Ana südü möcüzəsi

Ana südü möcüzəsiAmerika Xəstəxanasının Pediatriuya Böülmündən Doktor Gülsəmin Güloğlu ana südünün faydaları barədə danışıb. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, həkim ana südünün faydalarını sadalayıb:

Ana südüylə bəslənən körpələr uşaq qidası ilə bəslənənlərlə müqayisədə körpə vaxtı infeksiyalara qarşı daha müqavimətlidirlər.
Ana südüylə bəslənən körpələrin daha sonrakı illərdə diabet, skleroz, ürək xəstəlikləri, uşaqlıq borusu xərçəngi kimi bəzi xəstəliklərə tutulma ehtimalı daha aşağıdır.

Əmizdirən analarda gələcəkdə sümük əriməsi, döş, uşaqlıq, yumurtalıq xərçəngi kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analar hamiləlik zamanı aldıqları artıq çəkini daha asan atırlar.
Ana südünün iqtisadi üstünlükləri isə, pulsuz olması, xəstəlikləri azaltdığı üçün dərman xərclərini azaltması, hər an hazır və təzə olmasıdır.

İlk ildə ana südünün faydaları

Körpələrin ilk 6 ayda yalnız ana südü qəbul etmələri, ən azı bir il boyunca isə ana südü qəbul etməyə davam etmələri məsləhət edilir. İlk 6 ay yalnız ana südü vermək, digər qidalarla infeksiya yoluxmasının qarşısını alır. Uşağın allergiya yaradacaq maddələrlə qarşılaşmasını gecikdirir.

Ana südü infeksiyaları və immunitet sistemi xəstəliklərini azaldır:

Ana südündəki anticisimlər körpəyə keçərək körpələri infeksiyalara qarşı qoruyur.

Tənəffüs sistemi xəstəlikləri uşaq qidası ilə bəslənən körpələrdə daha çox olur.

Uşaq qidası ilə bəslənən körpələrdə 3-4 dəfə daha çox ishal olur.

Ana südü əmən körpələrdə qulaq infeksiyaları daha az olur.

Xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana südüylə bəslənmə körpə ölümlərini azaltdığı müəyyən olunub.

Ani körpə ölümü sindromu ana südü ilə bəslənən körpələrdə daha az müşahidə olunur.

Ana südüylə bəslənmə körpələrdə allergiya inkişafını azaldır.

İlk ildən sonra ana südünün faydaları

Ana südü əmən uşaqlarda diş çürükləri daha az qeydə alınır.

Ana südü ilə qidalanan körpələrdə, uşaqlıq vaxtı piylənmə ehtimalı azdır. Uşaq qidası ilə bəslənən körpələrdə isə bu, 20-30 faiz daha çox müşahidə edilir.

15-dən aşağı yaşlarda xərçəngə olma ana südü əmən uşaqlarda daha az olur. Uşaq qidası ilə bəslənən uşaqlarda xərçəng 8 dəfə daha çox qeydə alınır.

Ana südü ilə bəslənən körpələr yetkin yaşlarda yüksək təzyiq daha az olur, ürək xəstəliyi ehtimalı isə azalır.

Ana südü ilə bəslənən körpələrdə gələcəkdə psixoloji, davranış çətinliyi kimi problemlər daha az görünür.

Ana südü alan körpələrin gələcəkdə daha yetkin və özlərinə inamlı olduqları bildirilir.

Əmizdirmənin anaya faydaları

Doğuşdan sonra arıqlamağı asanlaşdırır.

Əmizdirmə əsnasında oksitosin deyilən hormon ifraz olunur və bu da uşaqlığın kiçilməsini və əvvəlki vəziyyətinə dönməsini təmin edir.

Əmizdirən anada gələcəkdə osteporoz (sümük əriməsi) inkişaf ehtimalı azalır.

Əmizdirən diabetik analarda insulin ehtiyacı azalır.

Əmizdirən analarda döş, uşaqlıq, yumurtalıq xərçənginin inkişaf ehtimalı azalır.

Əmizdirmə ana ilə körpə arasındakı ünsiyyəti artırır, ananın stresini azaldır.

menbe:anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5520   Tarix: 16 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 241
.

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox gö

16:20 0
.

Özündən 35 yaş kiçik nişanlısı ilə Ağ evdə - Foto

80 yaşlı Hollivud ulduzu Robert De Niro 45 yaşlı nişanlısı Tiffani Çenlə uzun aradan sonra görüntülənib. Axşam.az xəbər verir ki, cütlük Ağ Evə şam yeməyinə gədib. Onlar Yaponiyanın baş naziri Fumio Kişidanın səfəri şərəfinə verilən şam yeməyində iştirak ediblər. Qeyd edək ki, Robertlə Tiffaninin Cia

13.04.2024 405
.

Davamlı gecə yuxusunun inanılmaz FAYDALARI

Davamlı gecə yuxusu təkcə rifahınıza deyil, həm də özünüqavramanıza da faydalı təsir göstərir. Bununla bağlı aparılan araşdırmanın nəticələri "Proceedings of the Royal Society" jurnalında dərc olunub. İsveçin Karolinska İnstitutunun alimləri Leoni Balter və Con Akselsson həyata keçirdiklər

06.04.2024 456
.

Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlandı - SİYAHI

2023-cü ildə turistlərin ən çox ziyarət və axın etdiyi şəhərlər məlum olub. -in xəbərinə görə, "Euromonitor International" 2023-cü il üçün dünyanın ən çox ziyarət edilən şəhərlərinin məlumatlarını açıqlayıb. Siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Sözügedən şəhərləri təqdim edirik:

05.04.2024 506
.

Alma haqda bunları bilməlisiniz!

Alma unikal xüsusiyyətlərə malikdir və o cümlədən kolon xərçəngindən qoruyur. Bu meyvənin tərkibində bağırsaq mikroflorasının tərkibinə faydalı təsir göstərən pektin var. Rusiya mətbuatına istinadən xəbər verir ki, alma həll olunan liflə zəngindir ki, bu da bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırmaql

08.04.2024 749
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1260
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 287
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. BİG.AZ baku-tv-yə istinadən xəbər verir ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar

31.03.2024 584