Dəyər vermədiyimiz eşşəkdən "eşşək südü" kampaniyası

Dəyər vermədiyimiz eşşəkdən "Eşşək yerinə qoyulmaq", "eşşək kimi işləmək", "eşşək kimi anqırmaq", "eşşəklik eləmək"
və sadəcə "eşşək" bizim leksikonumuzda yayılmış kəlmələrdəndir.
Heç gülməyin. Məsələ çox ciddidir.

"Eşşək yerinə qoyulmaq", "eşşək kimi işləmək" və sadəcə "eşşək" bizim leksikonumuzda yayılmış kəlmələrdəndir. Axı sakit, səsini çıxarmayan bu canlıya niyə bu qədər hörmətsiz münasibət bəsləyirik?

Hərdən söydüyümüz, hərdən də nümunə götürdüyümüz Avropa bu gün eşşəyə verdiyi qiyməti ilə təəccübləndirir. Eşşəyin südü bu ölkələrdə böyük canqurtaran, şəfa mənbəyinə çevirilib. Bu məsələ o qədər vacib sayılır ki, misal üçün, İtaliyada ildə bir neçə dəfə eşşək südü kampaniyası keçirilir. Özü də bu kampaniya ölkənin Səhiyyə Nazirliyinin göstərişi ilə reallaşdırılır. İnsanlar ana südündən sonra eşşək südünü tərif edir, camaatı bu südü içməyə çağırırlar.

Sən demə, bizim bəzi bölgələrimizdə hələ də "eşşək südü" öz "hörmət"ini qoruyur.
İndi isə hörmətli eşşəyin südünün faydalarını sayıram. Eşşək südü bronxit, astma, xərçəng kimi ağır xəstəliklərin dərmanıdır. Omeqa 3, kalsiumla zəngindir. Sümük əriməsinə qarşı, antibakterial vasitə kimi həzm sistemi xəstəliklərində istifadə olunur. Eşşək südü az proteinli və az yağlı olması ilə də fərqlənir. Kleopatra eşşək südü vannası qəbul etməklə yaşlılıqla mübarizə aparırmış. Hazırda xarici həkimlər ana südünə allergiyası olan körpələrə keçi südündən çox eşşəyin südünü məsləhət görürlər. Qərbdə eşşək südünü içməklə yanaşı, ondan sabun, krem, şampun da istehsal olunur.
Məncə bunları bizimkilər də bilir. Hətta xərçəng xəstəliyi olan bir neçə insanın kimyaterapiyadan sonra eşşək saxladığını da eşitmişəm.

Əslində dədə-babadan qalma müalicə yollarında eşşək südü də yer alır və bu gün də bunu tətbiq edənlər nadir də olsa var. "Ögey ana" filmində də ölməz korifeyimiz Nəsibə Zeynalovanın yaratdığı Fatmanisə obrazının dili ilə( Dilarə həkimin qəbulu səhnəsində) də eşşək südü tərifi edilir: "Sarımsağın kötüyünü eşşək südündə yaxşıca qaynadıb içirsən, bir az da qırmızı istiot qatırsan, içirsən heç nəyin qalmaz....". Fatmanisənin bu resepti həkimi də hirsləndirir və biz də bu səhnəyə hər baxanda gülürük. Amma bu səhnədə deyilənlərdə çox həqiqət olduğunu dərk etməyə dəyər. Mən demirəm ki, bu gün durub başlayın eşşək südü axtarıb, tapıb onu içməyə. Bu çox gülməli olardı. Təssəvvür edin, biri diğərindən soruşur ki, "nə içirsən?". O biri də cavab verir ki, "eşşək südü, sənə də gətirim." Bu cavabdan sonra nə baş verəcəyini özünüz fikirləşin. Bizə vaxt lazımdır.

Bu gün inkişaf etmiş ölkə dediyimiz yerlərdə, apteklərdə "eşşək südü" dərman adı altında satışdadır. Avropada bir stəkan eşşək südü 30 avrodan başlayan qiymətlərlə satılır. Avropa canını sevir və keçmişə qayıdıb, təbiətdən dərman alır. Bizimkilər isə vaxtiylə qiymətli olan bu şəfaverici mayeni çətin ki, yenidən qiymətə mindirə. Heç sərf etməz də. Onda apteklərin çoxu bağlanar, camaat zəhərli, saxta dərmanlardan vaz keçib darışar "eşşək südü"nə.

Türkiyə yenə irəlidədir. Maraqlısı ondadır ki, türkiyəli həkimlər pasiyentlərini "eşşək südü" içməyə dəvət edirlər. Son bir neçə ildə təlabat, şəfa tapan o qədər coxalıb ki, artıq tanınmış həkimlər böyük layihə həyata keçirib. Qibtə ediləcək həkimlər böyük eşşək təssərüffatı qurublar. Xüsusi texnologiya və nəzarətlə eşşək südü istehsalına başlayıblar. Hətta həkimlər Türkiyədə eşşəyin tükənməsi kimi həyəcan təbili də çalırlar. VALLAH, belə həkimlər alqışlanmalıdır.

Türkiyədə hətta eşşək südü təklif edən saytlar da fəaliyyət göstərir. Bir litr eşşək südü 60 türk lirəsinə bərabərdir.

Eşşək saxlamaq asandır. Bunu bu sahədə təcrübəsi olan fermerlər deyirlər. Bu canlı az yeyir, amma elə az da süd verir. Bir eşşək günaşırı da süd verə bilər. Sağılan eşşək ən uzağı iki litr süd verir. Bir az bu yerində səbirli olmaq lazımdır. Elə bu səbəbdən də südün qiyməti bir qədər baha başa gəlir.

Sonuncu eşşək südü "reklam"ı məsələsini də elə-belə demədim. Nə bilim deyirəm camaat rayon, kənddən baş götürüb qaçır şəhərə. Bizim əlimiz bala batıb, onlar qalıblar. Bakıya yazığım gəlir, paytaxtlıqdan çıxıb. Adına kəndli, rayonlu adını yaraşdırmayanlar! Qalın öz ata-baba yurdunuzda, yaradın eşşək təsərüffatı. Həm gərəkli, həm savablı, həm də gəlirli iş. "Eşşək südü" biznesini özünüzə yaraşdırmınızsa, bu başqa məsələ. Mən ideyamı bildirdim. Amma sabah bir əcnəbi gəlib bələd olduğunuz torpağınızda bu biznesi qursa, peşiman olacaqsız. Məncə, eşşəyə olan qiyməti, "hörməti" bərpa etmək zamanıdır. Yaxşı fikirləşin.

Raminə Eyvazqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6375   Tarix: 22 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292