Ursula Kroeber Le Guindən sitatlar

Ursula Kroeber Le Guindən sitatlarYandırdığın hər şam, hər kölgəyə həyat verər

Heç bir şeyiniz yoxdur. Heç bir şeyə sahib deyilsiniz. Heç bir şey sizin malınız deyil. Azadsınız. Sahib olduğunuz tək şey nə olduğunuz və nə verdiyinizdir.

Heç kim cəzanı qazanmaz, mükafatı da. Ağılınızı layiq olmaq, qazanmaq kimi fikirlərdən təmizlənin, ancaq o zaman azad düşünə biləcəksiniz.

Bütün divarlar kimi iki mənalı ikiüzlü idi. Nəyin içəridə, nəyin çöldə olduğu, divarın hansı yanından baxdığına bağlı idi.

Həyatın geri qalan qisimi boyunca ya hər kəs kimi olmağı, ya da fərqliliklərini ərdəmə çevirməyi seçici lazımdır.

Sahib olmanın günahından və iqtisadi rəqabətin yükündən təmizlənmiş bir uşaq, edilməsi lazım olanı etmə iradəsi və bunu edərkən coşğu hiss etməsi qabiliyyəti ilə böyüyəcək. Ürəyi qarardan gərəksiz işdir. Əmizdirən ananın, təlimatçının, müvəffəqiyyətli ovçunun, yaxşı aşbazın, bacarıqlı ustanın, lazım olan işi edən və edən hər kəsin sevinci-bu qalıcı coşğu bəlkə də insan yaxınlığının və bir bütün olaraq ictimailiyin ən dərin qaynağıdır.

Ağrıdan qaçsanız coşğu şansını da itirərsiniz. Zövq ala bilərsiniz, hətta zövqün müxtəlif növünü ala bilərsiniz, amma doya bilməzsiniz. Evə dönmənin nə olduğunu bilə bilməzsiniz. Doyum, zamanın bir funksiyasıdır.

Tamaşaçının, həyəcan axtaranın, təsadüfi cinsi əlaqədə olanın müxtəliflik axtarışı həmişə eyni yerdə sona çatar. Bir sonu vardır. Sona çatar və yenidən başlamaq məcburiyyətində qalar. Bir səfər deyil, bağlı bir çevrimdir, kilidli bir otaqdır, bir həbsxanadır. Kilidli otağının xaricində zamanın mənzərəsi vardır; şansın və cəsarətin köməyiylə ruh, bu mənzərə içində sədaqətin kövrək, keçici, ümid edilməyən yollarını və şəhərlərini qura bilər: insanların məkan tuta biləcəyi bir mənzərədir bu. Bir hərəkət ancaq keçmişin və gələcəyin mənzərəsində reallaşdırıldığı zaman insan hərəkəti olar. Keçmiş və gələcəyin davamlılığını təklif edən, zamanı bir bütün halına gətirən bağlılıq, insan gücünün köküdür, onsuz ediləcək heç bir şey yaxşı ola bilməz. Zamana qarşı çalışmaqdansa zamanla birlikdə işin yaxşı yanı, zamanın boşa xərclənməməsidir

Buradayam, çünki məndə vədi, iki üz il əvvəl bu şəhərdə etdiyimiz vədi - yerinə yetirilən vədi görürsünüz. Vədi yerinə yetirdik biz, Anarresdə. Azadlığımız xaricində heç bir şeyimiz yox. Sizə öz azadlığınızdan başqa verəcək bir şeyimiz yox. Fərdlər arasında qarşılıqlı köməkləşmə xaricində heç bir qanunumuz yoxdur. Hökumətimiz yox, yalnız azad birlik qanunumuz var. Dövlətlərimiz, xalqlarımız, başçılarımız, baş nazirlərimiz, şeflərimiz, generallarımız, müdirlərimiz, bankirlərimiz, mülk sahiblərimiz, ödənişlərimiz, sədəqələrimiz, polislərimiz, əsgərlərimiz, döyüşlərimiz yoxdur. Başqa da çox şeyimiz var sayılmaz. Biz paylaşarıq, sahib olmarıq. Varlıqlı deyilik. Heç birimiz varlı deyilik. Heç birimiz iqtidar sahibi deyilik. Əgər istədiyiniz Anarressə, axtardığınız gələcək halbuki, o zaman ona əli boş gəlməniz lazım olduğunu söyləyirəm. Ona tək və çılpaq gəlməniz lazımdır, eynilə bir uşağın dünyaya, gələcəyinə, heç bir keçmişi olmadan, heç bir malı mülkü olmadan, yaşamaq üçün tamamilə başqa insanlara dözərək gəlməsi kimi. Vermədiyiniz şeyi ala bilməzsiniz. İnqilabı edə bilməzsiniz. İnqilab ola bilərsiniz ancaq. İnqilab ya ruhunuzdadır ya da heç bir yerdə deyil.

Söz vermənin, hətta naməlum bir müddət üçün verilən sözlərin etibarlılığı, Odonun düşüncəsinin məhsullarına işləmişdi; onun dəyişmə azadlığında israr etməsi söz və ya and fikirini etibarsızlaşdırır kimi görünsə də, əslində sözü mənalı edən azadlıq idi. Verilən bir söz, seçilən bir istiqamətidi, öz-özünə variantları məhdudlaşdırma mənasını verirdi. Odonun göstərdiyi kimi, əgər heç bir istiqamət seçilməzsə, əgər insan heç bir yerə getməzsə, heç bir dəyişmə olmaz. İnsanın seçmə və dəyişmə azadlığı istifadə edilməmiş olar, eynilə insan həbsxana, öz etdiyi bir həbsxanada, içində heç bir yolun digərindən daha yaxşı olmadığı bir labirintdəymiş kimi. Buna görə Odo söz verməyi, and içməyi, sədaqət fikirini, azadlığın kompleksliyi üçün təməl olaraq görməyə başlamışdı.

Ağrılar var. Gerçək. Ona səhv anlama deyə bilərəm, amma var olmadığını və ya hər hansı bir zamanda yox olacağını fərz edə bilmərəm. ağrı çəkmək, həyatımızın şərtidir. Başına gəldiyi zaman fərq edirsən. Onun gerçək olduğunu anlayırsan. Təbii ki, eynilə ictimai orqanizmin etdiyi kimi, xəstəlikləri yaxşılaşdırmaq, aclıq və ədalətsizliyi önləmək doğru bir şey. Amma heç bir cəmiyyət var olmanın təbiətini dəyişdirə bilməz. Ağrı çəkməyi önləyə bilmərik. Bu ağrını, o ağrını dindirə bilərik, amma Ağrını dindirə bilmərik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3970   Tarix: 18 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659