"Ramil Səfərov Azərbaycanda qəhrəman hesab edilmir"

Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT-nin İnsan Hüquqları Şurasının sədrinin adına məktub göndərib. Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli həmin məktubda Ermənistanın BMT yanında daimi nümayəndəsinin Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi barədə fikirlərinə cavab verib.

Məktubda qeyd edilir ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası məhkum edilmiş şəxslərin verilməsi barədə, Azərbaycanın da qoşulduğu 1983-cü il Strasburq konvensiyasına tamamilə müvafiq olaraq həyata keçirilib.

Məktubda deyilir: "Konvensiyanın müddəalarına uyğun olaraq, Tərəflərdən birinin ərazisində məhkum edilmiş şəxs qarşılıqlı razılaşmaya əsasən digər Tərəfin ərazisinə verilə bilər".

Məktubda göstərilir ki, Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov səkkiz ildən artıq həbsdə olub və Ermənistan tərəfinin iddialarına rəğmən, o, Azərbaycanda qəhrəman hesab edilmir.
M.Nəcəfbəyli yazır: "Hüquqi baxımdan tənzimlənən bu hadisənin siyasiləşdirilməsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzün və ağır cinayətlərin real nəticələrini gizlətmək kimi uzaq niyyətlər güdür".

Məktubda göstərilir: "Regionda daimi gərginliyin əsas mənbəyi Ermənistan tərəfindən Azərbaycanın işğalının davam etməsi və 1 milyondan çox azərbaycanlının doğma yurdundan qovulması, etnik təmizləmələr və bir sıra başqa ağır cinayətlərdir. Beləliklə, Ramil Səfərovla bağlı hadisəyə yalnız Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi və öz evlərini tərk etməyə məcbur olmuş yüz minlərlə azərbaycanlı məcburi köçkün və qaçqın üçün müharibənin doğurduğu acı nəticələr kontekstində yanaşmaq lazımdır".

Məktubda qeyd edilir ki, Ramil Səfərov özü erməni silahlı qüvvələri tərəfindən onun evinin zəbt edilməsi və yaxın qohumlarının öldürülməsinin şahidi olub.

Məktubda vurğulanır: "Onun ailəsi doğma torpaqlarından zorla qovulmuş minlərlə ailədən biri idi. Bundan əlavə, Ramil Səfərovun əməllərini etnik motivə əsaslanan cinayət kimi təqdim etməyə əsla əsas yoxdur. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan özünün etnik müxtəlifliyini bu günə qədər qoruyub saxlayıb. Hazırda

Azərbaycan Respublikasının ərazisində təqribən 30.000 etnik erməni yaşayır və normal həyat sürür, heç bir ayrı-seçkiliyə məruz qalmır". Məktubda daha sonra qeyd edilir ki, təcavüzü davam etdirən Ermənistan hökumətinin davakar və təhrikçi ritorikası və isteriyası Ermənistan ilə Azərbaycan arasında münaqişənin dinc yolla nizamlanmasına mane olur və düşmənçiliyə təhrik edir.

Xatırladaq ki, İnsan Hüquqları Şurası BMT sistemində İnsan Hüquqları Komissiyasını əvəz etmiş beynəlxalq hüquq müdafiə orqanıdır. Şura BMT Baş Məclisinin köməkçi orqanıdır.
ans


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7501   Tarix: 16 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0