Fəxriyyə Xələfovanın "Nuray" ətriyyat kolleksiyasının təqdimatı möhtəşəm şou ilə baş tutub

Fəxriyyə Xələfovanın ABŞ-ın tanınmış müğənnisi, keçmiş "Destiny Child" qrupunun üzvü Kelli Roland və rusiyalı reper Timati Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış ediblər. APA-nın məlumatına görə, konsert çərçivəsində əməkdar incəsənət xadimi, modelyer və ətiyyatçı Fəxriyyə Xələfovanın "Nuray" ətriyyat kolleksiyasının təqdimat mərasimi keçirilib.

Öncə ictimaiyyətin ixtiyarına verilən kolleksiya üçün sarayın foyesində xüsusi yerlər ayrılıb. Konsertə təşrif buyuran tamaşaçıların hər birinə bu ətirlərdən vurulub və onlara testerlər verilib. "Nuray" kolleksiyası F. Xələfovanın ətriyyatçı kimi ilk işidir. Kolleksiyada üç müxtəlif qoxulu ətir toplanıb. Ətirlər mavi, çəhrayı və yaşıl rəngləri ilə fərqlənir. Noyabrın sonlarından yeni ətriyyat kolleksiyasının satışa çıxarılması nəzərdə tutulub.

Müğənnilərin çıxışlarından əvvəl hər ətrin rənginə uyğun geyinmiş modellər tərəfindən "Nuray" ətriyyatı səhnəyə gətirilib. Daha sonra səhnəyə rusiyalı reper-müğənni Timati çıxıb. Bir saaata yaxın səhnədə qalan Timati repertuarındakı ən populyar mahnıları ifa edib. Azərbaycan xanımlarının çox gözəl olduğunu vurğulayan Timati onların şərəfinə mahnı da oxuyub: "Yenidən Azərbaycana gəlməkdən çox məmnunam. Buranı çox sevirəm və bu səhnədə çıxış etdiyimə görə xoşbəxtəm. Bu ölkənin kişiləri də çox xoşbəxtdirlər, çünki burada çox gözəl xanımlar var".

Bakı haqqında mahnı oxuyan müğənni son olaraq pərəsətişkarları qarşısında soyunub. Şalvarını çıxarmağa cürət etməsə də, rusiyalı reper köynəyini əynindən çıxarıb. Bu hərəkətindən sonra çıxışına son qoyan Timatini ABŞ-ın tanınmış müğənnisi Kelli Rouland əvəz edib. Kellinin səhnəyə çıxışı ilə zal coşub. Timati bir tamaşaçını belə öz ifası ilə ayağa qaldıra bilməsə də, Kelli bütün zalı ayağa qaldırıb və hər tamaşaçı sənətçini ayaq üstdə alqışlayıb. Timati də şounu izləmək üçün zala gəlib. Tamaşaçıların Kelli üçün ayağa qalxması rusiyalı sənətçidə qısqanclıq yaradıb və o, zaldan çıxıb.

Kelli Rouland həm möhtəşəm rəqs şousu, həm də ifa nümayiş etdirib. Tamaşaçıya böyük dəyər verdiyini hər hərəkəti ilə bəlli edən professional sənətçi bunu sözlərlə də ifadə edib: "İlk dəfədir Azərbaycan səhnəsində çıxış edirəm və bu ölkəyə ilk gəlişimdir. Ancaq qısa müddətdə bu ölkəni də, bu insanları da çox sevdim".

K. Rouland çıxışı müddətində üç ayrı geyimdə səhnəyə çıxıb. Onun səhnəyə ayaqyalın çıxması da tamaşaçıların nəzərindən qaçmayıb. Amerikalı sənətçini səhnədə özü ilə gətirdiyi DJ və rəqqaslar müşayiət ediblər. Onlar səhnədə pop musiqisinin mərhum kralı Maykl Ceksonu da anmağı unutmayıblar və onun mahnılarının sədaları altında xüsusi şou nümayiş etdiriblər. Kellinin möhtəşəm şousundan doymayan tamaşaçılar müğənninin səhnəni tərk etməsi ilə razılaşmayıblar və onu ayaqüstü alqışlarla geri qaytarıblar. Səhnəyə dönən Kelli tamaşaçıların istəyi ilə bir mahnı da oxuyub.

Qeyd edək ki, Kelli Rouland və Timatinin konserti "Tonica Production"un təşkilatçılığı ilə baş tutub.

Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın Fəxriyyə Xələfovanın


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 738724   Tarix: 08 dekabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672