"Ailə qurmağı yaman istəyirəm" (Foto)

Məşhur müğənni Hadisənin Türkiyə mətbuatına müsahibəsini təqdim edirik:
Hazırda həyatınızın axarı necədir?
İşlərim həddindən artıq çoxdur. Demək olar ki, həyatımda yeni səhifə açmışam. Yeni-yeni işlərlə məşğul oluram. Həyatıma təzə insanlar daxil olub. Xüsusi ilə jüri olduğum "O Ses Türkiyə" verlişindən sonra enerjim artıb.

Ən sevdiyiniz mahnı hansıdır?
İndia Arienin "Ready for love" mahnısı. Türklərdən isə Sezen Aksunun "Vay"ını çox bəyənirəm.
Məncə, məşhurlaşdıqdan sonra müğənnilər xalqdan uzaqlaşır. Jüri olmağınız sanki bu problemə çarə oldu.
Ən çox eşitdiyim cümlə: "Siz nə qədər səmimi insansınız". Əslində hər zaman səmimi olmuşam, amma verdiyim müsahibələrdə və kliplərdə bunu hiss etdirə bilmirəm. O verilişdə isə insanlar mənim gülər üzümü, səmimiliyimi hiss edə bilir. İnsanların da bunun fərqinə varması məni çox sevindirir.

izcə insanlarda sizlə bağlı ən çox hansı təəssürat formalaşır?
Özündən razılıq. Jurnalistlərdən də eşidirdim ki, insanlar mənim lovğa olduğumu düşünürlər.
Axı biz sizi yalvararkən də görmüşük.
Verilişin ən nifrət etdiyim hissəsi elə odur (gülür).

Həyatda başqa nələrə görə yalvararsınız?
Tıxac... "Allahım, yalvarıram sənə, bu tıxaca son qoy" deyərək çox yalvarmışam.
Hadisə əzmli qadındır?
İşlə bağlıdırsa, bəli. Bütün əzmimlə uğur qazanmağa çalışıram. Təkcə qısa ətək geyib çıxmaqla heç kim mənə cəsur" deməyəcək.

Sanki bir az həddindən artıq dəbli geyinməyin vurğunusunuz?
Gözəl və zövqlü geyinməyi çox sevirəm, amma bacım olmasaydı, bu qədər gözəl imicə malik ola bilməzdim. O, məni məcbur edir. Mənə qalsa, rahat paltarlara üstünlük verərdim.

Ən çox sevdiyiniz dekolte forması hansıdır?
Daha çox kürəyimdə dekolte geyinməyi sevirəm.

Sizcə, Hadisənin geyimlərini cəsur hesab etmək olar?
Əslinə qalsa, Türkiyədə cəsur geyimlər geyinən çox sənətçi var. Ancaq mən mini ətəklə istədiyim kimi şoumu nümayiş etdirə bilirəm. Sadəcə qısa ətəklə rəqs etmədən səhnədə mahnımı oxusam, o geyimi heç vaxt cəsur geyim kimi qiymətləndirmək olmaz.

Cazibədar olduğunuzu qəbul edirsiniz?
Əlbəttə qəbul edirəm və cazibədar olmağı da çox sevirəm. Məncə, hər bir qadın özünü cazibədar hiss etməlidir və bundan da qorxmamalıdır.

Amma sanki qadınlar bu kəlmədən bir az çəkinirlər.
Cazibədarlıq çılpaqlıqla olmur. Adi bir köynəklə də cazibədar olmaq olar. Məsələn hazırda mənim geyimimdə heç bir açıq-saçıqlıq yoxdur, amma mən özümü çox cazibədar hiss edirəm.

Yaşınız artdıqca özünüzü daha da cazibədar hiss edirsinizmi?
Bəli. Çünki insan böyüdükcə təcrübəsi artır. 5 il əvvəl mənim üçün vacib olan şeylər hazırda gözümdə çox bəsit görünür. Bu isə özünəinamı artırır. İnsanın təcrübəsi və özünəinamı artdıqca cazibədarlıq hissinə daha çox qapılır. Məncə, cazibədarlıq özünəinam deməkdir.

Bədən ölçünüz neçədir?
36
Səfərə gedəndə neçə çamadanla gedirsiniz?
Bütün ehtimalları nəzərə alaraq hər zaman iki əlavə çamadanı özümə yük edirəm.

Ən vazkeçilməz əşyanız nədir?
Ənliksiz heç bir yerə gedə bilmərəm.

Sizcə, sənətçi "ulduz" olmaq üçün hansı keyfiyyətə sahib olmalıdır?
Ən birincisi başqa insanlarla deyil, özü ilə maraqlanmalıdır. Sənətçi gərək özü ilə rəqabət aparsın.

Bəzən sahildə rahat-rahat gəzmək üçün darıxırsınızmı?
Elə mənim də ən çox üzüldüyüm hal istədiyim yerlərdə rahat gəzə bilməməkdir.

Çox gözəl rəqs edirsiniz. Rəqs sizin üçün nə deməkdir?
Rəqs güzgüyə baxıb özünü sevmək, öz bədənini sevməkdir. Gözəl rəqs etmək üçün əslində özünlə sevişə bilməyi bacarmalısan. Yəni özünə aşiq olmalısan.

Hədəfiniz nədir?
Hədəfim dünya musiqi siyahısına düşməkdir. Buna da nail olacağıma inanıram.

Bəs şəxsi həyatınızda nə yenilik var?
Şəxsi həyatımda hər zaman həyəcan var

Əks cinsdə ən çox hansı keyfiyyətlərin olmağını istəyirsiniz?
Səbir. Çünki mənim həyatım normal həyat tərzi deyil. Qısqanc, eqoist olmamalıdır. Mən səhnədə prezidentəm, amma səhnədən endikdən sonra heç bir iddialı davranışım olmur.

Bəs Hadisə nə vaxt ailə həyatı qurub ana olacaq?
Bu məsələlərlə bağlı plan qurmağı sevmirəm. Ancaq ailə qurmağı yaman istəyirəm.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10599   Tarix: 19 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121