Sevgilin yalnızca səni sevsin

Sevgilin yalnızca səni sevsinSevgilinizin xoşladığı şeyləri öz xobbiləriniz halına gətirərək onun həyatında daha artıq yer tuta bilərsiniz. Onu əldə saxlamaq və sizdən heç zaman ayrılmasını istəmirisizsə, aşağıdakıları diqqətlə oxuyun.

Sevgilizin və ya ərinizin sizinlə daha artıq vaxt keçirməsini istəyirsinizsə və ya sizdən sıxılmasının qarşısını almaq istəyirsinizsə qaydalara riayət edin.

1. Onunla "eyni dildə" danışa bilmək üçün ən vacib şey, futbolla maraqlanmağınızdır. Bunun üçün etməli olduğunuz bir çox məsələ var, elə indi idman saytlarına və futbol xəbərləirnə baxın.
Onun tərəfində olduğu komanda haqqında məlumta sahibi olmalısınız, hətta heç bir pis şey söyləməməlisiniz.
Komandalara edilən yeni transferləri təqib etməyi unutmayın.
Hansı futbolçu hansı komandada oynayır, bunu bilməmək ayıbdır.

2. Biz qadınlar, nədənsə kişilərin xoşlandıqları qadınlardan bəhs edərkən o dəqiqə qulp taxarıq. Artıq bundan vaz keçməlisiniz. Onun sizə bəhs etdiyi qadından xoşunuz gəlməsə belə bir neçə söz deməlisiniz, yoxsa çox hirslənər.

3. Play Station üçün bütün oyunlarını təqib etsəniz yaxşı olar.

4. Üzünü qırxmayan birinə söz etməyin. Siz hər gün üz qırxmaq nə deməkdir, bilirsiniz?

5. Onunla birlikdə alış-verişə çıxmağı ağlınızdan belə keçirməyin. Birlikdə yalnızca, Nike, Puma, Adidas kimi idman malları satılan mağazalara girin. Onsuzda başqa mağazalara girməyəcək.

6. Mənasız zarafatlarına da gülməlisiniz. Hətta, siz də ona qatılın!

7. Hər gün corab və köynək dəyişdirməyin nə qədər cansıxıcı olduğunu yoxsa, bilmirsiniz?
Bunu öyrənsəniz yaxşı olardı.

8. Bir şey danışanda anlamadıqlarınızı ondan soruşmayın. Sonradan necə olsa anlayarsız, ya da gedib başa düçmədiklərinizə cavab axtarın.

9. Sizin yanınızda dostları ilə maraqlanırsa, qısqanclıq göstərməyin. Zamanla sizin varlığınızı qəbul edəcəkdir.

10. Onun tərzinə uyğunlaşmağa cəhd edin.

11. Mobil telefonlarının markalarını, modellərini bilməyinizdə fayda var. Texnikanın irəlilədiyi vaxtda məlumatsız qalmaq istəməzsiz hər halda.

12. Onun dostlarını əsla tənqid etməyin, çünki buna səbr edə bilməz. Dostları üzündən onunla dava etməyə dəyməz…

13. Birlikdə olan zaman kalori hesabından söhbət etməyin. Artıq kilolarınızı necə olsa, ata biləcəksiniz.

14. 24 saat romantizm olmaz… Ən azından hərdən aksion filmlərinə baxın!

15. Onun yanında olarkən evlilikdən bəhs etməyin. Bu onların ən qorxulu yeridir. Hətta, Çexovun belə bir fikir söyləyib ki, "Tənha qalmaq istəmirsənsə, evlənmə!"

16. Hər bir qadın yemək hazırlmağı bacarmalıdır. Dadlı yemək hazırlayan qadın isə onlar üçün əls möcüzədir. Unutmayın kişilərin qəlbinə gedən yol mədədən keçir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 18493   Tarix: 04 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş