Evrovision

Evrovisionİlk debüt və ilk rekord..Day after day = 12 milyon avro
Builki "Eurovision" mahnı müsabiqəsi ölkələr və ifaçıların çəkdikləri xərclər baxımından rekord vuraraq əvvəlki illərdə keçirilmiş yarışmaların hamısını üstələyib..
Serbiyanın paytaxtı Belqradda keçirilən "Eurovision-2008" in hazırlanması və translyasiyasına təşkilatçılar 19 milyon avro xərcləyiblərsə, müsabiqəyə sənətçilərini yollamış ayrı-ayrı ölkələrdə səxavət baxımından rekord nəticələr göstəriblər..
Avropa Birliyinin Mədəniyyət Komissiyasından verilən məlumata görə, 53-cü mahnı müsaqibəsi tarixində ilk dəfədir ki, bu qədər xərc hesabına başa gəlib..Belqradın meri Zoran Alimpiç isə bildirib ki, "Eurovision-2008" in keçirilməsinə 19 milyon yox, 19,674703 milyon avro xərclənib.
"Xərclər bununla kifayətlənmir..Serbiya şökuməti müsabiqənin keçirildiyi "Belqrad-Arena"da səhnənin qurulması, işıqlandırma, pirotexnika, translyasiya və digər işlərə 9,6 milyon avro sərf edib..Avropa Teleyayım İttifaqı (EBU) isə Serbiyanın RTS teleşirkəti ilə birlikdə builki "Eurovision"a daha 10 milyon avro ayırmışdı", - Z.Alimpiç deyib.
İştirakçı ölkələrin xərclərinə gəldikdə isə, builki "Eurovision"a ən az pul xərcləyənlər Fransa, Britaniya və Bosniya-Hersoqovina olub..Bu ölkələr müvafiq olaraq 100, 120 və 160 min avro məsrəf ediblər.
Ən çox pul xərcləyənlər isə Rusiya, Azərbaycan və Ukrayna olub..
Azərbaycan
"Belqrad-Arenada" səhnəyə "Day after day" mahnısı ilə çıxan Azərbaycan təmsilçiləri Elnur və Samirə gəldikdə isə, onların finalda 8-ci yer tutmaları Bakıya $12 milyona başa gəlib..
Rusiyanın "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov, "AST Group" şirkətlər qrupunun sahibi Telman İsmayılov və "Crocus İnternational"ın prezidenti Araz Ağalarov, habelə daha 4 azərbaycanlı iş adamının bütün xərcləri çəkdiyi Belqrad "voyajı" zamanı Elnurla Samirin reklam, promouşn və piar prosesi ən yüksək səviyyədə olub..
Təbii ki, bu səviyyə izafi məbləğdə para da tələb edib..
"Eurovision-2008"də Azərbaycanın reklam olunması üçün "open-air" tipli gecə konsertinin keçirilməsi və bu konsertə əvvəlki "Eurovision" qalibləri arasından ən məşhurlarının dəvət olunması, daha sonra Azərbaycandan xüsusi təyyarə ilə gətirilmiş ən bahalı şampan şərabları, qara kürü, milli xörəklər, meyvələr və təamların masalara düzüldüyüu gecə ziyafəti $2 milyona başa gəlib: 25 min qonağın dəvət olunduğu ziyafəti Serbiyanın RTS telekanalı birbaşa translyasiya edib.."Day after day" mahnısının ifaçılarının "Eurovision"un keçirildiyi şəhərdə daha yaxşı tanıdılması üçün Belqraddın mərkəzi küçələrindən tutmuş, istisnasız olaraq bütün iri ticarət mərkəzlərində Elnurla Samirin təsvirlərinin yer aldığı billbord, plakat, poster və iri reklamlarının yerləşdirilməsinə$1 milyon sərf olunub..
Ümumiyyətlə isə Elnurla Samirin yalnız reklamına $11,54 milyon avro sərf olunub..
Rusiya
"Eurovision-2008"də Rusiyanı təmsil edən Dima Bilanın müsabiqədə iştirakına 10 milyon avro sərf olunub ki, cəmi iki il əvvəl həmin məbləğə "Eurovision" təşkil etmək olardı..
Bilan səhnədə olarkən onu müşaiyət edən macar skripkaçı Edvard Mortan və məşhur fiqurlu konkisürən Yevgeni Plyuşenko barədə "onlar çıxışlarına görə qonorar almadılar" deyilsə də, Mortana 30 min, Plyuşenkoya isə 120 min avro ödənib..
Yunanıstan və Ukrayna
Digər ölkələrin təmsilçilərinə gəldikdə isə, Ukraynadan olan müğənni Anna Lorakın güzgülü otaqdakı nömrəsinə 500 min avro, onun paltarına isə 200 min avro xərclənmişdi..Bu xərcləri Kiyevin "qlamur ulduzu" Yana Rudkovskayanın sabiq əri Viktor Baturin ödəyib..
Yunanıstanda iki iş adamının ölkənin "Eurovision"dakı təmsilçisi üçün platin və ağ qızıldan hörülmüş paltar sifariş etdikləri söylənsə də, müğənni Kalomira "adi" əlbisədə oxuyub..


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5219   Tarix: 04 iyun 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 215
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 681
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 534
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

21:45 0
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 339
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 86
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76