"Gəlin xanıma dedim ki, "Ramil bizi qoruyacaq, sən də Ramili qoru" - TOY TƏƏSSÜRATLAR

Ötən gün Milli Ordunun zabiti Ramil Səfərovun toy mərasimi keçirilib. Bir çox tanınmış şəxslərin iştirak etdiyi toyda yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib. Uzun müddətdir mətbuatın gündəmində olan toy şənliyi barədə iştirakçıların təəssüratlarını Publika.Az-a danışdı.

Xalq artisti Arif Babayevin gözləri dolub:

"Ramil kimi qəhrəmanının toyunda iştirak etdiyim üçün çox şadam. Vağzalı çalınanda gözlərim yaşardı. Bu tarixi bir toy idi, hamımızın gözlədiyi bir hadisə idi. Bu toy başqa toylara bənzəmir, bu xalqın qəhrəmanının, igidinin toyu idi. Çox böyük fəxrlə, ürəklə mahnı oxudum. Hər şey çox gözəl oldu. Həm oğlan, həm də qız əsl azərbaycanlı balası idi. Bir-birilərinə çox gözəl yaraşırdılar. Ruslar demiş yaxşı "para"idilər".

Toyda iştirak edən yeganə millət vəkili Adil Əliyev toyun ürəyincə olduğunu deyir:

"Qohumların, yaxınların, sənət adamlarının iştirak etdiyi çox gözəl bir toy oldu. Millət vəkillərindən yalnız mən iştirak etdim toyda. Bu toyda iştirak etmək çox xoş idi. Toy da ürəyimizcə keçdi. Onun vətənə qayıtması hər birimizi necə sevindirdisə, toyu da bir o qədər sevincə səbəb oldu. Bu toyla Azərbaycanda sağlam ailənin təməli qoyuldu".

Tanınmiş müğənni Vasif Məhərrəmli bu toyda iştirakı özünə şərəf bilib:

"Birinci dəfə mikrofonu alanda sevindiyimdən nə danışacağımı bilmədim, gözlərim doldu. Ramil bizim qeyrət simvolumuzdur. Sevincimizin həddi-hüdudu yox idi. Bu toyda iştirak etmək, mahnı oxumaq mənim üçün böyük bir şərəf idi. Toyda yarım saat oxudum, sonra Ramilə də yaxınlaşdım təbriklərimi çatdırdım".

ANS-in "Qulp" verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərov bəylə gəlinə olan arzularını bizimlə bölüşdü:

"Bu bütün azərbaycanlılar kimi mənim də çoxdan gözlədiyim bir hadisə idi. Toyda çıxış elədim, yeni qurulan ailəyə ürək sözlərimi çatdırdım. Gəlin xanıma dedim ki, "Ramil bizi qoruyacaq, sən də Ramili qoru. Xoşbəxt olun, sizə balaca-balaca Ramillər dünyaya gətirməyi arzulayıram". Hər şey çox gözəl idi. Ancaq təəssüf ki, anası bu toyu görmədi, onun gözü həmişə yolda idi. Dəfələrlə onların evində olmuşdum. Təkcə onun bu qəhrəmanlığına görə yox, onun vətənə, millətə olan sevgisinə görə də o xalqın sevgisinə layiq bir igiddir. Ramil gənclərimizdə vətənpərlik hissini yenidən oyatdı. Bir daha Ali Baş Komandana təşəkkür edirik ki, bu qəhrəmana layiq olduğu qiyməti verdi".

Ramilin atası Sahib bəy də təəssüratlarını bölüşdü:

"Bir ata kimi çoxdan gözlədiyim bir toy idi. Qohumlar, tanışların, Ramili sevənlərin iştirakı ilə toyumuzu elədik. İştirak edən hər kəs, Ramili sevənlər hamısı sağ olsun. Allah köməkləri olsun. Bir daha cənab Prezidentə təşəkkür edirəm, bu sevinci bizə yaşatdı. Ailəmiz adından hər kəsə təşəkkür edirəm".

Menbe:Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14138   Tarix: 11 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0