"Bakı"ya cərimə yağışı

AFFA-nın İntizam Komitəsi "Bakı" klubunu cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb 20 oktyabr 2012-ci il Topaz Premyer Liqasının IX turunun "Qarabağ" – "Bakı" matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə klubun mühafizəçisi Elvin Fətullayevin matçın baş hakiminə fiziki təsir göstərməsidir (yumruqla zərbə endirmişdir).

Həmin şəxs polislər tərəfindən yaxalansa da, "Bakı" klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşmışdır. Bu hadisənin "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir etmiş və onlara hədə-qorxu gəlmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

1. "Bakı" klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur (maddə 10.6, maddə 38).
2. "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanır, klub 16 000 manat cərimə olunur (maddə 44.2, maddə 8). Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir (maddə 21).
3. PFL baş vermiş hadisədə ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat versin.
4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.
5. Analoji hadisənin baş verəcəyi təqdirdə "Bakı" klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaqdır:
- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.
- Klubun aktivindən xalların silinməsi.
- Klubun yarışlardan kənarlaşdırılması.

Qeyd: Baş vermiş hadisə bir neçe vidoekamera vasitəsi ilə qeydə alınmış və öz təsdiqini tapmışdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1662   Tarix: 22 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093