədər 9000 dəniz mili və ya 16668 kilometr məsafə qət etməklə səyahətini başa vurub.Robotu hazırlamış "Liquid Robotics" şirkətinin verdiyi məlumata əsasən, aparat üzmə prosesində Sakit okeanın temperaturu, suyun duzluluğu və bütövlükdə ekosistem haqqında məlumat toplayıb.

ICTnews məlumat verir ki, şirkətdən verilmiş məlumata əsasən, yaradılmış robotda tətbiq edilmiş texnologiyalar gələcəkdə daha mürəkkəb elmi dəniz layihələrində istifadə edilə bilər. Robot dənizdə 365 gündən çox fəaliyyət göstərib. Onun vəzifələrindən biri dəniz suyunda fitoplanktonun mövcudluğu haqqında məlumat toplamaq olub.

Qeyd edək ki, fitoplankton karbon qazını oksigenə çevirməyə qadirdir və okeanda mühüm qida elementidir. Əvvəllər fitoplanktonları, həmçinin peyk vasitəsilə izləyiblər.

Robot hər 10 dəqiqədən bir suyun duzluluğunu, temperaturunu, havanı, həmçinin suda həll olmuş oksigenin miqdarını yoxlayan datçiklə təchiz olunub. Toplanılmış məlumatlar robotun bortuna quraşdırılmış kompüterə qeyd olunacaq və dövri olaraq "Liquid Robotics" şirkətinə ötürüləcək.

Robot okeanı keçir (Video)Robot okeanı keçir (Video)

Robot okeanı keçir (Video)

BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3563   Tarix: 09 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740