Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)

Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Hülya Avşar:Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram (Foto)Ayişə Armanın məşhur müğənni Hülya Avşardan aldığı, Türkiyə mətbuatında dərc olunan müsahibəni təqdim edirik:

Həyatının bu dövründə özünü necə hiss edirsən?
Özümü çox rahat, sərbəst hiss edirəm. Heç kimə hesabat vermək məcburiyyətim yoxdur. Daxili sakitliyimi tapa bilmişəm. Yaşıdlarım yaşlarının bu vaxtında özlərində qəribə xüsusiyyətlər formalaşdırırlar. Özümə deyirəm, bəlkə bu sənətimdə peşəkar olmağımdan irəli gəlir? Məncə yox... İllərdir ki, qazandığım təcrübənin bəhrəsidir. Məncə, insan xoşbəxtliyi 40 yaşından sonra tapır.

Səncə, doğrudan bu belədir?
Bəli. 30 yaş aralığında insanın ömrü işləməklə keçir. Ailə və ətrafdakı insanların təzyiqi, "evlən, evlən". Sən nə qədər o insanların fikirlərini qulaqardı etsən də, yenə qaça bilmirsən. "Evlənəcəm, ailə quracam və ana olacam!" deyirsən. Amma yaşın 46-47 olduqda tam daxili rahatlığa qovuşursan. Bu dövrdə "həyat mənimdir, istədiyim kimi də yaşayacam" deyirsən.

Yəni artıq Hülya Avşarın sərbəstlik dövrüdür?
Artıq daha sakit, hər şeyi rahat şəkildə qəbul edən Hülya Avşar var. Səhər tezdən durub idman edirəm. Daha sonra işlərimi həll etməyə çalışıram. Günortalar mütləq bir saat yatıram. Artıq telefon zənglərinə cavab verməmək haqqım var. Ürəyim istəmirsə, heç kimin zənginə cavab vermirəm. Onsuz da, mənə vacib olan insanlara səhər tezdən zəng vurub hal-əhval tuturam. Qalanları çox əhəmiyyətli deyil. Sözüm ondadır ki, həyatımın bu dövründə indiyə qədər edə bilmədiklərimin heyfini çıxıram.

Keçmişdəki bütün hesabları bağlayıbsan?
Mən yaşadığım hadisələrdən dərs almağa və nə isə öyrənməyə çalışıram. Əvvəllər məni qəmə, kədərə qərq edən hadisələr indi heç təsir etmir. Əslində o hadisələrin mənə çox gözəl xüsusiyyətlərin aşılanmasına vəsilə olduğunu hiss edirəm.

Gecələr nə ilə məşğul olursan?
Günün ən gözəl saatı məhz gecədir. Ev tamamilə mənim olur. Qızım Zəhra yatır. Adətən televizora baxa-baxa yatıram. Demək olar ki, nə qədər axmaq proqramlar varsa, hamsını izləyirəm. Ən xoşbəxt olduğum an məhz o andır. Çünki heç kimin əlavə suallarını eşitmirəm. Mənasız zənglər məni bezdirmir.

Yəni tam sərbəst...
Bəli, tam azad oluram. Mənimlə elə bu cür yaşaya biləcək sevgilimin olmağını istəyirəm. Bir-birimizə yük olmadan, eyni evin içində bir-birimizin varlığını hiss edərək və bununla yanaşı, yox olamağı bacara bilən sevgi yaşamaq istəyirəm. Əlbəttə ki, sənə bu rahatlığı yalnız sənin yaşında olan insan verə bilər. Çünki insan 40 yaşından sonra nə istədiyini dərk edir.

Sənin özündən gənc sevgilin ola bilməz?
Məncə, yox. Mən öyərənməyi, özünüinkişafı sevən insanam. Özündən yaşca balaca bir insanla bu dediklərimi həyata keçirmək çox çətindir. Və ya mən buna inanmıram. Nə deyirəmsə, onu iki kəlmə ilə başa salmalıyam. Bir saat izah verə bilmərəm. Hər şey cinsi əlaqədən ibarət deyil. Mən beynimlə sevişməyi sevirəm. Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram. Ona görə gənc sevgilimin olmağı çox çətindir.

Sənin üçün sevdiyin insanın sadəcə beyini vacibdir? Ancaq indiyə qədər sevgililərinin çox gözəl bədən quruluşu olub...
Əlbəttə, həm çox yaraşıqlı, həm də beyninə aşiq ola biləcəyim bir insan olmalıdır. İdmanla məşğul olmayan, özünə baxmayan bir insanı heç vaxt qəbul edə bilmərəm.

Yanına yaxınlaşmağa icazə verərsən?
Nəinki yanıma yaxınlaşmağa, heç onun üzünə də baxmaram. Elə insanlara baxa bilmirəm, ürəyim bulanır.

Niyə belə düşünürsən? Öz bədənlərinə baxmadıqlarına görə?
Yox, mən oları natəmiz kimi qəbul edirəm. Təsəvvür edin, ötən gün içib, yeyib, yatıb və bütün bunlar onun bədənindədir. Qarınlı kişilərə isə heç səbrim çatmır.

İşlərinə kifayyət qədər vaxt ayıra bilirsən?
Işimdə uğur qazana bilirəmsə, sevgilimi də xoşbəxt edə bilirəm. Eyni zamanda da qızımı. Hər halda bunun səbəbi kiçik yaşlarımdan işləməyimlə bağlıdır.

Həmişəki kimi işləmək əzmin var?
Artıq rəqabət hissim yoxdur. Nə maddi, nə də ki, mənəvi cəhətdən. Hzırda özümə və ətrafımdakı insanlara olan hörmətimə görə işimi davam etdirirəm. Heç bir şeylə məşğul olmasam, bütün günü yeyib, yatsam, özümü dünyanın ən yararsız insanı sayaram.

Özünü hələ də Türkiyənin ən gözəl qadını hesab edirsən?
Mən bu gözəllik məsələsinə bir az fərqli yanaşıram. Hamının özünə cərrahi müdaxilə etdiyi bir vaxtda gözəlliyin vahidi fiziki ölçü olmamalıdır. Ancaq buna baxmayaraq, hələ də özümü çox gözəl hesab edirəm. Heç kim inciməsin, amma özümdən gözəlini görə bilmirəm.

Öz yaşıdların arasında?
Yox, ümumi deyirəm. Ancaq mənim potensialım gözəlliyimdə deyil, ağlımdadır. Bir də ki, mən çox təbii insanam. Heç kimə yaltaqlıq etmirəm. Kiməsə yaltaqlanıb pul qazandığımı anlasam, özümü çox pis hiss edərəm.

Özünü 60 yaşında necə təsəvvür edirsən?
Arıq, saçlarım da uzun. Ancaq saçlarıma rəng vurmaram, bir az ağardığı hiss olunsun. Beynimlə sevişə bildiyim bir insanın həyatımda olduğunu təsəvvür edirəm. İnanın ki, bu arzularıma çatmağı səbirsizliklə gözləyirəm.

Qızınla münasibətiniz necədir?
Çox yaxşı. Məni heç incitmir. Zəhranı özüm böyütmüşəm. Onun paltarlarını belə özüm əlimdə yumuşam. Qızımın alt paltarını da mən onun gözünün qabağında yumuşam. Bunu etməkdə məqsədim ona "mənim anam məşhurdur, o belə işlər görməz" hissini yaşatmamaqdır. Zəhra yeri gələndə mənə əmr verə, qışqıra bilir. Ancaq sərhəddi aşmadan bunu edir.

Sənə görə bir kişi nə işə yarıyır? Bəzən "olmasa da olar" deyə düşünürsənmi?
Kişi sənə toxunduqda qadın olduğunu hiss edirsən. Onunla qadın olursan. Amma bəzən düşünürsən ki, niyə qadınla kişi bir yerdə yaşamalıdır? Hazırda tək yaşayıram və çox xoşbəxtəm. Bəzən isə tam əksini istəyirəm.

Əks cinsdə ən çox sevmədiyin xüsusiyyət nədir?
Sayğısızlıq.

Kişilərdə ən çox səni nə cəlb edir?
Sinə. Məncə, sinə kişilərə xüsusi yaraşıq verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8849   Tarix: 10 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817