"Röyaya gözün üstə qaşın var desən, səni öldürərik"

Bir neçə gün əvvəl mətbuatda müğənni Röyanın Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparlması ilə bağlı yayılan məlumat hələ də gündəmdədir.

Məsələ ilə bağlı yeni maraqlı məqamlar ortaya çıxıb. Məlumatlara görə, müğənnilər Röya ilə Elton arasında uzun müddət imiş mahnı üstündə mübahisə yaşanıbmış. Elton Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb.

Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Mingəçevir şəhər şöbəsinin rəhbəri, general Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyevə müraciət edib. Xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona "bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik" tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (BMCMI) rəisi Mirqafar Seyidovun adına şikayət ərizəsi yazıb. Bundan sonra əməliyyat hazırlanıb. "Bandotdel"in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparıblar.

Elton da BMCMI-yə dəvət olunub. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib. Bu olay Bəylər Əyyubova çatdırılandan sonra qohumunun işdən qovulmasına etiraz etməyib.
Röya isə bugünlərdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirib. Deyilənə görə, onun bu sensasion bəyanatı bu hadisə ilə bağlıdır.

QAFQAZINFO.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6437   Tarix: 24 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 570
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 435
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 940
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 682