Uşaqlarınızın intihar etməsindən qorxursunuz?

Uşaqlarınızın intihar etməsindən qorxursunuz?Son vaxtlar Azərbaycanda gənclər, xüsusilə də yeniyetmələrin intiharı çox tez-tez baş verir.
Onlar heç məktəbi bitirməyə macal tapmamış, öz həyatlarını bitirirlər. Biz fərqinə varmasaq da, yeniyetmələrin intiharı əslində olduqca həssas və ciddi məsələdir. Onlar bu dünyanın ədalətsizliyindən qaçırlar, elə psixoloji acılar çəkirlər ki, yeganə yolu canlarına sui-qəsd etməkdə görürlər. Bəs "Facebook nəslinə" necə yardım edək? Onların hallarının həqiqətən pərişan olduğunu necə anlayaq? Uşağımızı intihardan necə daşındıraq? Bu suallara psixoloq Elmir Əkbər ANS PRESS vasitəsilə cavab tapmağa çalışdı. Psixoloq uşaqların intihar etmək fikrində olmasının əlamətlərini və onu bu fikirdən daşındırmaq üçün bəzi məsləhətlər verdi. Həmin məsləhətləri sizə təqdim edirik:

Yeniyetmələrin intiharları həqiqətən də insanı dəhşətə gətirir. Onların bu addımı artıq "təbil siqnalı" deməkdir. Bu, cəmiyyətə bir işarədir ki, həmin təbəqədə çox ciddi çətinliklər var. Əslində, yeniyetmələr, gənclər həmişə risk qrupu olublar.

İntihar nədir?

İntihar hansısa anlarda yaşanan bir fikirdir. Əgər həmin vaxt yeniyetməni və ya hər hansı bir şəxsi bu addımdan, fikirdən daşındırsaq, daha sonra o addımı atmayacaq. Belə ki, 13 yaşdan 16 yaş dövrünə qədər insanların həyata öz baxışları yaranmağa başlayır. Bir növ orqanizmin psixoloji "sındırılması" gedir. Uşaq artıq böyük bir həyata addım atır və əbədi suallara cavab axtarır: Mən kiməm və bu dünyada niyə yaşayıram? Ona "buna görə yaşamaq lazımdır ki" cavabını qəbul etmək çox çətindir.

Səbəbləri

İntihar patoloji xəstəliklər və psixozdan irəli gəlir. Birinci müəyyən yaşa çatmış insanlarda olur. Uşaqlarla bağlı olan intiharlar isə birmənalı olaraq hamısı məişət-psixoloji problemlərlə bağlı yaranır. Bu ona görə baş verir ki, biz uşaqların qəlbinə yol tapmırıq və onları başa düşmək istəmirik. Ancaq öz prizmamızdan uşaqlara yanaşırıq. Onlara qarşı çox eqoist yanaşırıq.

Bəzən valideynlər guya uşaqları "yaxşı" tərbiyə etmək üçün kimlərinsə yanında onları tənbeh etməyə çalışırlar. Belə çıxır ki, o böyüyün özü tərbiyəsizdir? O bilməlidir ki, cəmiyyətin içində insanı tənbeh etmək olmaz. Xoşməramlı tənqid ancaq təkliflə olur… Cəmiyyətin içində olan tənqid ancaq insanın içində olan daxili "natamamlıq kompleksi"ndən irəli gəlir. Böyük bu addımla özünü cəmiyyət içində yüksəltmək istəyir. Amma bununla o, özünün daxili "natamamlıq kompleksi"ni ödəməyə çalışır.

Onlar valideynlərinin, həmyaşıdları, ya da müəllimlərinin tənqidlərini, təhqirlərinə dözə bilmirlər. Xüsusilə də imtahanda aşağı bal toplayan uşaqlar, yeniyetmələr ölümdən başqa heç nə düşünmürlər. Bizə xırda görünən şeylər, onlara dərd olur. Amma nəzərə alınmalıdır ki, həmin yaşda insanların hormonları aktiv olur və çox xırda bir hərəkət və ya söz onlarda çox ciddi bir iz buraxa bilər. Bunun üçün yeniyetmə çağlarında onlarla xüsusi həssasslıqla davranmaq lazımdır. Bu, əslində bir ailə qaydalarıdır. İntihar da onlara kifayət qədər diqqət, qayğının göstərilməməsindən irəli gəlir. İndi reallıq odur ki, valideynlər uşaqlara cəmi 20 dəqiqə vaxt ayırırlar.

Sovet vaxtını unudun…

Valideynlər indiki uşaqlarla öz dövrlərinin uşaqlığını qətiyyən müqayisə etməməlidir. Onlar tamam başqa bir əsrin uşaqlarıdırlar. Çünki indinin uşaqları məhz texnologiyanın inkişafı, informasiyanın ciddi axını olan bir dövrdə dünyaya gəliblər.

Uşaqların intiharının başqa bir səbəbləri arasında televiziya, internet durur. İnternet çox gözəl bir şeydir, sadəcə ondan düzgün istifadə etmək lazımdır. Bu isə yenə də valideynin diqqətsizliyi, qayğısızlığı, biganəliyi və valideynin məlumatsızlığı ilə bağlıdır. İndiki körpələr böyüyəndə ümumiyyətlə, bütün valideynlərini atacaqlar. Çünki uşaq instinktiv şəkildə hiss edir ki, ona nə dərəcədə diqqət var ya yoxdur.

Simptomları…

Evdə uşağınızın özünə qəsd etməsi ehtimalı olduğunu hiss edə bilərsiniz. Məsələn, əgər o deyirsə: "həyatım mənasını itirib, ağzımın dadı qaçıb, rənglər solğunlaşıb, hər şey mənə ağ-qara görünür, bilmirəm niyə yaşayıram? onsuz da öləcəm" kimi sözlər deməsi, özünə qapanması, ünsiyyətdən qaçması, nə ailə üzvləri, nə də dostları ilə danışması, qəfil davranışlarının dəyişməsi, konfliktlər yaşaması və s bu kimi əlamətlər "intihar qoxu"sundan xəbər verir. Bütün bu hallarda ehtiyatlı olmaq lazımdır. Heç vaxt uşaqlarınıza qarşı biganə olmayın. Onun bu sözlərini ciddi qəbul etmək lazımdır. Düzdür, bunu çoxu deyir, ancaq bu o demək deyil ki, hamı edir. Əgər uşaq bu cür sözləri 99 dəfə deyib-etməyibsə, 100-cü də o bunu artıq real olaraq edə bilər.

İntiharın nəticəsi

Beynəlxalq statistikaya əsasən, sui-qəsd edənlərin təxminən 98%-i sağ qalır, digər faizi isə şikəst olur. Onlar bundan sonra nə intihara cəhd edə bilir, nə də ölə bilirlər. Kimsə özünü haradansa atırsa, qalır şikəst, kiminsə əlinə baxır. Zəhər içənlər də isə zəhər onların ali sinir sistemini iflic edir. Özünü asanların boynu sınır, şikəst qalırlar. Damarını kəsənlərdə intoksikasiya baş verir, qan itirirlər və beyin qan çatışmazlığında ölür. Bunu etmək istəyənər bilsənlər ki, bu cür hallarda 98% ehtimalla ölməyəcək, amma şikəst qalacaq.

Valideyn uşağının intihar ehtimalı zamanı nə etməlidir?

Əgər valideyn nəsə hiss edirsə, mütləq vaxtında mütəxəssisə mürcaiət etməlidir. Məhz sui-qəsd özəl məsələdir. Valideyn özündən "Amerika kəşf etməməlidir".
Hətta uşaq dünyaya gəlməmişdən qabaq həyata pozitiv münasibət olmalıdır. Tamamlanmış bir həyat, yəni təhsili, əyləncəsi olmalıdır. Təhsil - uşağı yükləmək demək deyil, uşağın özünü ifadə etmək imkanı olmalıdır. Ona qarşı eqoist yanaşılmamalıdır, azərbaycanlıların sevdiyi bir şey var: ancaq mən deyən olmalıdır- bunu etmək olmaz, çünki uşaq onsuz da öz bildiyini edəcək.

Onlarla mütləq danışmaq, ünsiyyət qurmaq lazımdır. Onların fikirləri, düşüncələri, maraqları ilə bölüşmək lazımdır. Uşağınızın fikirlərinə hörmətlə yanaşmağa çalışın. İşdən evə gələndə uşaq nəyisə düzgün etməyibsə belə o dəqiqə tənbehlərə keçməyin. Ona maraq göstərin, günün necə keçdiyini soruşun. Qapıdan içəri girən kimi etdiyiniz töhmətlə, söhbət əsnasında edəcəyiniz töhmmət tam fərqli səslənəcək.

Unutmayın ki, uşaqlarla diktator kimi rəftar etmək cəhdləri çox səhv bir addımdır. Həddindən artıq qadağalar, azadlığının məhdudlaşdırılması və ya cəzalar uşaqda böyük aqressiya yarada bilər.
Həyatındakı və gələcəkdə ola biləcək perspektivlərdən danışın. Onun nə istədiyini, qarşısına qoyduğu məqsədlərə necə çatmağı düşündüyünü öyrənin.

Məsələn, onun dinlədiyi musiqini bəyənməsiniz belə onu anlamaq üçün ona qulaq asmaq lazımdır.
Valideyn mütləq özünü maarifləndirməlidir. İndi cəmiyyətdə çox pis qruplar var. Onlar musiqi, gənclər təşkilatı, rəqs və bu kimi adlar altında fəaliyyət göstərirlər. Bu qruplar uşaqları sonda intihara gətirib çıxarır. Onlara "yox" deməyin də düzgün yolunu tapmaq lazımdır. Sağlam cinsi, dini tərbiyə olmalıdır.

İntihar xəbərləri qabardılmalıdırmı?

Problem xəbərin verilməsində deyil, onun necə verilməsindədir. Məsələn, adi Rusiyanı götürək. Onlar kriminal verilişləri necə hazırlayır təqdim edirlər, bizimkilər necə verirlər. Ruslar xəbəri çatdıranda maarifləndirirlər. Cinayətə məruz qalmamağı, ehtiyatlı davranmağı, ətrafındakılara yardım etməyi öyrədirlər.

Burada ən əsas problemlərdən biri də hazırda sosial şəbəkələrdə məhz sui-qəsdi təbliğ ediən səhifələrin, saytların olmasıdır: bunu necə asan etmək olar, ağrısız etmək olar, necə edəsən ki, mütləq öləsən. Bu çox dəhşətli bir məsələdir. Bu sahədə ümumiyyətlə MDB ölkələrində çox ciddi problemlər var.

İnternet cinayətkarlıqla güclü mübarizə aparmaq lazımdır. Internet sahəsində böyük boşluq var, bu səhifələr izlənilmir. İndi MDB ölkələrinin əhalisi böyük mənəvi problemlər yaşayırlar. Məsələn, "YouTube" video portalında fikir vermisiniz necə şərhlər yazılır? Dahi insanların videoları, musiqiləri "unlike" edirlər, pis-pis sözlər yazırlar. Bunlar cəmiyyətdəki paxıllıqdan, xəbislikdən, iyrənclikdən irəli gəlir. Belə insanlar ciddi təqdib olunmalıdır.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3716   Tarix: 17 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423