Azərbaycan ordusunun 75 əsgəri öldü - Rəsmi mövqe

Azərbaycan ordusunun 75 əsgəri öldü - Rəsmi mövqeBu il ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda 75 nəfər itki verib."Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində keçirdikləri monitorinqin nəticələrinə əsasən, bu ilin 10 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkiləri 75 nəfər təşkil edib, onların 70 nəfəri yaralanıb (və ya xəsarət alıb). Bu dövr ərzində dünyalarını dəyişənlərin 15-i döyüş, 2-si mina, 1-i əməliyyat, 57-i qeyri-döyüş itkiləridir.

7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 11 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 68-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (70 nəfər) onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 13-ü erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 27-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 65 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

Atəşkəs zamanı bu qədər çox itkinin olmasının səbəbi nədir?

Hərbi ekspert Üzeyir Cəfərli bildirdi ki, döyüş əməliyyatlarının getmədiyi bir vaxtda bu qədər itkinin olması arzuolunmaz haldır. O, itkilər arasında Müdafiə Nazirliyinin hərbi qulluqçularının üstünlük təşkil etmələrinə də münasibət bildirib:

"Bu işdə ən çox məsuliyyət komandirlərin üzərinə düşür. Çünki müharibə vaxtı demək olar ki, bu qədər itkilərlə üzləşmirdik. Atəşkəs dövrüdür deyə komandirlər bir az arxayınlaşıb, bəziləri vəzifə borclarına səhlənkar yanaşırlar. Amma bu xəbərləri çox ictimailəşdirməyin də tərəfdarı deyiləm, çünki bu vəziyyəti tündləşdirir. İtkilərin əksəriyyətinin Müdafiə Nazirliyi hərbi qulluqçularının olmasının səbəbi müdavimlərin sayının digər nazirliklərdən dəfələrlə çox olması ilə bağlıdır. Həm də bu nazirliyin müdavimləri birbaşa sərhəd bölgəsində düşmənlə üz-üzədir, döyüş tapşırığını yerinə yetirir".

Ekspert qeyri-döyüş itkilərin sayının artmasının səbəblərindən də danışdı:

"Bu hadisələr də ordunun imicinə ciddi zərbə vurur. Komandirlər də bu məsuliyyəti dərk etməlidirlər. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Ötən il 100-ə yaxın hərbi qulluqçu itirmişdik, bu il isə ilk 10 ayda 75 nəfər çoxdur. Hələ qarşıda daha təhlükəli aylar var.
Əsgərlərin yanında komandiri varsa, o nə üçün özünə qapanıb, intihar etməlidir? Bu cür davranışlar daha çox baxımsızlıqdan baş verir. Düşmənə qarşı döyüşə hazır olması gözlənilən əsgərin sülh şəraitində dünyasını dəyişməsi cəmiyyətdə narahatlıq yaradır. Gənclər əsgərliyə gedənə qədər buna hazır olmalıdırlar. Əsgərliyə hazırlıq ilk növbədə məktəblərdə başlanmalıdır. Əsgərlərin psixoloji durumu, problemlərini öyrənən psixoloq institutu formalaşdırılmayıb. Bundan başqa komandirlər daim əsgərlərin yanında olmağa çalışmalıdırlar".

Hərbi ekspert əsgərləri intihar edən komandirlərin cəzalandırılması üsulları ilə də razılaşmadı.
"Bu cür hadisələr baş verərkən komandirlər cəzalandırılır. Amma cəmiyyət bu barədə məlumatlı olmur. Cəzalandırılan komandirlər barədə məlumatlar yayılmalıdır ki, ictimai qınaq yaransın. Çünki kimisə vəzifədən uzaqlaşdırmaq, töhmət verməklə məsələni həll etmək olmaz. Burada ictimai qınaq olmalıdır ki, digər komandirlər də bundan dərs götürsünlər".

Nazirliyin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev ölən və yaralanan əsgərlərin sayı ilə bağlı deyilən rəqəmlərlə razılaşmadı.

"Bunlar çox zaman şişirdilmiş məlumatlar olur. Bir əsgər qəza və.s səbəblərdən dünyasını dəyişirsə bunu ordumuzun itki verməsi və s. təqdim edilir. Bu siyahını tərtib edən insanlar istər qeyri-döyüş istərsə də döyüş zamanı baş verən itkiləri şişirdirlər. Çox zaman dəqiq olmayan məlumatlar yayırlar. Bu rəqəmlər də həqiqəti əks etdirmir. Açıqlanan rəqəmlər Müdafiə Nazirliyində olan məlumatlarla uyğun gəlmir. Düşünürəm ki, düşməni sevindirə biləcək bir rəqəmi vermək düzgün yanaşma deyil. Çox təəssüf ki, bu KİV-lərin qeyri-peşəkarın ərsəyə gətirdiyi rəqəmlərin üzərində dayanır və bunun KİV-lərdə yayılan məlumatlar əsasında hazırlandığını bildirirlər".

Göstərilən rəqəmlərlə razılaşmayan T.Abdullayev Müdafiə Nazirliyində olan məlumatlar barədə də danışmaq istəmədi:

"Müdafiə Nazirliyində olan rəqəmlər deyilənlərdən azdır. Ancaq bu rəqəmləri açıqlamaq istəmirəm. Bundan başqa bu cür hadisələr baş verən zaman hər bir komandirə qarşı müvafiq tədbirlər görülüb. Cəzalandırılanlar da, işdən azad edilənlər də olub. Bu vaxta qədər heç bir iş cəzasız qalmayıb".

Menbe:Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10303   Tarix: 13 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672