Topaz Premyer Liqasında maraqlı məqamlar

Topaz Premyer Liqasında maraqlı məqamlar Topaz Premyer Liqasında IX turun ilk 4 oyunu arxada qalıb. Apasport.az saytının məlumatına görə, keçirilən matmlar bir sıra maraqlı məqamlarla yadda qalıb.

"Neftçi", "Qarabağ" və AZAL-dan seriyalara davam
Topaz Premyer Liqasının IX turu "Neftçi", "Qarabağ" və AZAL-ın fərqli seriyalarının davamı ilə əlamətdar oldu. Onlar ötən turlardakı seriyalarına davam etsə də rekorddan hələ çox-çox uzaqdır.

"Neftçi" hara, heç-heçə hara
Son 2 ilin çempionu "Neftçi" çempionatında startında 6-cı qarşılaşmasında da heç-heçə etmədi. Bununla da bakılılar 8-ci dəfə çempionata belə başladı. Ötən mövsüm olduğu kimi Böyükağa Hacıyevin yetirmələri yenə ilk 6 qarşılaşmada 4 qələbə və 2 məğlubiyyətlə başlayıb. 1998/99 və 2009/10 mövsümlərində isə ilk 6 matçda 3 qələbə və 3 məğlubiyyət qeydə alınıb. Digər 4 heç-heçəsiz start – 1992, 1994/95, 1996/97, 2000/01-də ilk 6 matçda 6 qələbə ilə yadda qalıb.

"Neftçi" ötən mövsümü də 6 heç-heçəsiz qarşılaşma ilə bitirmişdi. Bu isə o deməkdir ki, "ağ-qaralar" 12 oyundur "sülh"lə barışmır. Lakin bu heç də rekord deyil. Paytaxt təmsilçisi 1992-ci ildə startdakı 28 matçla bərabərlikdən qaçmış və yalnız 29-cu oyununda heç-heçə etmişdi.

"Qarabağ" heç-heçələri sıralayır
"Qarabağ" isə əksinə 3 oyundur ki, ardıcıl heç-heçələri sıralayır. Ağdamlılar bununla da 1998/99 mövsümünün rekordunun 2 addımlığındadır. Həmin vaxt "Qarabağ" 16-20-ci turlar aralığında 5 heç-heçə etmişdi.

AZAL qol həsrətində
Son 4 oyunda qol həsrəti yaşayan AZAL "Qarabağ"ı 6:2 hesabı ilə udandan sonra rəqib qapılarına yol tapa bilmir. Sentyabrın 16-dakı matçın 77-ci dəqiqəsində Junior Nildonun vurduğu qoldan sonra 373 dəqiqədir ki, "təyyarəçilər" qol həsrəti yaşayır. Bakılıların antirekordu isə 2005/06 mövsümündə qeydə alınıb. Həmin vaxt 9-15-ci turlarda qol vurmayan o vaxtki "Olimpik" 7 qarşılaşmada rəqiblərini məyus edə bilməmişdi.

Qırılan rekord seriyaları
Zaqatalanın "Simurq" klubunun rekord seriyası qırılıb. Sonuncu dəfə ötən mövsümün aprelin 1-də keçirilən oyununda məğlub olan əyalət təmsilçisi öz meydanında AZAL-a 1:2 hesabı ilə uduzduqdan 202 gün sonra xalsız qaldı. Topaz Premyer Liqasının IX turunda "İnter"lə səfər matçında 0:1 hesabı ilə məğlub olan Georgi Çixradzenin yetirmələr 14 məğlubiyyətsiz qarşılaşmadan sonra belə üzüntü yaşadı. Zaqatala təmsilçisi ötən mövsümün son 6 və cari çempionatın ilk 8 oyununda heç kimə 3 xal verməmişdi. "Simurq" 2008/09 mövsümündəki 11 oyunluq məğlubiyyətsizlik seriyasını 3 matç, 2007/08 mövsümündəki startda 7 yenilgisiz qarşılaşma seriyasını 1 görüş artırmaqla hər 2 rekordu yenilədi.

386 gündən sonra 13-cü stadion
Topaz Premyer Liqasının IX turunda baş tutan "Qarabağ" – "Bakı" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Mövsümdə ilk dəfə çempionat oyununa ev sahibliyi edən arena 386 gündən sonra Premyer Liqa görüşündə azarkeşləri topladı. Belə ki,ölkənin baş arenasında son görüş ötən il sentyabrın 30-da baş tutmuşdu. Həmin vaxt "Bakı" ilə AZAL qolsuz heç-heçə etmişdi. Yenə "Bakı"nın iştirakı ilə keçirilən qarşılaşma bu dəfə də heç-heçə başa çatdı.

Cari mövsümdə çempionat oyunlarını qəbul edən stadionların sayı bununla da 13-ə çatdı. Bunadək Premyer Liqa klubları Bakıda 6 - "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, "Şəfa" və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar.

Münasib rəqiblər
Topaz Premyer Liqasının IX turu "İnter"in növbəti dəfə "Simurq"a uduzmaması ilə əlamətdar oldu. Bakılılar ölkə çempionatlarındakı 13-cü dueldə də rəqibinə məğlub olmadı. Bu, çempionatlar tarixində 5-ci belə nəticədir.

İndiyədək ən çox oyunda rəqibinə uduzmayan isə "Kəpəz"dir. Gəncəlilər MOİK-lə 22 matçın hamısında xal qazanıb. "Neftçi" isə "Şəfa"dan 17 dəfə xal alıb. "Turan" üçün isə "Kür" münasib rəqibdir. Ümumilikdə isə 6 cütdə 1 komanda 10 dəfədən çox, ən azı 11 dəfə qarşılaşdığı rəqibinə heç vaxt uduzmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6468   Tarix: 22 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542