Bizi ayaq üstə saxlayanı necə qorumalı?

Bizi ayaq üstə saxlayanı necə qorumalı?Kürək və ya belimizdəki ağrılar sanki bizim ömür yoldaşımızdır. Elə bir adam yoxdur ki, nə vaxtsa kürəyində ağrı hiss etməmiş olsun.

Əgər sizi baş ağrısı, boynunuzun sızıldaması narahat edirsə, kürəyinizin ortasında, damarlarınızda və belinizdə ağrı baş qaldırıbsa, demək, onurğanızda problemlər var...

Onurğaya bel sümüyü, bel sütunu və ya fəqərələr sütunu da deyilir. Fəqərə ərəbcə elə onurğa deməkdir. Onun başqa deyilişi "füqarə" və ya "fəqir"dir.

Yazıq, kasıb və qara camaat sözlərinin sinonimlərindən biri fəqir və ya füqəradır. Burada həm rəmzi, həm də gerçək məna var: o anlamda ki, sadə camaat cəmiyyəti belində daşıyır. Onurğamız bədənimizin yükünü daşıdığı kimi...

Anadolu türkcəsində isə onurğa sözünün kökündə onur - şərəf, ləyaqət sözü durur.

Onurğu sütunu 24 fəqərədən ibarətdir. Onun heyrətamiz strukturu skeleti şaquli vəziyyətdə saxlayır və eyni zamanda, bizim əsəb sistemimizi etibarlı şəkildə mühafizə edir.

Bizim yalnız səhhətimiz deyil, əhval-ruhiyyəmiz də onurğanın "fəqir" olmamasından asılıdır.

Bel necə bükülür?

Onurğa, əgər belə demək mümkünsə, bütün başlanğıcların başlanğıcıdır. Məhz onurğa sütununda bütün orqanizmi koordinasiya edən mərkəz - onurğa beyni (ilik) yerləşir. Və onurğa deformasiyaya uğradıqda demək olar ki, bütün daxili orqanlarda problemlər baş qaldıra bilər.

Günahkar isə özümüzük: düz oturmuruq, düzgün uzanmırıq, əlimizə aldığımız yükləri necə gəldi qaldırırıq və s. Nəticədə onurğamızın fəqərələri yerini dəyişir, bu və ya digər orqanları idarə edən sinir telləri sıxılır. Orqan beyindən göndərilən komandaya reaksiya vermir və demək, öz funksiyasını yerinə yetirə bilmir - bu da xəstəliyin inkişafına yol açır.

Yeri gəlmişkən, kiçikyaşlı məktəblilər çantalarını rükzak kimi arxalarında daşısalar da, onun ağırlığının normanı keçməsi onurğaya zərbədir.

Bəzən balacaların çantasındakı kitab-dəftərin çəkisi 5 kq-ı keçir ki, bu da onurğanın deformasiyaya uğraması təhlükəsi yaradır. Ekspertlərə görə, məktəbli çantası şagirdin öz çəkisinin 15 faizindən çox olmamalıdır. Məsələn, 12 yaşına qədər olan uşaqlar 3 kq-dan artıq yük götürməməlidir.

Şagirdlərin başqa bir problemi standartlara uyğun olmayan partaların bel sütununu deformasiyaya uğratmasıdır. Üstəlik, balacalara yazı yazanda düzgün oturmaq vərdişi aşılanmır.

Uşaqların skeletinin düzgün inkişafı dərs zamanı onları hər 15 dəqiqədən bir sıra idman təmrinləri etmələrini tələb edir. Lakin az-az müəllimlər bu tələbə əməl edirlər.

Ümumiyyətlə, məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır.

Hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir.

Profilaktika üçün uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır. Müayinə zamanı uşağınızın onurğa sütununda hər hansı bir patoloji əyrilik aşkar edilərsə, onu tezliklə müalicə etmək məsləhətdir.

Nə etməli?

Onurğanızına problem yaratmaq istəmirsinizsə, bir sıra sadə qaydalara əməl etmək lazımdır:

* Arxası olan stulda oturmaq lazımdır. Oturacaq nə həddindən artıq sərt, nə də həddən artıq yumşaq olmalıdır. Kürəyi düz saxlamaq və belin aşağısından başlayaraq stulun arxasına söykənmək lazımdır. Stul arxasının optimal maililiyi vertikaldan arxaya doğru 15-25 dərəcə arasında olmalıdır.

* Düz yataqda yatmaq lazımdır, bədən sallanmamalıdır. Həddən artıq sərt döşəkdə yatmaq olmaz - bu, onurğadakı təbii çıxıntıların zorla dümdüz olmasına səbəb ola bilər. Yastıq nə çox yüksək, nə də çox aşağı olmalıdır - çiyinlərin səviyyəsində olmalıdır.

* Qarın üstə yatmamaq məsləhətdir - bu, boyun onurğasının sıxılmasına və onda qan dövranına əngəl yaradır. Nəticədə bu, hafizəyə, görməyə mənfi təsir edir. Həmçinin səhər yuxudan duranda başınız ağrıyar, özünüzü çox yorğun hiss edə bilərsiniz.

* Bir qədər sıxılmış (embrion pozasına yaxın) və böyrü üstə yatanda onurğa istirahət edir.

* Uzanıb televizora baxmayın. Bu zərərlidir, çünki müəyyən əzələlərin gərginliyi bel nahiyəsində qan dövranını pozur.

* Hər hansı bir ağırlığı, yükü ehtiyatla qaldırın. Ağırlıq qaldıran idmançı (ştanqist) kimi hərəkət edin.

Yəqin ki, ağırlıq qaldıranların ştanqa necə yaxınlaşdıqlarını görmüsünüz: Kürək dümdüz olur və onlar bükülmüş ayaqlarını tədricən açırlar. Adətən biz yük qaldırarkən onurğamızın "nələr çəkməsi" haqda düşünmürük. Araşdırmalar göstərir ki, ortaçəkili adamın sadəcə duran halında onurğa özünü təxminən 100 kq-a yaxın yük altında hiss edir. İrəliyə doğru əyildikdə bu yük 200 kq-dək artır. Bu yükü bir yerə söykənməklə və ya boş əlinizlə yaxınlıqdakı bir əşyadan (ağacdan, məhəccərdən, stoldan) tutmaqla və ya dayaq kimi istifadə etməklə yüngülləşdirə bilərsiniz.

5 kq-dan artıq olan hər hansı bir yükü daşıyarkən bu sadə qaydanı yadda saxlayın: yükü bərabər şəkildə iki əliniz arasında paylaşdırın. Bununla da siz onurğanızı izafi yükdən xilas edirsiniz. Bir çiyindən asılan çantadansa rükzak daha məsləhətdir.

Sümük-əzələ sistemini möhkəmləndirmək və onurğanın deformasiyasının neqativ nəticələrini minimuma endirmək üçün xüsusi təmrinlər kompleksini müntəzəm olaraq yerinə yetirmək lazımdır.

Unutmayın: uşağın yatağı rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.
MENBE:MERKEZ.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6293   Tarix: 10 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201