Azərbaycanın əməkdar artistinin dərdi açıldı

Azərbaycanın əməkdar artistinin dərdi açıldı"Əqidəsinə sahib çıxa bilməyən, Bakı küləyi kimi gündə bir yana əsən, "ucalmaq" xatirinə müxtəlif alçaqlıqlara imza atan, var- dövlət xatirinə ən doğma saydıqlarını belə ayaq altına atan namussuzlardan uzaq olun, ey mənim gənc dostlarım. Belə şərəfsizlərin dostu olmaqdansa, tək qalmaq min dəfə ləyaqətlidir!" Anspress yazır ki, bu sözlər Azərbaycanın əməkdar artisti, sənətkar-pedaqoq Aybəniz Haşımovaya məxsusdur.

Saytın əməkdaşı ifaçılıqla yanaşı, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan Aybəniz xanımın Facebook sosial şəbəkəsindəki səhifəsində yazdığı bu fikirlərə etinasız qala bilməyib.

Müğənni ürəyini göynədən məqamları dilinə gətirib: "Daha nə olmalıdır ki? İnternetdən oxuduqlarım, müğənnilər arasında qalmaqallarla bağlı xəbərlər mənə çox pis təsir edir. Bütün canım ağrıyır. Düz 3 gündür təzyiqim düşmür.

Son günlərdə baş verən qalmaqallar utandığımdan az qalıb ki, sənəti atım. Gün ərzində müxtəlif tədbirlərdə məni görən ziyalılarımız, nüfuzlu insanlar, mədəniyyəttimizdə baş verən bu eybəcərliklərlə bağlı mənə narahatlıqlarını bildirirlər.

Bilmirəm onlara nə cavab verim? Ayıbdır, vallah ayıbdır. Həm onların yerinə, həm də öz yerimə utanıram. Bəsdirin! Bu nə deməkdir? Bizə Xan Şuşinskidən, Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan əmanət qalan sənəti niyə belə alçaldırsız?

Niyə bizi hörmətdən salırsız? Axı sizə kim bu haqqı verib? Xoşunuza gəlmir, gedin başqa sənətin qulpundan yapışın. Mən atasız-anasız, bir qarnı ac, bir qarnı tox Bakının düzlərində bu sənətə yiyələnmişəm. Saatlarla royalın arxasında oturub məşq etmişəm ki, bir mahnını düzgün, səviyyəli şəkildə təqdim edim.

Yaşıdlarım kefi istədiyini etdiyi halda, mən vaxtımı musiqinin, sənətin incəliklərini öyrənməyə sərf etmişəm. Mənim sevgiylə, eyni zamanda da əzab-əziyyətlə gəlib çıxdığım sənətimi niyə xalqımın gözündən salırsız? Niyə?"

Əməkdar artist danışdıqca daha da qəzəblənirdi: "Peşman olublarsa, getsinlər, amma sənəti bu günə qoymağa haqları yoxdur. Başa düşə bilmirəm ki, bunlar sənətə gələndə nə düşünürlər? Populyarlıq xatirinə hər yola əl atırlar. Başları dava-qırğına elə qarışır ki, yadlarına düşəndə arada-bir mahnı da oxuyurlar. Bunlar bir-birinin üzünə baxanda utanmırlar, xəcalət çəkmirlər?"

Aybəniz Haşımova tələbələrinin mədəniyyət sahəsində, daha doğrusu, şou-biznesdə baş verənlərin gənc nəsilə pis təsir etdiyini, onların vahiməyə düşdüyünü də bildirib:
"Tələbələrim çaş-baş qalıblar. Uşaqlar, "Aybəniz xanım, bəlkə bu sənətdən gedək", - deyə soruşurlar.
Sənətimizi belə hörmətdən salmağa axı nə haqları var? Mən hesab edirəm ki, Azərbaycanın mədəniyyətinin inkişafını arzulayan, buna çalışan insanlar bas verən bu hadisələrə laqeyid qalmamalıdırlar. Hamımız bir araya gəlib sənətimizi düşdüyü ağır durumdan çıxarmağa çalışmalıyıq".

Qeyd edək ki, son vaxtlar bəzi şou-biznes nümayəndələrinin düşmənçilik münasibətləri, bu ədavətin kriminallaşması və ictimailəşməsi bir çox sənət nümayəndəsini narahat edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3318   Tarix: 25 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054