Röya ilə bağlı şok qalmaqal

Röya ilə bağlı şok qalmaqalBu gün mətbuatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri Əqid Bayroyevin işdən çıxarılmasının səbəbləri haqda yazılıb.

"AZXEBER.COM "Azpoltika.info" saytına istinadən yazıb ki, Əqid Bayroyev oktyabrın 4-də Yevlax rayonunda bir məclis təşkil edib və Bakıdan bir neçə müğənnini də həmin məclisə aparıb.

Məlumatda bildirilir ki, müğənnilər arasında Röya və Elton da olub. "Azadlıq"ın bu mövzuda yazdığı məqalədə bildirilir ki, məclisdəki atmosferdən xoşlanmayan Elton oranı tərk etmək istəsə də müqavimətlə üzləşib. Onunla Əqid Bayroyev arasında mübahisə yaranıb. Elton üzləşdiyi vəziyyətlə bağlı hakimiyyətə yaxın olan Rusiyada yaşayan dostlarına məlumat verib. Onlar da Bakıya telefon açdıqdan dərhal sonra DIN-in xüsusi təyinatlıları Yevlaxa doğru istiqamət götürüblər.

Məlumata görə, xüsusi təyinatlılar Əqid Bayroyevi Röya ilə birlikdə saxlayaraq Bakıya gətiriblər. Polis idarələrindən birində hər ikisinin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar, bir gün sonra isə Əqid Bayroyev tutduğu vəzifədən azad olunub.

Araşdırma zamanı Röyanın "halının yaxşı olmadığı" da üzə çıxıb. Bu hadisədən sonra müğənninin ailəsində ciddi problem yaranıb.

Bu mövzu ilə bağlı "Yeni Müsavat"a yeni məlumat daxil olub. Məlumatlı mənbənin dediyinə görə, əslində hadisə başqa cür olub. Röya ilə Eltonun arasında uzun müddət imiş ki, mahnı üstündə mübahisə yaşanıbmış. Elton bu günlərdə Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb. Mənbə bildirir ki, Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini şillələyəndən sonra onun başına silah dirəyiblər. Ona "bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik" tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ)rəisi Mirqafar Seyidovun adlına şikayət ərizəsi yazır. Mənbəmiz deyir ki, bundan sonra əməliyyat hazırlanır. "Bandotdel"in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-nə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edir.

Xatırladaq ki, bu günlərdə Röya telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirib. Deyilənə görə onun bu sesnsasion bəyanatı bu hadisə ilə bağlıdır.

AZXEBER.COM-un məlumatına görə, məşhur prodüser Tolik bu məsələyə münasibət bildirib ve deyib ki, yazı həqiqəti əks etdirir: "Bu xəbəri kim yazıb bilmirəm amma demək istəyirəm ki, bu xəbərlərin 70 faizi düzdür. Mən danışmaq istəmirəm. Amma mən bu işin içində olmuşam. Elə bu Agid adlı şəxsin ucbatından mənim atam ürəyindən əməliyyat olundu. Ona görə də, Allah Röyanın bəlasın versin. İnşallah bir gün danışacam bu haqda. Amma hələ ki, susuram!!! Qurban olun atama!!!!!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9304   Tarix: 21 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 552
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2050
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9399
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1278
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 440
.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2611
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 391
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2836
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 506