Biz...

Biz...Biz yaşayırıq. Eyni dünyada, lakin yerlərimiz tamam fərqli. Uşaq ikən tez böyümək, böyüyən zaman isə uşaq olmaq isdəyirik. Kimisi "göy"də, kimisi "yer"də, kimisi sadəcə valideyinlərinin qəlbində və s. yaşaya bilir bir ömür.
Biz sevirik. Eyni adla, lakin anlayışımız tamam fərqli. Kimisi sadəcə özünü sevər, kimisi sadəcə əks cinslə olan münasibəti sevgi zənn edər. Bəzən sevgimizlə qəlbimizi təmizlədiyimizi zənn edərik, lakin bəzən sadəcə ruhu çirkləndiririk.
Biz görürük. Eyni gözlə lakin gördüklərimiz tamam fərqli. Kimisi bir ömür yalnız göydən yerə baxıb özünü böyük hesab edər, yalnız yerə endiyi zaman anlar kiçikliyini. Kimisi yalnız yanındakıları görməklə kifayətlənər, nə göyə qalxmağa çalışar, nə də yerə enməyə.
Biz qorxuruq. Qorxu hamımızın duyduğu hiss etdiyi bir hissdir. Fərqli vəziyyətlərdə, zamanlarda olmasına baxmayaraq o hiss eynidir. Gecədən, ölüdən, təyyarədən, ağrıdan, valideynlərdən, təklikdən.. Amma çox vaxt Qorxaq adlandırılacaqları üçün qorxularını gizlədər insanlar.
Biz ağlayırıq. Bəzən məcazi mənada, bəzən sevincdən, bəzən kədərdən, bəzən səbəbsiz. Göz yaşlarımızın bizi zəiflətdiyini hiss etmərik. Əksinə onlardan güc aldığımızı düşünərik.
Biz ağıllıyıq zənn edirik, özümüzdən ağıllıları görənə qədər. Lakin bunu qəbul edə bilmirik bəzən. Kimisi ağıllı olmağı sadəcə "Cinayət və Cəza"nı, "Səfillər"i oxumaqda, sosial şəbəkələrdə fəlsəfi statuslar yazmaqda görür, kimisi isə ağıllı olmağının fərqinə varmadığı halda ətrafdakılar bilər onun kim olduğunu. Özümüzü ağıllı zənn edə bilərik, amma bəzilərimiz ağlımız olduğu halda ondan istifadə etməyi bacarmırıq. Əslində bizim ağlımız genişdi, düşüncəmiz dardı.
Biz əslində ikiüzlüyük deyərdim, amma çoxüzlüyük deyirəm. Kimisi xəyanət edər, lakin özlüyündə bunun doğru olduğunu hesab edər, kimisi həyatını yalanlar üzərində qurar, kimisi düz olduğu halda hamı onu yanlış anlayar, kimisi əslində heç vaxt özü kimi ola bilmir, bir ömür hər insana və hər məkana uyğun maskalarla dolaşır.
Biz əslində çox şey edirik, adı eyni, lakin anlayışı fərqlidir hər kəsdə.
Elə hər şeyin səbəbkarı da Bizik! Yox, bəlkə də biz deyilik bizdən əvvəlkilərdi - valideyinlər, bu günümüzdə əlimizdə olanları kəşf edənlər, din, radio, televiziya, internet və s.
Tək doğru Bizik! Elə buna görədə biz heç kimik, özünü inkişaf haqqında düşünmədən sadəcə "MƏN DÜZƏM!" idealogiyası ilə yaşayan insanlarıq. Özümüzü haqlı çıxarmaqdır tək istəyimiz. Özümü haqsızlığa uğramış göstərməkdir tək çıxışımız. Bununla isə biz sadəcə olduğumuz yerdə sayırıq. Biz yalnız şikayətlənərək seyr edirik.Lakin anlamırıq ki, etdiyimiz seçimlərə görə başımız dərdə girərsə, ilk günahlandırılması lazım olan adam özümüzük. Sızlanmaq və başqalarını günahlandırmaq yerinə, nə olursa olsun ayağa qalxmağa çalışmaq lazımdır.
Ya Bu Dünya Biz İnsanlar üçün Deyil, Ya da Biz İnsanlar Bu Dünyaya Uyğun Deyilik..

BİZ çox qəribəyik..

BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3741   Tarix: 27 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024