Otaq bitkilərinin bu ziyanını bilirdinizmi?

Otaq bitkilərinin bu ziyanını bilirdinizmi?Çox vaxt evin havası təmiz olmur, belə ki, qapalı yerlərdə müxtəlif toksik maddələr toplanır.

Bu toksik maddələr yuyucu, ətir vasitələrindən, siqaretdən və s. ayrılır. Eləcə də kompüterlər, mobil telefonlardan olan şüalanma da sağlamlığa mənfi təsir göstərir. Bütün bu problemlərlə otaq bitkiləri mübarizə aparmağa kömək edir. Həm də dibçək gülləri əhvalı yüksəldir, gözəl görünür. Lakin bu bitkilərin arasında da sağlamlığa mənfi təsir edənlər və ya sadəcə, düzgün seçilmədiyi, saxlanmadığı üçün tez solanları var.

Bakı sakini Nüşabə Abbasovanın sözlərinə görə, bitki mağazalarda yaxşı görünsə də, evə gətirdikdən bir həftə sonra solmağa başlayır. "Müxtəlif yerlərdən otaq bitkiləri almağıma baxmayaraq, nəticə eyni olur. Xüsusilə də çiçəkli bitkilər gözəlliyini tez itirir, gülləri tökülməyə başlayır", - deyən N.Abbasova əlavə edib ki, bitkini alarkən satıcıdan ona düzgün qulluq etmək qaydasını da dəqiq öyrənir. "Gülə bağban və ya satıcının məsləhəti ilə düzgün qulluq etməyimə baxmayaraq, solurlar. Artıq satılan otaq bitkilərin keyfiyyətsiz olduğunu düşünürəm".

28 yaşlı Pərviz Həsənov isə iddia edir ki, otaq bitkilərini satanlar alıcıları aldadırlar. "Vitrində bitkilər gözəl və üzərində çiçəklərlə olur. Satıcılar bitkilərin il boyu çiçək açdığını demələrinə baxmayaraq, bitkilərin bir-iki aydan sonra çiçəkləri solur. Xüsusilə də yaz aylarında alınan bitkilərin gülləri bir aya solur, hətta bitki özü də məhv olur. Demək, belə çıxır ki, bu bitkilər heç birillik də deyil. Amma satıcılar onların uzun müddət təravətli qalacağına söz verirlər".

Bağban Vüqar İbrahimovun sözlərinə görə, otaq bitkilərini yol kənarında, metro keçidlərində, bazarlarda almaq məsləhət deyil. "Belə yerlər daimi olmur. Satıcılar keyfiyyətsiz, düzgün qulluq edilmədiyi üçün artıq solmaq üzrə olan bitkiləri satıb, sonra yerlərini dəyişdirirlər. Belə yerlərdə bitkilərin qiyməti ucuz olsa da, ömrü qısa olur. Çox vaxt satıcılar isə bu işlə təsadüfü məşğul olan adamlar olur. Onlar hətta bitkilərin düzgün adlarını da bilmirlər. Onlara qulluq edilməsinə dair verdikləri məsləhətlər də məlumatsızlıqları üzündən yanlış olur. Həmin bitkilərin bu yerlərə hansı üsulla gətirildiyi də məlum deyil",- deyən bağban otaq bitkilərini gül mağazalarından, otaq bitkilərinin, münasib torpağın, dibçəklərin, qulluq üçün müxtəlif vasitələrin satıldığı böyük mağazalardan almağı məsləhət görür.

Saxlanılmasına gəlincə, müsahibim bildirib ki, otaq bitkiləri fərqli olduğu kimi, onları fərqli şəraitdə və növünə uyğun saxlamaq lazımdır. "Otaq bitkilərindən bəzilərini tez-tez sulamaq vacib olduğu halda, misal üçün, kaktus tipli bitkilər gec-gec sulanmalıdır. Bu cür bitkiyə çox su verdikdə məhv olur. Ümümiyyətlə, bitkilərin yarpaqlarının 75-95 %-ni su təşkil edir. Su bitkinin inkişafı üçün çox önəmlidir. Bitkilərin yarpaqlarına da zəif təzyiqli su çiləmək, yarpaqların tozunu silmək lazımdır. Lakin yarpaqlarının üstü tüklü olan bitkilərin üzərinə tez-tez və çoxlu miqdarda su çiləmək olmaz. Ona görə ki, su tükcüklərin arasında yığılır və bitkinin çürüməsinə səbəb olur. Bundan başqa, otaq bitkilərini işıq düşən yerlərdə saxlamaq lazımdır. Lakin bu o demək deyil ki, bitkiləri düz günəş şüalarının altına qoymaq olar. Çünki günəş şüaları bitkilərin yarpaqlarını, çiçəklərini yandıra bilər. Onu da yadda saxlamaq lazımdır ki, çiçək açan otaq bitkilərinin digərlərindən daha çox işığa ehtiyacı var".

O qeyd edir ki, bitkiləri ölçülərinə görə də fərqli yerlərə qoymaq lazımdır. "Misal üçün, alçaq gülləri pəncərənin qabağında birinci cərgəyə, hündürləri isə onlardan sonra yerləşdirmək lazımdır. Onda həm alçaq, həm də hündür güllər işıq və havanı yaxşı ala biləcək. Bundan başqa, bitkilərin yaxşı inkişaf etməsi üçün otağın havasını tez-tez dəyişmək, qışda nəfəsliyi, yayda isə pəncərəni açmaq lazımdır. Eləcə də gülləri qızdırıcı cihazlardan uzaqda saxlamaq vacibdir".

Bağban bildirib ki, satışda olan bitkilər ya oranjereyalarda əkilir, ya da xaricdən gətirilir. "Hollandiyadan gətirilən çiçəklər iri ölçülü və gözəl olurlar. Onlar xaricə satılmaq üçün yetişdirildiyi üçün daha davamlıdırlar. Belə bitkilər daha baha olsa da, onun yeni şəraitə uyğunlaşması üçün uzun müddət gözləmək lazım olmur".

Müsahibim qeyd edib ki, otaq bitkilərinin bəzi növləri insanlarda allergiya yaradır. "Bundan başqa, bitkilər zəhərlənməyə də səbəb ola bilər. Bu haqda bitki alarkən satıcıdan maraqlanmaq lazımdır. Məsələn, yalançı quş üzümünün giləmeyvələri zəhərlənməyə səbəb ola bilər. Alabəzək kroton bitkisi isə dəri ilə təmas zamanı qıcıqlanma yaradan şəffaf mayeyə malikdir. Bu səbəbdən də dibçək gülü almazdan əvvəl onların xüsusiyyətləri, insanın sağlamlığına, əhvalına təsiri ilə maraqlanın".

Onun dediyinə görə, otaq bitkiləri virus və bakteriyaları öldürmək qabiliyyətinə malikdir. "Belə bitkilərdən biri ətirşahdır. Bu bitki streptokokk və stafilokokk bakteriyalarını məhv edə bilir. Bu bitkiyə qulluq etmək çətin deyil. Bu dibçək gülü üçün münasib yer yataq otağıdır. Çünki ətirşah bitkisinin buraxdığı maddələr sakitləşdirici təsirə malikdir. Bu bitkinin pəncərənin qabağına, gün düşən tərəfə qoymaq lazımdır. Bu bitki isti vaxtlarda çox su tələb edir, - deyən həmsöhbətim kaktus bitkisinin xeyri barədə də danışıb. - Kaktus xeyirli bitki hesab olunur. Kaktusa baxmaq çox asandır və bu bitki geniş yayılıb. Kaktusun növləri də çoxdur. Ən xeyirli kaktuslar uzun iynələrə malik olanlardır. Bu bitkilər bakteriyaları məhv etməklə yanaşı insanı zərərli elektromaqnit dalğalarından da qoruyur. Bu səbəbdən də kaktusları televizor, kompüter və digər şüalanmaya səbəb olan avadanlıqların yanında saxlamaq lazımdır. Lakin bununla yanaşı kaktusun üzərinə çoxlu işıq düşməlidir. Çünki bu bitki isti yerlərdə bitən bitkidir. Kaktusları xüsusilə də ofislərdə qoymaq lazımdır. Belə ki, ofislərdə kompüter və digər avadanlıqlar daha çox olur. Havası da dəyişilmədikdə belə yerlərdə şüalanma çoxalır".

İnsan üçün xeyirli olan bitkilər sırasında dəfnənin də adını çəkən bağban nəzərə çatdırır ki, bu bitki zərərli bakteriya və virusları öldürə bilir. "Mədə-bağırsaq, ürək və damar xəstəliklərindən əziyyət çəkənlər üçün bu bitkinin xeyri var. Dəfnə bitkisini yaxşı işıqlandırılmış yerə qoymaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9185   Tarix: 17 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329