ANS-ə iki gün vaxt verirəm

ANS-ə iki gün vaxt verirəm"Sadəcə iki gün gözləyərik. Üzr istəməsələr, onları məhkəməyə verəcəyəm. Ölümə qədər bu işinin dalınca gedərəm"

Xalq artisti Nisə Qasımova oğlunun ANS telekanalında təhqir edildiyini deyir. "Qafqazinfo"nun məlumatına görə, xalq artisti bu səbəbdən artıq ANS telekanalını məhkəməyə verəcəyini bildirib. Jurnalistlərə açıqlama verən N. Qasımova bildirib ki, səbəb ANS telekanalıın tərəfindən ailəsini təhqir edən süjetin yayımlanmasıdır: "Mən 40 ildir oxuyuram, heç vaxt gözüm mükafatda olmayib. Təbii ki, mənim diqqət və ehtiram görmək istəyim olub. Mən də imkanlı adam tutub kiminsə qapsına sala bilərdim. Baxıram, hamı brilliantların içində üzür. Mən kimdən əskiyəm. Mən də imkanlı adamla oturub duraram evim olar, hər gün bir klipim çıxar. Amma mən ata-ana tərbiyəsi görmüşəm. ANS tərəfindən ailəm təhqir olunub. Televiziyada deyilib ki, qardaşım rəhmətə gedəndən sonra mən onun oğlunu övladlığıa götürmüşəm. Elə deyil. Fətullah anadan olandan sonra mənim yanımda böyüyüb. Mənim indiki ağlım olsaydı, müğənni olmazdım. ANS-dəki şou verilişlərinin birində yayımlanan süjetdə bildirildi ki, mənim Fətullah adlı oğlum guya cinsi azlıqlara aiddir. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Mən şokdayam. Dünənki biabırçılıqdan sonra biz bir-birimizin üzünə baxa bilmirik, utandığımdan mən evə gedə bilmirəm".

Nisə Qasımova onuda söylədi ki, ANS telekanalı onun oğlundan üzr istəməlidir, əks halda o, telekanalı məhkəməyə verəcək: "Mən oğlumdan utanıram. Bütün dostları zəng edib deyilər ki, bu nə xəbərdir. Gecə 3-ün yarısına qədər zəng ediblər. Əmircan, Şüvəlandan qohumlar toplaşıb ANS-ə getmək istəyiblər. Mən və ailəm, xüsusən oğlum təhqir olunub. Fətullah özü də Məşədi, Kərbalayidir. Mən bu məsələdə susmayacağam. Verilişdən sonra dəfələrə Mirşahin Ağayevə zəng etsəm də, zəngimə cavab vermədi. ANS-ə iki gün vaxt verirəm. Ya həmin verilişdə bu xəbəri təkzib edib, məndən, oğlumdan, ailəmdən üzr istəsinlər, ya da mən onları məhkəməyə verəcəyəm. Azmı olub sizin "quş"larınıza görə xəbərdarlıq... Sadəcə iki gün gözləyərik. Üzr istəməsələr, onları məhkəməyə verəcəyəm. Ölümə qədər bu işinin dalınca gedərəm".

Nisə Qasımova bildirib ki, o, ANS-də yayımlan verilişlərə qatılmaqdan imtina etdiyi üçün onlar bu addımı atıblar: "Bu qədərmi mən lazımsız bir insan oldum? Yəqin mən Elgizin, Ulviranın verilişlərinə getmədiyim üçün məndən əvəz çıxırlar. Ancaq bilsinlər ki, hər zaman mətbuatdan qaçan Nisə bundan sonra susmayacaq. Bu telekanaldan hər şey gözləyirdim, bircə bunu yox".

N. Qasımova bəzi şou nümayəndələrinə ismarıc da göndərib: "Mən sizin düşündüyünüz müğənnilərin cərgəsində deyiləm. Elə olsaydı, mənim də 25 villam, 15 maşınım, bir ərim, 5 sevgilim olardı. Mən ailə tərbiyəsi görmüşəm, mənəviyyatım, ailə nüfuzum hər şeydən əzizdir. Mən iki oğul nəvəsi böyüdürəm. İstəmərəm mənim nəvələrimə mənə görə söz gəlsin".

Müsahibə zamanı Nisə Qasımovanın səhhətində problem yarandı. Hönkürtü ilə ağlayan müğənniyə sakitləşdirici həb verdilər. Elə bu məqamda müğənnin oğlu Fətullah da həmin məkana gəldi. Nisə Qasımova oğlunu qucaqlayaraq ondan üzr istədi: "Bütün jurnalistlərin qarşısında səndən üzr istəyirəm ki, mən müğənniyəm. Müğənni olmasaydım, bunlar sənin başına gəlməzdi...".

QAFQAZINFO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7825   Tarix: 22 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882