Uşaqların süni əmzikdən istifadə etməsinin ziyanı varmı?

Uşaqların süni əmzikdən istifadə etməsinin ziyanı varmı?Körpənin ana döşündən və ya əmzikdən ayrılması onun öz müstəqillik yolunda atdığı ilk addımdır. Süddən ayrılmamış uşaq başqalarına bilavasitə möhtacdır. O, ayağa qalxıb özünə qida tapmaq imkanında deyil. Ona süd verilməsə məhv olar. Uşaq böyüdükcə ətrafdakı əşyalara əl gəzdirərək, öz bacarığını nümayiş etdirir. Süddən ayrılmaq körpə üçün ən böyük azadlıqdır. Unutmamalıyıq ki, körpənin bacardığı yeganə iş əmməkdir. Bu ehtiyac ödənmədiyi vaxt o əsəbləşir, ağlayır.
Süddən ayrılmaq uşaq üçün ruhi zərbə də ola bilər. Südəmər körpəyə fincandan süd içirərkən onun əmmək həvəsi ödənməmiş qala bilər. Körpəni o zaman süddən ayırmaq olar ki, o, əmməklə rahatlandığı kimi, fincandan süd içməklə də rahatlana bilsin. Uşaq anadan olduğu an əmməyi bacarır və dünya ilə ilk əlaqəsini ağız vasitəsi ilə yaradır. Sadəcə, öz körpəni diqqətlə müşahidə edin. Əgər barmağınızı onun ağzına salsanız (lütfən əvvəlcə əllərinizi yuyun) barmağınızın böyük bir qüvvə ilə somurulduğuna şahid olacaqsınız. O, ağzına qoyulan hər şeyi əmir. Demək, bu fitri istəkdir. Körpənin əmmə istedadı təvəllüddən qabaqkı dövrə də aid ola bilər. Ana bətnində barmağını somuran körpənin rentgen müşahidəsi bu fikri təsdiqləyir.

Bu meyl hesabına körpənin ana döşündən qidalanması asanlaşır. Əmmək meyli zəif olanlar öz orqanizmlərinin tələbini ödəməkdə çətinlik çəkirlər. Təsadüfən əli üzünə toxunan uşaq dərhal ağzını açır və əlini ağzına salıb əmməyə başlayır. Demək, əmmək istəyi köklü bir reaksiyadır. Bütün başqa reaksiyalar köklü reaksiya üçün səbəb olur. Əlinizi körpənin ağzına yaxın olan bir nöqtəyə vurun. O, dərhal başını həmin nöqtəyə tərəf yönəldir. Əmmək istəyi qidalanma üçün göstərilən cəhddir. Bəşəriyyət bu fitri yaddaşlar sayəsində bu günədək sağ qalıb.

Əslində uşaq ilk əvvəl aclığını doyurmaq üçün yox, əmmək meylini ödəmək üçün əmməyə başlayır. Yemək istəyi sonradan formalaşır. Bəzi uşaqlar kifayət qədər qidalandıqdan sonra belə, əmmək istəyir. İlk günlərdə əmməklə süd yemək arasında elə bir əlaqə müşahidə olunmur. Təcrübəyə əsasən, əmmək istəyi yeyilmiş südün miqdarı ilə əlaqədardır. Yaxşı olar ki, körpə öz əmmək istəyini boş əmziklə yox, süd yeməklə ödəsin. Yəni körpə əmmək istəyi ödənənə qədər süd yesə daha yaxşıdır. Əgər sizin körpəniz kifayət qədər qidalandıqdan sonra sakitləşmirsə, demək, onun əmmə ehtiyacı ödənməyib. Əgər o, əlini ağzına salıb əmirsə, onun ehtiyacını ödəmək üçün əmzikli süd butulkasından istifadə edə bilərsiniz. Körpəyə hər dəfə bir döşdən süd vermək lazımdır. Bu iş anaya narahatçılıq gətirirsə, o, xüsusi aparatla döşündəki südü sağıb, körpəsini butulkadan yedirdə bilər.

Bu yolda ən gözəl bələdçi körpənin rəftarıdır. Körpə doyduğunu ani bildirir. O, doyduqca süstləşir, xumarlanır. O, əmziyi buraxır, gülümsəyib yuxuya gedir.
Əmməyə ehtiyacı olan uşaq da öz istəyini aşkar biruzə verir. O, əsəbiləşir, əl-ayağını çırpır, rahat dayanmır. Bəzi uşaqlar kifayət qədər qidalandıqdan sonra belə, yemək istəyirlər.

Bəs süni əmzikdən istifadə etməyin zərəri varmı?
Xəstəlik və ya hər hansı başqa bir səbəbdən narahatçılıq keçirən körpəyə əmzik vermək faydalıdır. Amma yalnız ağlamasın deyə körpəyə əmzik vermək yanlış addımdır. Müşahidələrdən məlum olur ki, əmzikdən istifadə edən uşaqlar öz ətraflarına bir o qədər də maraq göstərmirlər. Hansı ki, uşaq ağladığı vaxt hərəkətə ehtiyac duyur və ətrafa göz gəzdirərək məlumat toplayır. Körpə ağlayan kimi onun ağzına əmzik qoymaq narahatçılıq keçirən yaşlı adamı ağrıkəsici ilə susdurmağa bənzəyir. Siz ağlayan körpəyə əmzik vermək əvəzinə onun narahatçılığının əsil səbəbini öyrənin.

faxtxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5606   Tarix: 27 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 298
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 311
.

Sevgililərin ayrılmaq üzrə olduğunu göstərən 3 QIRMIZI BAYRAQ

Boşanmalar nadir hallarda qəfil olur. Adətən bir əlaqənin sona çatmasından əvvəl uzun müddət sevgi sönməyə başlayır. Çox vaxt əvvəlcədən cütlüyün ayrılacağı qənaətinə gəlmək olar: hətta sevgililər ictimaiyyət arasında mübahisə etməsələr də. BİG.AZ -a istinadən bildirir ki, münasibətlərin tezliklə son

16.03.2024 488
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 336
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 499
.

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır. Bu barədə "PLOS Digital Health Journal" tibbi nəşrində dərc olunan araşdırmada deyilir. Tədqiqatçıları

16.03.2024 881
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 725
.

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir" beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyy

17.03.2024 314