Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)

Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Günel Şahverdiyeva: Məndə diqqəti cəlb edən nəsə var (Foto)Gün.Az oxucularına "Ev tapşırığı" rubrikasının növbəti sayını təqdim edir.

Bu rubrika çərçivəsində paytaxtın gözəl, məftunedici nümayəndələri bizi öz evlərinə dəvət edərək, özləri, məşğuliyyətləri, maraqları və ümumiyyətlə həyatları barədə söz açırlar.

Ev tapşırığı rubrikasının beşinci qonağı Günel Şahverdiyevadır.
Bu dəfə Günel bizə özü haqqında saytlarda və jurnallarda dərc olunan fotolarını və TV ekranlarında onu izləsək belə, haqqında öyrənə bilməyəcəyimiz məqamlardan bəhs edəcək.

Rəqqasə Günel Şahverdiyevanı şou dairələrində hamı onun səhnə təxəllüsü ilə - "Cessika" kimi tanıyır. Hətta belə düşünmək olar ki, bu gözəl qız elə həmişə şou-biznesdə olub – özünün səhnə karyerası ərzində Günel ölkənin aparıcı rəqs kollektivləri ilə birgə çıxış etmək imkanı əldə edib və ən məşhur artistlərlə birgə işləyə bilib.

Günel özünü mahnı janrında da sınayıb, hətta 2000-ci illərdə məşhur olan "Başa bəla" qrupunun parlaq solistlərindən biri kimi çıxış edib, eləcə də "Sing your song" musiqili televiziya müsabiqəsində solo iştirakçılardan olub.
Ancaq o, ifaçılığını müğənni kimi davam etdirməyib, üstünlüyü bugünkü günə qədər məşğul olduğu rəqslərə verib.

Qeyd edək ki, "Ev tapşırığı" rubrikası üçün fotoları gənc və istedadlı fotoqraf Lalə Quliyeva çəkib.
Beləliklə, gəlin, Günel Şahverdiyeva ilə yaxından tanış olaq.

Mən uşaq yaşlarımdan rəqs edirəm. Hər şey "Cücələrim" uşaq rəqs ansamblından başladı, həmin ansamblda mən təxminən 8 il rəqs etmişəm. Daha sonra isə elə bir vaxt gəldi ki, rəqsi atdım. Ailədə hamı mənim musiqiçi olmağımı istəyirdi, ona görə də məni musiqi məktəbinin fortepiano sinfinə qoydular. Mən isə xoreoqrafiya məktəbində peşəkar rəqsləri öyrənməyi çox istəyirdim...

Ancaq taleyin hökmündən qaçmaq mümkün deyil, rəqslər həyatımın ayrılmaz hissəsinə çevrildi. Onlarsız həyatımı heç cür təsəvvür edə bilmirəm. Fasilədən sonra ilk dəfə səhnəyə rəqqasə kimi institutda ŞHK oyunları keçirilən zaman çıxmışam. Mən həm rəqs edirdim, həm də komandamızın rəqs hərəkətlərinə quruluş verirdim. Orada məni gördülər və digər tədbirlərdə və konsertlərdə çıxış etməyə çağırmağa başladılar.

Estradada ilk dəfə birgə işləməyə başladığım ilk Azərbaycan müğənnisi Rəhim Rəhimli olub, daha sonra isə Faiq Ağayevin, Xəyyam Nisanovun, "Dəyirman" qrupunun və bir çox yerli ulduzların rəqs kollektivlərində çıxış etmişəm.

Samir Bağırovla işləmək çox asan, şən və xoş idi. Mənim ən çox sevdiyim və ya heç sevmədiyim rəqs yoxdur, çünki rəqs mənim bir hissəm deməkdir. Lakin daha çox rəqsdə musiqinin sədaları altında improvizə etmək, daha əvvəl quruluş verilmiş hərəkətlər üzrə yox, musiqinin ritminə uyğun, ürəyimin səsinə qulaq asaraq rəqs etmək xoşuma gəlir. Belə rəqsləri mən ruhun rəqsləri adlandırıram.

Cessika adı mənə uğur gətirib, şöhrət və nailiyyət qazandırıb. Gözəl şans yaradıb, deyə bilərəm ki, bütün həyatımı yaxşı mənada dəyişib. "Başa bəla" qrupunda kastinqdən keçəndən sonra Cessika oldum. Bu adı mənə məhz orada veriblər. İndi də məni şou-biznesdə məhz bu adla tanıyırlar, evdə isə Günel çağırırlar.

Başa bəla qrupunda oxumuşam, daha sonra isə "Cəza" qrupunda çıxış etmişəm, solo layihəm isə "Sing your song" televiziya müsabiqəsində olub. Mahnı oxumaqdan çox xoşum gəlir, səhnədə də özümü müğənni kimi olduqca yaxşı hiss edirəm.

İndi səhnəmizdə həm yaxşı oxuyan, həm də yaxşı rəqs edən xanım müğənni yoxdur. Belə bir prodüser təklifi olsa razılaşaram, bu istiqamətdə də işləmək istəyərəm.

Hal-hazırda bütün diqqətimi rəqslərimə yönəltmişəm, lakin həyatımda ən başlıca dəyərim sevimli qızım Mehindir. Bu yaxında onun iki yaşı tamam olacaq, o mənim bu həyatda hər şeyimdir. Qızım mənim günəşim, sevincim, ən böyük məhəbbətimdir.

Qızım dünyaya gələndən sonra, həyatım büsbütün dəyişib. Elə bil ki, özüm də təzədən doğulmuşam. İndi daha məsuliyyətli olmuşam, bütün dünya hal-hazırda mənim üçün ancaq qızımdan və həyat yoldaşımdan ibarətdir.

Həyat yoldaşımla 15 ildir ki, tanışıq. Bu vaxt ərzində də heç vaxt qarşıma "səhnə, ya da ailə!" şəklində seçim qoyulmayıb. Bir dəfə hətta səhnəyə çıxanda dərk etdim ki, onsuz həyatımı heç cür təsəvvür belə edə bilmərəm.

Mənə dəstək olduğuna və seçimimə hörmət etdiyinə görə həyat yoldaşıma minnətdaram. Mənim seçimim isə rəqsdir. Həmçinin ona da, qayınanama da təşəkkür etmək istəyirəm, işimin çox olduğunu görürlər, övladımıza böyük məmnuniyyətlə vaxt ayırırlar.

Qızım dünyaya gələndən sonra səhnəyə qayıtmaq üçün 3 ay bərpa müddəti sərf etməli oldum, bir çoxları hətta yaxşı göründüyümü desələr də, ancaq 3 ay keçəndən sonra istədiyim bədən formasına qayıda bildim.

Özümü gözəl hesab etmirəm, heç vaxt da belə düşünməmişəm. Bəli, məndə diqqəti cəlb edən nəsə var, bu mənə xoşdur, çünki mən hər zaman diqqət mərkəzində olmağı sevirəm. Xarici görkəmim həyatım boyu mənə həmişə kömək olub.

Həmişə kastinqdə iştirak edə bilmişəm və mütləq kastinqdən keçmişəm, hətta güclü səsi olan, lakin görkəmindən boz siçandan fərqlənməyən qızları geridə qoymuşam. Şadam ki, yaddaqalan və xoş görkəmim var, bu isə şou-biznes üçün çox vacib məsələdir. Şou-biznes kənardan nağıl kimi görünə bilər, lakin bu ancaq kənardan belə görünür. Burada hər şey baş verib, satqınlıq da olub, ayaqdan çəkmək də, çox şey yaşanıb, lakin mən bunların hamısını geridə qoymuşam, özüm üçün belə hallardan nəticə çıxara bilmişəm.

İndi dostluq münasibətlərinə daha təmkinlə yanaşıram, hal-hazırda ancaq müəyyən vaxt keçəndən sonra, zamanın sınağından çıxan dostluqlar qururam, ancaq məhz dostluğuna dəyər verdiyim insanlara etibar edirəm.

Qadınlarla dostluğa heç vaxt inanmamışam, qızlarla da dostluq etməmişəm, ancaq bu gün yaxın rəfiqələrim var ki, onlarla da dostluğum zamanın sınağından çıxan münasibətlər üzərində qurulub.

Həyatda çox optimist insanam. Hərdən nəsə xoşagəlməz vəziyyət, ya hadisə baş verəndə, orada da müsbət nəsə tapmağa çalışıram, bilirəm ki, hər şey yaxşı və qaydasında olacaq, çünki özüm də təkcə pozitivə köklənmişəm və ancaq xoş şeylər haqqında düşünürəm.

Heç vaxt heç nəyi planlaşdırmıram və gələcək üçün çox böyük planlar qurmuram, mənim üçün indiki zaman vacibdir, mənim indiki zamanım isə xoşbəxtlik və sevgi ilə doludur. Mənim sevgim həyat yoldaşımdır, o həm də bu həyatda mənim ilk növbədə dostumdur, o məni dəstəkləyir və başa düşür, qızımın atasıdır. Qızımız bizim səadətimizdir. Mənim üçün xoşbəxtlik həm də sevdiyim işlə - rəqslə məşğul olmaqdır. Ancaq həyatda mənim üçün birinci yerdə dayanan məsələ heç də sənətim deyil. İşdən sonra sevdiyim ərimi və qızımı görmək üçün demək olar ki, evə uça-uça gedirəm ki, onları qucaqlayıb, bərk-bərk öpüm. Onlar dünyada mənim ən başlıca dəyərimdir, ikisi də mənim həyatımdır.

Gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14653   Tarix: 17 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686