Dünyanın ən balaca sakini: Təki ürək böyük olsun (Foto)

"Əvvəllər özümü bir heç hesab edirdim, çünki insanlara aşağıdan yuxarı baxırdım. İndisə insanlar qarşımda diz çökür, ibadət edirlər. Həyatım dəyişib."Hindistanın Haridvar şəhərindəki məbədlərdən birinin kahini Anjali Barma, bəlkə, dünyanın ən balacaboy kahinidir. Onun boyu cəmi - 0,78 metrdir.

Buna rəğmən 65 yaşlı Anjali özünü bəxtəvər hiss edir. Çünki o, həyatının arzusuna çatıb və illər boyu dilədiyi məqsədinin şirinliyini dadır.

Anjali uşaq olanda onu evdən oğurlayıb səyyar sirkə satmışdılar.
Anjali orada böyüdü və sonra da "qəribə, eybəcər" adam kimi kəndirbazlar, ilan oynadanlar, od udanlarla birlikdə çıxış etməyə başladı.

17 yaşına çatanda isə vəhşicəsinə döyülərək qovuldu. Sirkin sahibi onu əxlaqsızlıqda, dönüklükdə və xəyanətdə suçlamışdı. Sahibin dediyinə görə, Anjalini arvadı ilə yataqda tutmuşdu.
Anjali deyir ki, deyilənlər ağ yalan idi: "Onun arvadının eni və uzunu bir idi, boyu da az qala 2 metr. O yöndəmsiz, div boyda arvaddan çox qorxurdum. Pulumu verməmək üçün məni döyüb qovdular".

Sonra Anjalinin valideynləri öldülər, bacı və qardaşları isə onu evdən qovdular.
Küçələrdə sərgərdan qalan Anjali bir neçə il belə yaşayandan sonra məbədə yollanıb.
İndi o, kahindir.

Haridvar şəhərindəki məbədə hər gün yüzlərlə insan gələrək bu balacaboy kahindən xeyir-dua istəyir.
"Maa Qanqa" kimi tanınan Anjali deyir: "İnsanları şər işlərdən qaçmağa, pis əməllər törətməməyə çağırıram. Tanrılardan onlara lütf diləyirəm".

Anjalinin yanına axışanlar isə "Maa Qanqa"dan lotereyada uduşlu biletdən tutmuş, işə qədər ən müxtəlif arzuların çin olmasını istəyir. Ona yalvaran adamlar diz çökür, məbədə nəzirlər verirlər.
Təki "Maa Qanqa", yəni Anjali onlara gələcəklərindən xəbər versin, dua etsin və əlini başlarına çəksin...

"Övladlarım yoxdur. Amma bu məbədə gələn hər kəs övladımdır. Əsas məsələ insanın boyu deyil. Ürək böyük olmalıdır", - qazandığı pulların hamısını yoxsullara yardımlar üçün xərcləyən Anjali deyir.

Dünyanın ən balaca sakini: Təki ürək böyük olsun (Foto)Dünyanın ən balaca sakini: Təki ürək böyük olsun (Foto)Dünyanın ən balaca sakini: Təki ürək böyük olsun (Foto)Dünyanın ən balaca sakini: Təki ürək böyük olsun (Foto)Dünyanın ən balaca sakini: Təki ürək böyük olsun (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7569   Tarix: 30 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

Xoşbəxtliyi yaşıl rəngdə görən 83 yaşlı qadın fenomen oldu - Fotolar

Bütün həyatını yaşıl rəngə boyayan 83 yaşlı Elizabet Svithartın saçından tutmuş paltarına qədər hər şeyi yaşıl rəngdədir. Yaşıl rəngə olan sevgisi onu instaqram fenomeninə çevirib. "Qafqazinfo" xəbər verir ki, "Daily Mail" instaqramda 500 minə yaxın izləyicisi olan "Yaşıl xanım"l

14.03.2024 634
.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680
.

Duzu azaltsaq, bədənimizdə hansı dəyişikliklər olacaq?

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Harvard Universitetinin araşdırmasına görə, çox duz istehlak etmək müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssislər bildirib ki, orqanizmdən duzu tamamilə çıxartmaq olmaz. Əksinə, onu az, miqdarında istifadə etmək lazımdır

10.03.2024 1004
.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24.03.2024 294
.

Hər gün qulağı masaj etsəniz, nə olar? - İNANILMAZ TƏSİRİ

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki. İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur. Bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçü

24.03.2024 2983
.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir? - GÖZLƏNİLMƏZ FƏRQ

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsinə baxmayaraq onları sağ əllə yazmağa məcbur edirlər. Solaxay insanlarda unikal ola

23.03.2024 448
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

"Qızıl Moruq 2024" mükafatının qalibləri açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan "Qızıl Moruq 2024" mükafatının qalibləri elan edilib. Mükafatların sayına görə lider "ən pis film", "ən pis rejissor", "ən pis ssenari", "ən pis ekran cütlüyü" və "ən pis remeyk, parodiy

10.03.2024 339