Sui-qəsd cəhdi edilən liderlər

Sui-qəsd cəhdi edilən liderlərReagana Sui qəsd (30 Mart 1981)
ABŞ prezidenti Ronald Reagana Vaşinqtonda bir Neo-Nasist tərəfindən sui-qəsd cəhdi edildi.
ABŞ prezidenti Reyqan yaralı olaraq xilas oldu.

Süleyman Dəmirəl
18 May 1996-cı ildə İzmitdə bir ticarət mərkəzinin təməl atma mərasimində iştirak edən prezident Süleyman Dəmirəl, sui-qəsd cəhdinə hədəf oldu. Dəmirəl kürsüdə danışarkən İbrahim Gümrükçüoğlu adlı sui-qəsdçi silahını Prezidentinə yönəltdi. Dəmirəlin qoruma müdiri, təcavüzkarın üzərinə atlayaraq sui qəsdin qarşısını aldı.

Atatürkə sui-qəsd cəhdi
16 İyun 1926-cı ildə İzmirə qatarla gələcəyi gün Atatürkə sui-qəsd cəhdi keçirildi. Ancaq qatar gec gəlincə sui-qəsdçilər bir xəbər nəticəsində tutuldu.
Rusiyada yayımlanan və keçmiş sovet hərbi kəşfiyyatından bəhs edən kitabça Atatükə yönəlik bir sui-qəsdin sovet kəşfiyyatı tərəfindən əngəlləndiyini iddia edir.

Kitaba görə, sovet kəşfiyyatının Bolqarıstandakı agenti erməni daşnak çetelərinin Atatürkə yönəlik sui-qəsd planlarından xəbəri olması barədə durumu Moskvaya bildirir. Moskva da sui-qəsdlə bağlı planları Ankaranın diqqətinə çatdırır. Rus tarixçiləri cümhuriyyətin ilk illərində iki ölkə kəşfiyyat təşkilatarı arasında sıx işbirliyinin olduğuna diqqət çəkir.

Rus kəşfiyyat yazarı Aleksandr Kolpakidinin qələmə aldığı "Böyük Vətən Savaşı illərində QRU" adlı kitabçada ikinci dünya müharibəsi dövründə və ondan qabaqki illərdə sovet agentlərinin gizlin fəaliyyəti yer alır. O dönəmdə QPU-nun (Baş Kəşfiyyyat İdarəsi) gizli mərkəzlərindən birinin Bolqarıstan olduğu bildirilir. Arxiv materiallarına əsaslanan rus yazarına görə, Bolqarıstandakı agentlər sayəsində Atatürkə yönəlik qəsdin qarşısı alınıb.

Yazar 1923-cü ildə gerçəkləşən sui-qəsd planını belə şərh edir. "QRU-nun Bolqarıstandakı ən önəmli agentlərindən biri də erməni əsilli Sarkiz Karielov idi. İfrat milliyyətçi daşnak partiyası Türkiyənin doğu torpaqlarında erməniləri yerləşdirməyi planlaşdırırdı. Daşnaklar bu məsələdə başlıca əngəl olaraq Atatürkü görürdülər. Bu səbəbdən də daşnak çetelər Atatürkü aradan götürməyə qərar veriblər. Onlar Atatürkü öldürdükdən sonra yerinə gələcək yeni yönətimin Türkiyə torpaqlarında erməni planlarına yaşıl işıq yandıracağına inanırdılar. Bu səbəblə də daşnaklar Atarükü sui-qəsd həyata keçirməyə qərar veriblər. Və agentlərini Türkiyəyə göndəriblər. Lakin sui-qəsdin təşkilatçılarından biri Bolqarıstandakı uzaq qohumu və eyni zamanda QRU-nun agenti Kaprielovun evində qonaq qalırdı. Peşəkar agent gizlincə qonağın ziyarətinin səbəbini öyrənmək marağı ilə qaldığı mənzilindəki sənədləri saf-çürük edərkən sui-qəsd planı ilə əlaqədar önəmli bilgilərə rast gəlib. Plandan xəbərdar olan sovet agenti dərhal QRU-nun Bolqarıstan mərkəzinə xəbər verib, daha sonra isə durum Moskvada təhlil olunur. Moskva da Türkiyə yönətimini daşnakların sui-qəsd planıyla bağlı xəbərdar edir.

Yazara görə, sui-qəsd planından xəbərdar olan Atatürk təşkilatçıları çox sərt şəkildə cəzalandırıb.

Viktor Yuşçenkoya sui-qəsd cəhdi
Ukraynanın tarixdə qalan Narıncı İnqilabının qəhrəmanı olan müxalif namizəd Viktor Yuşşenko, 2004-ci ildə Dioksin maddəsiylə zəhərləndi.
Hadisənin kim tərəfindən törədildiyi hələdə sirr olaraq qalır, Ukrayna təhlükəsizlik səlahiyyətliləriylə yediyi axşam yeməyindən bir neçə həftə sonra, zəhərləndiyi diaqnoz edildi. Zəhər səbəbindən üzü artıqlaması çirkinləşən, Yuşşenko 2005 Yanvar ayında dövlət başçılığı kreslosuna oturdu.

İsmət İnönü
21 Fevral 1964-cü ildə İsmət İnönü 80 yaşında, silahlı hücuma məruz qalıb. Sui qəsdçi Məsud Suna, İnönünün avtomobilinə tapança ilə 4 atəş açdı. Güllələr,avtomobilin qapısına dəydi. Tutulan sui qəsdçi 20 il həbs cəzasına məhkum edildi.

Fidel Kastroya sui-qəsd cəhdi
Az qala yarım əsr boyunca Kubanın liderliyini əlində tutan diktator Fidel Kastro, bir çox 1960-cı illərdə keçirilən saysız sui-qəsd cəhdinə hədəf oldu. Soyuq müharibə dövründə, CIA hazırladığı bir çox yaradıcı lakin müvəffəqiyyətsiz sui-qəsd, ya da qaralama planının hədəf taxtasına Castronu oturtdu.
CIA zəhərli siqaretlərdən, partlayıcılardan,zəhərli həblərdən Kastronun ayaqqabılarına qoyulan kimyəvilərə qədər hər cür yolu sınadı ancaq Kuba liderinin sonunu gətirməyi bacara bilmədi.

Hitlerə sui-qəsd cəhdi
20 İyul 1944-cü ildə Alman diktator Adolf Hitlerə qarşı edilən və müvəffəqiyyətsiz olan sui-qəsd cəhdidir. Rastenburg yaxınlığındakı Kurdun İninde (Wolfsschanze) reallaşdırılan sui-qəsd cəhdində polkovnik Claus von Stauffenberg kilid bir rola sahib idi. Stauffenberg, mövqeyi səbəbiylə Hitlerə birbaşa hesabat verə bilmə səlahiyyətinə malik idi.
Bu sui-qəsd, Nasist rejimini aşırtmaq üçün sərf edilən səylərin zirvə nöqtəsi idi. Müvəffəqiyyətsizlikdən sonra, həm Kurdun İninde həm də Berlindəki Bendlerblockda 5 mindən çox adam həbs edilib, 200-ə yaxın adam isə edam edildi.

Turqut Özala sui-qəsd cəhdi
Turqut Özal sui qəsdi, 1988-ci ildə dövrün Türkiyə Respublikası baş naziri olan Turqut Özala istiqamətli sui-qəsd cəhdi.
Hadisə 18 İyun 1988 günü Ana Vətən Partiyasının növbəti ümumi konqresi edildiyi sırada reallaşmışdır. Özal çıxış etmək üçün kürsüyə çıxdıqdan qısa bir müddət sonra saat 12.18-də Kartal Demirağ adlı bir təcavüzkar tərəfindən iki dəfə atəş edilmiş və güllə Özalın qarşısında olan mikrofonu ayağından keçib sağ əl baş barmağını yaralamışdır. Özal bunun ardınca yaralı halda kürsüdən bu sözləri demişdir. "Xüsusilə bildirmək istəyirəm; Allahın verdiyi ömrü, Onun istəyindən başqa alacaq yoxdur, biz də Ona təslim olmuşuq"
Sui qəsdçi Kartal Demirağ Özala atəş etdikdən sonra qaçmağa çalışmış ancaq baş nazirin qorumalarından birinin açdığı atəşlə yaralanması nəticəsində tutulmuşdur. Əvvəl edama məhkum edilən Demirağın cəzası 27 yanvar 1989-cu ildə 20 il həbs cəzasına çevrilmişdir. Demirağ 4 il həbs çəkdikdən sonra Turqut Özal tərəfindən 1992-ci ildə bağışlanılmışdır.

Papaya Sui qəsd (13 May 1981)
Papa II. İohan Paulus Romada San Pietro Meydanında Türk terroristi Mehmet Əli Ağca tərəfindən vuruldu.

CORC H.W BUŞ (ATA BUŞ)
13 Aprel 1993-Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş, (ata Buş), Səddam Hüseynin adamı olduqlarını söyləyən bir qrup təcavüzkarın bombalı sui-qəsd cəhdinə hədəf oldu. Küveyt polisi, hücumu son anda əngəllədi.

Bill Klinton
12 Sentyabr 1994-cü ildə Frank Corder adlı sui-qəsdçi, cüt motorlu təyyarəsiylə Klintonun Ağ Evdə olduğu bir zamanda Ağ Evə vurmaq istədi. Sui-qəsd cəhdi son anda əngəlləndi.

Xalid Meşala sui-qəsd cəhdi İsrail-Fələstin qarşıdurmasında 25 Sentyabr 1997 tarixi bir dönüş nöqtəsi oldu. İyul 1997-ci ildə 16 İsraillinin ölümünə səbəb olan terror hücuma qarşılıq etmək istəyən İsrail baş naziri Benyamin Netanyahu, o dövr İordaniyada yaşayan Həmas lideri Xalid Məşəlin öldürülməsi əmrini verdi. Saxta Kanada pasportları daşıyan iki Mossad agenti, Ammandakı ofisindən çıxdığı sırada Məşəlin qulağına zəhərli bir cihaz batırdı. Məşəlin qorumaları tərəfindən tutulan sui-qəsdçilər, özlərini sorğulayan İordaniyalı səlahiyyətlilərə Mossad üçün çalışdıqlarını etiraf etdi. Hadisə, İordaniya Kralı Hüseynin, Netanyahunu axtararaq o vaxt vəziyyəti kritik olan Məşəl üçün bir antitokshik istəməsi, agentləri məhkəməyə çıxarması və xalqın gözləri qarşısında edam etməsiylə yeni bir ölçüyə keçdi. Netanyahu əvvəlcə qarşı çıxsa da ABŞ prezidenti Bill Klintonun araya girməsiylə razı oldu. Məşəlin həyatı xilas oldu.

Blair İYUL (2002)
Dövrün İngiltərə baş naziri Bleyrin 2002-ci ildə sui-qəsd zənglər tez-tez gəlməyə başlayanda qorumalar həyəcana keçdi. Bleyr o tarixdən etibarən qoruma şəbəkəsini 3 qatına çıxararaq, A tipli qoruma deyilən tam bir qoruma ordusu ilə gəzdi. Həyat yoldaşı və oğulları da 24 saat silahlı vəzifəlilər tərəfindən qorundu.

Blair (11 NOYABR 2008)
Bleyr İngiltərə Baş nazirliyindən sonra Yaxın Şərq dördlüsünün xüsusi nümayəndəsi olaraq İsrailə getdi. Tel-Əviv Ben Gurion hava limanında edilən mərasim zamanı Bleyrin qorumalarından birinin silahı atəş açdı. Silah səsi ağıllara sui-qəsd cəhdi ehtimalını gətirdi ancaq hadisənin qəza olduğu iddia edildi.

CORC BUŞ
Buş Amerika İdarəsi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf oldu. İlki 7 fevral 2001-ci ildə Ağ Ev qarşısında baş verdi. Robert Pickett adlı ağılı tarazlığı xarab olduğu iddia edilən təcavüzkar Ağ Ev yaxınlığında silahını atəş açdı ancaq məqsədinə çata bilmədi. Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 May 2005-ci ildə meydana gəldi. Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən, bir əl bombası atıldı. Ancaq bomba partlamadı və təcavüzkar müvəffəqiyyətsiz bir sui-qəsd cəhdinin ardından tutuldu.

CORC BUŞ (22 NOYABR 2004)
Amerika prezidenti Corc Buş, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq zirvəsi üçün Çilinin paytaxtı San Tiagoya getdi. Zirvənin axşam yeməyi üçün San Tiagodakı Mədəniyyət Sarayına gedildi. Buş həyat yoldaşı Laura ilə birlikdə salondan içəri girərkən, Buşu qorumaqla vəzifəli gizli xidmət işçisi də salona girməyə çalışıb. Bu sırada qapıdakı Çilili qorumaları yalnız Buş və həyat yoldaşının içəri girə biləcəyini söyləyib, Buşun qorumasını buraxmayıb. Gizli xidmət agentinin buraxılmadıqını görən Buş, öz əlləri ilə araya girib, qorumasını qurtardı.

CORC BUŞ (11 AVQUST 2008)
Buş Pekin Olimpiyadası üçün Çinə getdi. Çin ilə ABŞ arasındakı basketbol oyununu izləmək üçün salona girdi. Girərkən ayağı sürüşdü və düşərkən qorumalarından biri köməyinə çataraq Buşu qurtardı.

AHMEDİNEJAD (19 DEKABR 2005)
2005-ci ildə İran mətbuatı Əhmədinecada istiqamətli bir sui-qəsd cəhdinin baş verdiyini yazıb. Xəbərə görə Əhmədinecadın konvoyu Sistan bölgəsində yolda irəliləyərkən silahlı hücuma hədəf oldu. Hücumda Əhmədinecadın bir qoruması ilə şoferi ölüb, bir qoruması isə yaralanıb.

PUTİNƏ sui-qəsd cəhdi
2 mart axşamı seçki zəfəri səbəbindən Qırmızı Meydanda xalqa səslənən Putin və Medvedevin böyük şans nəticəsində ölümdən xilas olduqları bildirildi. Dövlət başçılarının çıxışına yalnız bir neçə saat qalmış cəld tutulan şübhəlinin Tacikistan əsilli Şahvelad Osmanov (24) olduğunu irəli sürən qəzet, şübhəlinin hadisə əvvəli Qırmızı Meydan yaxınlığındakı Sadovvniçeskaya küçəsindəki meydanı görəcək bir ev kirayələdiyi və optik nişan alətlərini də bu mənzilə yerləşdirdiyi ifadə edildi. Federal Kəşfiyyat Xidməti işçilərinin ani basqını nəticəsində müqavimət göstərmədən cəld saxlanılan şübhəlinin ilk ifadəsində, silahın özünə aid olduğunu etiraf etdiyi, lakin optik nişan alətlərini nə məqsədlə yanında daşıdığını isə açıqlayamadıqı bildirildi. Bu vaxt Tvoy Den "qəzetində dərc olunan iddia mövzusunda rəsmi orqanlar tərəfindən isə hələ hər hansı bir şərh edilmədi.

OBAMA (8 İYUN 2008)
Pensilvanyada 6 nəfərlik silahlı bir qrup ələ keçirildi. Qrupun evinə edilən basqında silah, güllə və əl istehsalı bombalar tapıldı. Obama o günlərdə Demokrat Partiyadan namizədliyini elan etmişdi və qrup üzvlərindən biri, Obamaya döyüş açdıqlarını və bütün qaraları öldürmək istədiklərini söyləmişdi.
OBAMA (24 AVQUST 2008)
Obamanın prezident namizədliyinin rəsmiləşdiyi, Demokratların Denverdəki Konqresində bir gün əvvəl kamuflyaj geyinmiş, uzun lüləli silah daşıyan və aralarında Obamaya sui-qəsd cəhdi edən 3 ağ dərili həbs olundu.
OBAMA (24 OKTYABR 2008)
Seçkidən 2 həftə əvvəl 2 ağ dərili Tennesseedə aralarında Obamanın da olduğu 100 bəfərlik siyahı öldürmə planları etmək günahından həbs olundu
OBAMA (21 OCAK 2009)
Obama andiçmə edib, Ağ Evə çıxdıqdan bir gün sonra Massachusettdə bir ağ, 2 qara immiqrantı silahla vuraraq öldürdü, üçüncü immiqrantı isə yaralayıb. Həbs olunan təcavüzkar sorğusunda Obamaya sui-qəsd planlarından bəhs etdi.
OBAMA (10 İYUN 2009)
88 yaşlı Ceyms von Bruni adlı təcavüzkar Vaşinqtondakı Soyqırım Anma Muzeyində gedərkən bir təhlükəsizlik işçisini silahıyla vuruldu.Tutulduqdan sonra ifadəsində Obamanı günahlandıran və "Obamanı yəhudilər başımıza gətirdi" deyən 88 yaşlı təcavüzkar, məhkəmə prosesi tamamlanmadan, həbsxanada ölüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5564   Tarix: 04 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505