Bu gün xalq şairi Məmməd Araz-ın ölüm günüdür

Bu gün xalq şairi Məmməd Araz-ın ölüm günüdürMəmməd Araz

Yetmiş il bundan əvvəl 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində, el obada xüsusi hörmət və ehtiram sahibi olan İnfil kişinin ailəsində Məmməd adlı qarabuğdayı, qaragözlü, çəlimsiz bir uşaq dünyaya göz açanda anası və atası bəlkədə heç xəyallarına belə gətirmədilər ki, o, böyüyüb şair olacaq. Amma sən demə, həmin bu uşaq Azərbaycanın ən görkəçli şairlərdən biri-Məmməd Araz olmaq üçün Allah vergisilə doğulubmuş.
Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti Yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra isə Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. umumən əsərlərində mübarizlik ruhunu və vətənpərvərliyi əks edir. 2004-ci ilin dekabrında vəfat edib.

Məşhur şeirləri

Ayağa dur Azərbaycan !!!
Azərbaycan
Bəzi şairlərə
Tarixçi alimə
Vətənsiz məhəbbət
O gözlərə baxmaram
Bir qəbir yanında
Məndən ötdü, qardaşıma dəydi
Məni inandırma
Şair nə qazandın?
Salamat qal
Hər arzu hər istək nəğməyə dönüb

Dünya sənin dünya mənim dünya heçkimin

Bir talehin oyununda çütlənmiş zərik
100 il qoşa atılsaqda qoşa düşmərik
Bir zərrənnin işığıa milyonlar şərik
Dünya sənin,Dünya mənim,Dünya heç kimin

Çevrəsindən çıxsa əgər sevda fırfıran
Bir ətəyin ümüdündən tutubda fırlan
Eidirsən pıçıldayır yıxılan,duran
Dünya sənin,Dünya mənim,Dünya heç kimin

Bu get-gəllər bazarına dəvədi dünya
Əbədiyə qəh-qəh çəkər əbədi dünya
Ayaq saxla dövrənə bax öt əri belə
Min illərdi araz belə,Həkəri belə
Axşamların,səhərlərin təkəri belə
Dünya sənin,Dünya mənim,Dünya heç kimin

Gülünclərə gülünc gülən bu ada güldüm
Yüyəninə hər əl atan bu ata güldüm
Mən özümlə oynadıqım şahmata güldüm
Dünya sənin dünya mənim dünya heçkimin

Dost

Hər çətin anımda kəsin yanımı ,
Axın ürəyimə gülüşlə , sözlə ,
Mən oz varlığımı , öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə .

Bəzən hamarda da büdrəyir adam ,
Oxuyun üzümə nə günahım var .
İttiham etsəniz günah sanaram ,
Güzəştə getsəniz , ittiham olar .

Gözümdə , könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə .
Ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə .

O gözlərə baxmaram

Bu gün sənin hər gözündə bir gülüş ,
Biri çılğın , biri tutqun , bürkülü ...
Baxışlara yad baxışlar bükülü ,
İnnən belə o gözlərə baxmaram .

Qəza gəldi , əsa gəldi deyirlər ,
Əhdini də düyçələyər iy əllər ,
Bir çalada donan suya əyilləm ,
İnnən belə o gözlərə baxmaram .

İki görüş bir baxışda görüşdü ,
İki ilmə bir yanlışda görüşdü ,
Doğru sözüm aldanışla görüşdü ,
İnnən belə o gözlərə baxmaram .

Haray , durnam , qatarımı itirdim !
Havar çəkdim , havarımı itirdim ,
Dalğasında avarımı itirdim ,
İnnən belə o gözlərə baxmaram .

İsmi dönuk , son tufanım olsa da ,
Son ümüdüm , son gümanım olsa da ,
Gündoğanım , günbatanım olsa da ,
İnnən belə o gözlərə baxmaram .

Bu gün xalq şairi Məmməd Araz-ın ölüm günüdür


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6111   Tarix: 02 dekabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888